facebook logo    Twitter bird logo 2012.svg

Milli Arxiv İdarəsinin Apellyasiya Şurasının fəaliyyəti haqqında hesabatlar

 

 

HESABAT - 2016

 

       “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.02.2016-cı il tarixli Fərmanında nəzərdə tutulmuş tapşırıqlara əsasən Milli Arxiv İdarəsində Apellyasiya Şurası yaradılmış, Əsasnaməsi, tərkibi müvafiq qaydada təsdiq edilmiş və bu barədə İdarənin rəsmi internet saytında məlumat verilmişdir. Həmçinin Apellyasiya Şurası haqqında saytda xüsusi bölmə yaradılmışdır.
      Apellyasiya Şuralarının fəaliyyətinin səmərəliliyinin artırılması, sahibkarların şikayətlərinə operativ baxılmasının təmin olunması məqsədilə Milli Arxiv İdarəsi “Elektron hökümət” portalında hazırlanmış “Mərkəzi və yerli icra hakimiyyətləri orqanlarının Apellyasiya Şuralarında müraciətlərin elektron qəbulu sistemi”nə qoşulmuşdur. İdarənin rəsmi saytında, Apellyasiya Şurasına müraciət bölməsi də birbaşa sözügedən sistemlə əlaqələndirilmişdir.
         Milli Arxiv İdarəsinin Apellyasiya Şurasına 2016-cı il ərzində heç bir sorğu və ya şikayət daxil olmamışdır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı