az | ru | en
 
  BAŞ SƏHİFƏ   MİLLİ ARXİV
  ARXİV İŞİ   ARXİV ŞƏBƏKƏSİ   BEYNƏLXALQ ƏMƏKDAŞLIQ   QANUNVERİCİLİK   QALEREYA   ƏLAQƏ
  
FOTOQALEREYA





MƏKTUB YAZ
QƏBUL GÜNLƏRİ
MENU
Mərkəzi Ekspert-Yoxlama komissiyası
Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi
Nəşrlər
Linklər
E L A N L A R
BAŞ SƏHİFƏ

01. 12. 2009
     Noyabrın 12-i, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı, geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur.
     Mərasimdə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Belarus Respublikasının Ədliyyə Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun xarici işlər naziri Sergey Martınov imzaladılar.
     Saziş Tərəf dövlətlərin arxiv təşkilatları arasında milli qanunvericiliklərinə uyğun olaraq arxiv işi sahəsində əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutur.





02.12.2014
"Kaspi" qəzetinin 26 noyabr 2014-cü il tarixli 197 (3292) №-li xüsusi buraxılışı Azərbaycanın görkəmli ziyalısı, maarifçi-pedaqoq, tənqidçi, ədəbiyyatşünas, yazıçı-publisist, ictimai xadim Firidun bəy Əhməd ağa oğlu Köçərlinin həyat və yaradıcılığına həsr edilmişdir. Həmin xüsusi buraxılışda Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun "Görkəmli ziyalı Firidun bəy Köçərli" sərlövhəli məqaləsi də dərc edilmişdir.
ətraflı oxu
17.11.2014
Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədi ilə 9 saxlama vahidi kino (video) sənəd AR Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
ətraflı oxu
31.10.2014
"Kaspi" qəzetinin 30 oktyabr 2014-cü il tarixli 179 (3274) №-li xüsusi buraxılışında görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağayevin (Ağaoğlunun) mübarizələrlə dolu həyat yoluna həsr olunmuş məqalələr dərc edilmişdir. Həmin xüsusi buraxılışda Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun " Əhməd bəy Ağayevin (Ağaoğlunun) ictimai-siyasi portreti haqqında " sərlövhəli məqaləsi yer almışdır.
ətraflı oxu
30.10.2014
Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədi ilə AR Dövlət Kino-Foto Sənədləri Arxivinə 9 saxlama vahidi kino (video) sənəd daxil olub.
ətraflı oxu
28.10.2014
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Yaddaş" Sənədli Filmlər Studiyası tərəfindən daimi saxlanılmaq məqsədilə 15 saxlama vahidi kino sənəd AR Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
ətraflı oxu
02.10.2014
"Kaspi" qəzetinin 30 sentyabr 2014-cü il tarixli 159 (3254) №-li xüsusi buraxılışında Üzeyir və Ceyhun Hacıbəyov qardaşlarının mətbu fəaliyyətinə həsr edilmiş materiallar dərc edilmişdir. Həmin xüsusi buraxılışda Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun "Üzeyir və Ceyhun Hacıbəyov qardaşlarının mətbu fəaliyyəti haqqında bəzi qeydlər" sərlövhəli məqaləsi dərc edilmişdir.
ətraflı oxu
09.09.2014
Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən Dövlət Kino-Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədilə 8 saxlama vahidi kino (video) sənəd daxil olub.
ətraflı oxu
01.08.2014
Azərbaycan Respublikasının Prezidenti görkəmli xanəndə, XX əsr muğam ifaçılığının ən parlaq simalarından biri Keçəçioğlu Məhəmmədin 150 illiyi münasibətilə Sərəncam imzalayıb.
Ölkə Prezidentinin qərarı ilə bu il Azərbaycanın muğam ustası Keçəçioğlu Məhəmmədin (Xəlilov) anadan olmasının 150 illiyi təntənəli qeyd ediləcək .
Bu münasibətlə böyük sənətkarın yubileyini layiqincə qeyd etməkdən ötrü bir sıra tədbirlər planı hazırlanıb. Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivi də bu yöndə bəzi işlər görüb. Belə ki, arxivin əməkdaşları ustad xanəndənin ömür yoluna bir daha nəzər salmış, onun həyat və yaradıcılığını əks etdirən fono sənədlərin siyahısını hazırlamışlar.
ətraflı oxu
21.07.2014
"Respublika" qəzetinin 13 iyul 2014-cü il tarixli 148 (5021) №-li buraxılışında Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun "DÖYÜŞƏN AZƏRBAYCAN NEFTİ" sərlövhəli məqaləsi dərc edilmişdir. Məqalədə Böyük Vətən müharibəsi illərində (1941-1945) faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan neftçilərinin xüsusi rolu və xidməti olduğu qeyd edilir.
ətraflı oxu
04.07.2014
Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinə Azərbaycan Dövlət Rus Dram Teatrı tərəfindən 2013/14-cü il teatr mövsümündə hazırlanan tamaşaların yaradıcılıq həllini əks etdirən 113 saxlama vahidi fotosənəd daxil olub.
ətraflı oxu
01.07.2014

 "Kaspi" qəzetinin 26 iyun 2014-cü il tarixli 110 (3204) №li buraxılışında www.day.az news.day.az/politics/501646.html/  saytında  Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun Milli  Ordunun  yaradılmasının  96  illiyinə  həsr  edilmiş  “Cümhuriyyət  ordusunun  yaradılması  haqqında  bəzi  qeydlər” sərlövhəli    məqaləsi  dərc  edilmişdir. Məqalə  arxiv  sənəd    materiallarından  istifadə  edilməklə  hazırlanmışdır.

ətraflı oxu
24.06.2014
Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinə İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən daimi saxlanılmaq məqsədilə 55 saxlama vahidi fotosənəd daxil olub. Fotosənədlər teatrın Ermənistandan deportasiya edildiyi vaxtdan sonrakı illərdə repertuarında yer alan tamaşaların yaradıcılıq həllinin bəzi məqamlarını əks etdirir. Hal-hazırda dövlət sifarişi ilə hazırlanmış 14 tamaşanın yaradıcılıq həllindən bəhs edən fotosənədlərin arxivin fonduna qəbul olunmaq üçün rəsmiləşdirilmə prosesi gedir, hər bir sənədin qısa məzmunu hazırlanır. 
ətraflı oxu
29.05.2014
Milli Arxiv İdarəsinin Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Həsən Həsənov 22-23 may 2014-cü il tarixlərində Polşa Respublikasının paytaxtı Varşava şəhərində "XXI əsr rəqəmsal dünyada arxivlərin komplektləşdirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmişdir. Konfrans Polşa Dövlət Arxivləri Müdiriyyətinin təşkilatçılığı ilə təşkil edilmiş,  Mərkəzi və Şərqi Avropa ölkələrinin 25-dən artıq arxiv təşkilatı, o cümlədən mədəni-tarixi irsin mühafizəsi üzrə təşkilatların nümayəndələri də qatılmışlar.
ətraflı oxu
15.05.2014
Bu günlərdə Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivinə çox dəyərli bir disk qəbul edilib. Bu, ölməz Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının 90 dəqiqəlik DVD diskidir.
ətraflı oxu
13.05.2014
Bu günlərdə AR Dövlət Kino-Foto Sənədləri Arxivinə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daimi saxlanılmaq məqsədi ilə 578 saxlama vahidi fotosənəd, 53 saxlama vahidi kino (video) sənəd daxil olub.
ətraflı oxu
02.05.2014

30 aprel 2014-cü il tarixində www.ann.az saytında Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin əməkdaşları Svetlana Oleynikovanın "Bakının enerjitəchizatı tarixi: İnqilabdan əvvəl və sonra" (История энергоснабжения Баку: до и после революции), Gülnar Zeynalovanın isə "I Dünya müharibəsinin Azərbaycanı" adlı məqalələri çıxmışdır.

ətraflı oxu
28.04.2014
"Kaspi" qəzetinin 23; 24; 25 aprel 2014-cü il tarixli 068 (3162); 069( 3163); 070(3164) №li buraxışlarında Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun "Azərbaycanın maarifpərvər qadınlarından biri - Bakıda müsəlman qızlar üçün ilk ali-ibtidai məktəbin müdiri Rəhilə xanım Terequlovanın (Hacıbababəyova) anadan olmasının 132 illiyinə həsr edilir" sərlövhəli məqaləsi dərc edilmişdir.
ətraflı oxu
23.04.2014
" Kaspi " qəzetinin 17 aprel 2014-cü il tarixli 064 (3158) № li və 22 aprel 2014-cü il tarixli 067( 3161) №li buraxışlarında Azərbaycan Respublikası Milli Arxiv idarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun " Ən böyük faciəmiz - 31 mart 1918. Xalqımızın tarixi yaddaşına həkk olunmuş qanlı faciələr- son iki əsr ərzində həyata keçirilmiş köçürülmə proseslərinin acı bəhrələri barədə" sərlövhəli məqaləsi dərc edilmişdir.
ətraflı oxu
18.04.2014

“Kaspi” qəzetinin  130  illiyi  ilə  bağlı  keçirilmiş  elmi  və  publisistik  məqalələr  müsabiqəsinin  nəticəsi  olaraq  “ Üç  əsrin  qəzeti “ adlı  kitab  2011-ci  ildə  Qanun  Nəşriyyatında  çap  olunmuşdur. Milli  Arxiv  İdarəsinin  sənədlərin  nəşri  və  istifadəsi  şöbəsinin  baş  məsləhətçisi  Rafiq  Səfərovun  müsabiqəyə  təqdim  etdiyi  “ XIX  əsrin  sonları  XX  əsrin  əvvəllərində  Azərbaycan  mətbuatının  yaranması  və  “Kaspi“  qəzetinin  mətbuat  tarixində  yeri” sərlövhəli  məqaləsi  münsiflər  tərəfindən   qiymətləndirilərək  bu kitaba  daxil  edilmişdir.

ətraflı oxu
14.04.2014
 
2014-cü il aprelin 11-də Azərbaycan Respublikası Milli Arxiv İdarəsində "Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatlarının 2013-cü ildə fəaliyyəti və 2014-cü ildə qarşıda duran vəzifələri"nin müzakirəsinə həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilmişdir.
ətraflı oxu
09.04.2014
Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin əməkdaşı Rüstəm Ələsgərovun "Bakıdan salam" (Yüzilliklərdən keçmiş arxiv sənədləri) adlı kitabı nəşr olunmuşdur.
ətraflı oxu
07.04.2014
Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin əməkdaşı Gülnar Zeynalovanın "Füyuzat" jurnalının 2014-cü il 1 (75) №-li buraxılışında "Azərbaycan ərazilərində erməni dövləti yaratma xülyası" adlı məqaləsi dərc edilmişdir.

ətraflı oxu
06.03.2014
Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinə Azərtac tərəfindən 2013-cü ilin I-yarım ilini əhatə edən 2148 saxlama vahidi fotosənəd daxil olub
ətraflı oxu
25.02.2014
"Kaspi" qəzetinin xalq şairi Məmməd Arazın 80 illik yubileyi ərəfəsində görkəmli şairin irsinin təhlilinə yönələn bədii-publisistik yazı müsabiqəsinin yekunu olaraq, "Kaspi" qəzeti və Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında "Haqqın var Yaşamağa" adlı kitab çap olunmuşdur. Həmin kitabda Milli Arxiv İdarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun "Düşünüb-düşündürən unudulmaz şairimiz - Məmməd Araz" sərlövhəli məqaləsi də yer almışdır.
ətraflı oxu
05.02.2014
S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin əməkdaşı Aslan Kənanın "Ədəbiyyat" qəzetinin 31 yanvar 2014-cü il 4 №-li, "Respublika" qəzetinin 4 fevral 2014-cü il 023 №-li buraxılışlarında "Qürbət notları", "Mühacirət məktubları" adlı məqalələri dərc edilmişdir.
ətraflı oxu
03.02.2014
20-31 yanvar 2014-cü il tarixində 1915-ci ildə Türkiyə Respublikasının Çanaqqala döyüşlərində şəhid olmuş azərbaycanlı əsgərlərlə əlaqədar Türkiyə Respublikası Müdafiə Nazirliyinin Arxiv İdarəsində tədqiqatların aparılması işində Milli Arxiv İdarəsi tərəfindən Dövlət Arxivinin direktoru Emin Sərdarov iştirak etmişdir.
ətraflı oxu
17.01.2014

Milli Arxiv İdarəsində 20 Yanvar facisinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir Yanvarın 17-də Milli Arxiv İdarəsində  Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. İlk öncə  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Anım mərasimində  xalqımızın müstəqillik yolunda keçdiyi tarixə bir daha nəzər salınmış, bu qəhrəmanlıq salnaməsinin hər bir azərbaycanlının qəlbində əbədi həkk olunacağı, şəhidlərimizin xatirəsinin ürəklərdə daim yaşayacağı bildirilmişdir.  

ətraflı oxu
19.11.2013

AR Dövlət Kino-Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədi ilə AzərTac-dan 43 saxlama vahidi kino (video) sənədlər daxil olub. 

ətraflı oxu
18.11.2013

 

 2013-cü il noyabrın 15-də Azərbaycan Respublikası Milli Arxiv İdarəsində   Yeni Azərbaycan Partiyası ərazi təşkilatının hesabat yığıncağı və “YAP-ın yaranması tarixi zərurət idi” (21-ci ildönümü münasibətilə) mövzusunda tədbir keçirilmişdir. 

ətraflı oxu
08.10.2013

01-04 oktyabr 2013-cü il tarixində Rusiya Federasiyasının Moskva şəhərində *Rəqəmsal texnologiya arxivdə: tətbiqi təcrübə və inkişaf perspektivləri* mövzusunda beynəlxalq təlim seminarı keçirilmişdir. 

Seminarda AR Milli Arxiv İdarəsi tərəfindən Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Natiq Eminov iştirak etmişdir. Seminarda Azərbaycanla yanaşı, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər MDB ölkələrinin, həmçinin RF federal arxivlərinin nümayəndələri də iştirak edirdilər.

ətraflı oxu
25.09.2013


Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən *Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948-1953-cü illər)* adlı sənədlər toplusu nəşr edilmişdir.

XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən Qafqazın işğalından sonra təxminən iki əsr ərzində bu ərazilərdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ həyata keçirilmiş belə tədbirlər nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları öz doğma torpaqlarından qovularaq kütləvi qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılmışdır.

ətraflı oxu
24.09.2013
                      AR  Dövlət Kino-Foto Sənədləri Arxivinə  AzərTac  İA  tərəfindən  daimi  saxlanılmaq məqsədilə 1554 saxlama vahidi fotosənəd təhvil verilib. 

             2012-ci ili əhatə edən fotosənədlər dövlət başçısının rəsmi qəbullarını, regionların sosial-iqtisadi inkişafına aid dövlət proqramlarına uyğun yerinə yetirilən layihələri əks etdirir.

ətraflı oxu
04.06.2013


21-24 may tarixlərində Polşa Respublikasının paytaxtı Varşava şəhərində “Elektron sənəd və arxiv sənədlərinin internet resurslarında yerləşdirilməsi” mövzusunda keçirilən XIII beynəlxalq konfransda Milli Arxiv Idarəsinin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Həsən Həsənov iştirak etmişdir. Konfransa Polşa Dövlət Arxivləri Müdiriyyəti ev sahibliyi edirdi. Tədbirdə Mərkəzi və Şərqi Avropa ölkələrinin 20-dən artıq arxiv təşkilatının 50-ə yaxın nümayəndəsi iştirak edirdi.  

ətraflı oxu
20.05.2013


19 may 2013-cü il tarixində Bakı şəhərində STMEQİ-nin Azərbaycan nümayəndəliyində “Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi danışır…” adlı sərgi təşkil olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən sərgiyə yəhudi tarixi, mədəni və dini irsinin qorunması layihəsi çərçivəsində əlliyə yaxın nadir sənəd təqdim olunmuşdur. Sərgi Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur. 

Sərginin təşkilatçıları Dövlət Tarix Arxivi və STMEQİ Dağ Yəhudilərinin Beynəlxalq Fondu idi. 

ətraflı oxu
16.05.2013


     2013-cü il 14-15 may tarixlərində Milli Arxiv İdarəsi tərəfindən Dövlət Arxivinin filiallarına və rayon dövlət arxivlərinə işə yeni təyin olunan əməkdaşlar üçün seminar təşkil olunmuşdur. Seminarı İdarənin rəis müavini Əsgər Adil oğlu Rəsulov açmışdır. 

   Seminarda “Arxivdə sənədlərin mühafizəsinin təmin olunması”, “Arxiv işinin idarə olunması”, “Milli arxiv fondunun komplektləşdirilməsi və sənədlərin dəyərinin ekspertizası”, “Milli arxiv fondu sənədlərinin dövlət uçotu və idarə arxivlərinin işinə nəzarət” və “Milli arxiv fondunun sənədlərindən istifadə edilməsi” mövzularında Idarənin müvafiq şöbələrinin müdirləri söhbətlər aparmışdır. 

ətraflı oxu
07.05.2013

 

     

       Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə

       əlaqədar aprelin 25-də Azərbaycan Respublikası Milli Arxiv İdarəsində

       Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatı və Milli Arxiv

       İdarəsinin Yeni Azərbaycan Partiyası ərazi təşkilatı ilə birlikdə

       elmi-praktik konfrans keçirilmişdir.

 

ətraflı oxu
30.04.2013
    
 

      Ataxan Əvəz oğlu Paşayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

                                Azərbaycan Respublikası Prezidentinin

                                                     Sərəncamı

 

ətraflı oxu
24.04.2013


      AR Dövlət Kino-Foto Sənədləri Arxivinə AzərTac-dan daimi saxlanılmaq məqsədi ilə 1196 saxlama vahidi fotosənədlər daxil olub. 2011-ci ili əhatə edən fotosənədlər dövlət başçısının rəsmi qəbullarını, xarici səfərlərini əks etdirməklə yanaşı, təhsil, mədəniyyət, turizm, ekologiya sahələrində dövlət sifarişi ilə yerinə yetirilən layihələrinin icrasını əks etdirir. Bakı və Sumqayıt şəhərlərində əsaslı tikinti və abadlıq-quruculuq işləri, Abşeron kəndləri, qəsəbələrində görülən işlər fotosənədlərdə sıralanır.
 

ətraflı oxu
15.03.2013

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi bir sıra tədbirlər həyata keçirəcəkdir.


ətraflı oxu
28.02.2013

Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi

Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinə Dövlət Xəzər Dəniz Gəmiçiliyi tərəfindən daimi saxlanılmaq məqsədi ilə 364 saxlama vahidi fotosənəd daxil olub.

Fotosənədlər Azərbaycan xalqı ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonrakı dövrə aiddir. Dövlət Xəzər Dəniz Gəmiçiliyinin təsisatlarının yenidən qurulması, yeni tankerlərin istismara verilməsi, beynəlxalq yükdaşımalar sistemində tərəfdaşlıq, Dəniz Akademiyasında kadr hazırlığı, təhsil mühiti, yük limanı məntəqəsinin istifadəyə verilməsi, Dəniz Vağzalının yenidən əsaslı qurulması, Ulu öndər Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin Xəzər Dəniz Gəmiçiliyində strateji obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirakı Kiyev şəhərində Minilliyin mükafatının təqdimatı fotosənədlərdə əks olunub. 

ətraflı oxu
02.11.2012

    24-25 oktyabr 2012-ci il tarixdə Moskva şəhərində “Sənədlər informasiya cəmiyyətində; “bulud” texnologiyaları (cloud computing) və elektron sənəd dövriyyəsi” adlı XIX Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

     Konfransda AR Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Natiq Eminov iştirak etmişdir. Konfransda Azərbaycanla yanaşı, Ukrayna, Belarusiya, Vyetnam və digər ölkələrin nümayəndələri, o cümlədən müvafiq sahə üzrə fəaliyyət göstərən qabaqcıl şirkətlər dəvət edilmişdir.

ətraflı oxu
01.11.2012
       Ümumrusiya Elmi-Tədqiqat Sənədşünaslıq və Arxiv iş İnstitutunun “Elektron sənəd dövriyyəsi və arxivlər: elektron sənədlərin təsviri, uçotu və saxlanması” mövzusunda Moskva şəhərində təşkil olunmuş seminarda AR Milli Arxiv İdarəsinin Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Həsən Həsənov iştirak etmişdir.
          
     Seminar ÜETSAİİ-nin (VNİİDAD) təsdiq etdiyi proqram əsasında 2012-ci il oktyabrın 23-dən 26-dək keçirildi. Seminarda MDB və Asiya ölkələrinin arxiv təşkilatlarının nümayəndələri iştirak edirdilər.
ətraflı oxu
11.10.2012

      Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev cari ilin oktyabr ayının 3-7 Özbəkistan Respublikasının paytaxtı Daşkənddə təşkil olunmuş EVRAZİKA-nın 13-cü Ümumi konfransı və MDB ölkələrinin dövlət arxiv xidmətləri başçılarının Məsləhətçi şurasında iştirak etmişdir. 

      İclasda İdarənin rəhbəri Azərbaycan Respublikasının arxiv xidmətində 2012-ci il ərzində görülən işlər, xüsusilə də beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyimiz nailiyyətlərdən geniş məlumat vermişdir. 


ətraflı oxu
10.10.2012

2012-ci il oktyabr ayının 5-i Milli Arxiv İdarəsinin rəhbərliyi Bolqarıstan Dövlət Arxiv Agentliyinin sədri cənab Martin İvanovla görüş keçirmişdir. Görüş tanışlıq və “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Bolqarıstan Dövlət Arxiv Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun ilkin layihəsinin müzakirəsi məqsədilə təşkil olunmuşdur. 

ətraflı oxu
11.05.2012

2012-ci il may ayının 10-da Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Türkiyə Respublikası Nazirlər Kabinetinin Dövlət Arxivləri Baş İdarəsi arasında “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında arxiv işi sahəsində əməkdaşlıq Protokolu” imzalanmışdır.

 

ətraflı oxu
02.04.2012
      2012-ci ilin mart ayının 29-u Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiya iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatlarının 2011-ci ildə fəaliyyəti və 2012-ci ildə qarşıda duran vəzifələri barədə geniş müzakirələr aparılmışdır.
ətraflı oxu
21.11.2011

    2011-ci il oktyabrın 26-dan 27-dək Moskva şəhərində Rusiya Federasiyası Arxiv Agentliyi, Sənədşünaslıq və Arxiv İşi üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutu və Rusiya Dövlət Humanitar Universiteti tərəfindən “İnformasiya cəmiyyətində sənədlər: sənəd dövriyyəsinin optimallaşdırılması problemləri” mövzusunda XVIII Beynəlxalq elmi-praktik konfrans təşkil edilmişdi. Konfransda Milli Arxiv İdarəsindən Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Cəmilə Abasova və Dövlət Kino-Foto Sənədləri Arxivinin director müavini Zümrüd Məmmədova iştirak etmişlər.

   

ətraflı oxu
16.11.2011

      MDB ölkələrində arxivşünaslıq, sənədşünaslıq və sənədlərin mühafizəsi üzrə kadr hazırlığı ilə məşğul olan Ümumrusiya Elmi-Tədqiqat Sənədşünaslıq və Arxiv İşi İnstitutu (ÜETSAİİ) 2011-ci il oktyabrın 11-dən 14-nə qədər Moskva şəhərində “Arxivlərdə elektron sənədlər: sənədlərin saxlanılması, komplektləşdirməsi və uçotu” mövzusunda beynəlxalq seminar təşkil etmişdir. Seminarda Rusiyanın Federal arxivlərinin rəhbərləri, Arxangelski və Pskov vilayətlərinin, Tatarıstan Respublikasının arxivçiləri, həmçinin Azərbaycan, Belarusiya, Moldova, Qırğızıstan, Qazaxstan, Tacikistan, Özbəkistan və Ermənistandan nümayəndələr iştirak edirdilər.

      Milli Arxiv İdarəsindən seminarda Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin, beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova iştirak etmişdir.  


 

ətraflı oxu
24.06.2011
Bu yaxınlarda Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) maliyyə dəstəyi və ATİB-in təsisçisi olduğu Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) təşkilatçılığı ilə Azərbaycan Milli Arxiv İdarəsinin rəisi, tarixçi alim, tarix elmləri doktoru Ataxan Paşayevin "Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar" əsəri türk dilində ("Ermenilerin Azərbaycan halkına karşı toprak iddiaları, soykırımı ve tehcirleri") çap edilmişdir...
ətraflı oxu
05.07.2010

        Bu günlərdə “Çaşıoğlu” nəşriyyatında Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən hazırlanmış “Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Soveti iclaslarının protokolları (1920-1922-ci illər)” kitabı nəşr edilmişdir. Kitab Sovet Rusiyasının XI Ordusu tərəfindən Azərbaycanın işğalı nəticəsində iki ilə yaxın fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yeni yaradılan Azərbaycan İnqilab Komitəsinin və Azərbaycan Xalq Komissarları Sovetinin iclaslarının protokolları və onlara əlavələrdən ibarətdir. Əvvəllər Milli Arxiv İdarəsi tərəfindən nəşr edilən “Azərbaycan İnqilab Komitəsinin dekretləri (1920-1921-ci illər) (B.1988) və hazırda nəşr olunmuş “Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Soveti iclaslarının protokolları (1920-1922-ci illər) “Azərbaycanda Sovet hakimiyyətinin yaranması şəraiti və səbəblərini öyrənmək üçün ən mötəbər mənbələrdir. Nəşr Azərbaycan Respublikası Dövlət Arxivinin sənədləri əsasında hazırlanmışdır. İki hissədən ibarət olan nəşrə Azərbaycan İnqilab Komitəsinin 66, Xalq Komissarlar Şurasının 82 protokolu və onlara əlavələr daxil edilmişdir. Elmi-məlumat aparatına qeydlər, əlifba coğrafi göstəricilər və ixtisar olunmuş sözlərin siyahısı daxildir. Sənədlər çapa tarix elmləri doktoru A.Ə.Paşayevin rəhbərliyi və iştirakı ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi və Dövlət Arxivinin əməkdaşları M.C.Eldarova, S.K.Babayeva tərəfindən hazırlanmışdır.   

ətraflı oxu
12.04.2010

      

       “Çaşıoğlu” nəşriyyatı tərəfindən Ataxan Paşayevin “Molla Nəsrəddin: dostları, düşmənləri” kitabı nəşr edilmişdir.        

      Əsasən ilk mənbələrə istinad edilərək yazılmış bu kitabda “Molla Nəsrəddin” jurnalının Şərq xalqlarının oyanmasındakı rolu, onun çar mütləqiyyətinə, burjuaziya-mülkədar zülmünə, Şərq müstəbidlərinə, habelə cəhalət və islam dininin ehkamlarına qarşı apardığı barışmaz mübarizəsi öz əksini tapmışdır. Eyni zamanda, əsərdə bu mübarizədə jurnalın qarşılaşdığı çətinliklər, onun dostları və düşmənləri haqqında da ətraflı söhbət açılır.   

ətraflı oxu
10.04.2010

 

          2010-cu il aprelin 8-də Azərbaycan Respublikası Milli Arxiv İdarəsində Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatlarının 2009-cu il üzrə iş planlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi və 2010-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir. 

      İclası Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev açmışdır. Görülən işlər barədə idarənin təşkilat-metodika şöbəsinin rəisi Kamal Ağayev məlumat vermişdir. İclasda kollegiya üzvlərindən idarənin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin rəisi Sevil Əliyeva, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Fəxrəddin Cəfərov, Dövlət Arxivinin Bakı filialının direktoru Şahsuvar Şükürov və dövlət arxivlərinin direktorları Maarif Teymurov, Şirin Müzəffərov, Vaqif Abbasov, Solmaz Məmmədova və başqaları çıxış etmişlər. Kollegiyanın işində Azərbaycan Respublikası Nazilər Kabinetinin baş məsləhətçisi Abid Tahirli iştirak etmişdir.  

 

ətraflı oxu
09. 12. 2009
     
 
 
 
 
 
 
 
 
     Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən görkəmli yazıçı Cəlil Məmmədquluzadənin 140 illiyi münasibətilə “Molla Nəsrəddin” jurnalının nəşri tarixindən” adlı 24 çap vərəqi həcmində sənədlər məcmuəsi çapdan çıxmışdır.
     Azərbaycan mətbuatı tarixində əvəzsiz rol oynamış, XX əsr ictimai fikir və ədəbiyyat tarixində yeni dövr açmiş, klassik irsimizin dəyərli abidələrindən biri təkcə Azərbaycanda deyil...
ətraflı oxu
01. 11. 2009
      BAŞ-nın Avropa-Asiya regional bölməsinin 2008-2012-ci illər üçün iş Planına müvafiq olaraq, arxivşünaslıq və arxiv işi üzrə Ümumrusiya elmi-təhqiqat institutu (VNİİDAD) - 2009-cu ilin oktyabr ayının 13-dən 16-na kimi Moskva şəhərində "Elektron sənədlərin arxivlərdə saxlanılması problemləri" mövzusunda beynəlxalq seminar təşkil etmişdir.
ətraflı oxu
05.07.2009

        2009-cu il iyul ayının 8-i Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Gürcüstan Milli Arxivi arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Gürcüstan Milli Arxivinin rəhbəri Teona İaşvili ölkəmizdə arxiv işinin ümumi təşkili ilə və Milli Arxiv İdarəsinin yeni binası ilə tanış olmuş, mərkəzi aparatın və dövlət arxivlərinin kollektivləri ilə görüşmüş, Gürcüstanda arxiv işinin vəziyyəti haqqında məlumat vermişdir.



ətraflı oxu
05.07.2009

                                                                                                                                                                                                                                                                                                                                                           2008-ci il dekabr ayının 21 -24-də Rusiya Federasiyası Dövlət Arxiv Xidmətinin rəhbəri V. P. Kozlov Azərbaycana səfər etmişdir. Səfər zamanı  V.P.Kozlov ölkəmizdə arxiv işinin ümumi təşkili ilə və Milli Arxiv İdarəsinin yeni binası ilə tanış olmuş, mərkəzi aparatın və dövlət arxivlərinin kollektivləri ilə görüşmüş, Gürcüstanda arxiv işinin vəziyyəti haqqında məlumat vermişdir.

ətraflı oxu
09.10.2008
xeber1_imge         Prezident İlham Əliyev Milli Arxiv İdarəsinin yeni binasının istifadəyə verilmə mərasimində iştirak etmişdir
Bakının Mətbuat prospektində, 593-cü məhəllədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin yeni binası istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak etmişdir.
Dövlət başçısı sonra rəmzi açılışı bildirən lenti kəsdi, bina ilə yaxından tanış oldu...
ətraflı oxu
  

 

Milli Arxiv İdarəsi Beynəlxalq Arxivlər Şurasının üzvüdür.

Erməni təcavüzü tarixi sənədlərdə

  ÜNVAN 

        Bakı şəh.,   AZ1106,  Z. Bünyadov pr.,  3

  AXTARIŞ SİSTEMİ