facebook logo    Twitter bird logo 2012.svg

NƏŞRLƏR

Sənəd nəşrləri

1. Azərbaycan  Cümhuriyyəti   Parlamentinin protokolları  ( 1918 – 1920 ). 1.2 cild . Bakı. 1998.  

2. Протоколы  заседаний  Парламента Азербайджанской Демократической  Республики (1918 – 1920 ). Вакı.1998. 

3. Законодательные акты Азербайджанской Демократической Республики (1918 – 1920). Bakı. 1998.     

4. Внешняя  политика  Азербайджанской  Демократической Республики ( 1918 – 1920 ).
Bakı. 1998.

5. Армия  Азербайджанской   Демократической Республики  ( 1918 – 1920 ). Bakı. 1998. 

6. Фатали  Хан  Хойский. Жизнь и деятельность. ( 1907 – 1920 ). Bakı. 1998.


Təqdim  olunan  bu  çox  cildli  sənədlər  toplusu  Azərbaycan  Xalq Cümhuriyyətinin  80  illiyinin  keçirilməsi  üçün  Azərbaycan  Prezidenti H. Əliyevin  30 yanvar 1998- ci il tarixli sərəncamı ilə yaranmış Dövlət Komissiyasının qərarı ilə çap olunmuşdur. Müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş  Azərbaycan  Xalq  Cümhuriyyətinin  ( 1918 – 1920 ) dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və başqa sahələrdə gördüyü işlər, qanunvericilik  fəaliyyəti sənədlər toplusunda öz geniş əksini tapmışdır.

1.2. Özünün 17 aylıq  fəaliyyəti  dövründə Azərbaycan  Xalq Cümhuriyyəti Parlamentinin  145 iclası keçirilmişdir. İlk iclas 1918 –ci il dekabrın 7-də, son iclas isə 1920- ci il aprelin 27-də olmuşdur. Yetərsay olmadığı üçün bu iclaslardan 15-i baş tutmamışdır. İclaslarda  ölkənin daxili və xarici siyasəti, iqtisadiyyat və maliyyə  məsələləri, qanuvericilik aktlarının müzakirəsi və qəbulu, ordu quruculuğu və sair məsələlər müzakirə olunmuşdur.

Öz fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi  çıxarılmışdır ki, onlardan da 230-a yaxın təsdiq edilmişdir.

Parlamentin  protokolları  iki  dildə - azərbaycan və rus dillərində rəsmiləşdirilirdi. Bu səbəbə görə  sənəd  toplusu iki dildə nəşr edilib.

3.    Azərbaycan höküməti qanunvericilik fəaliyyətinə öz mövcüdluğunun ilk günlərindən başlamışdır.

Azərbaycan  Milli  Şurasının dərc etdiyi  ümumdövlət  normativ aktları dövlətin  müstəqilliyini  və  demokratik – siyasi sistemin əsasını qoyurdu. 1918- ci il 28 mayda Milli Şurasının qərarı ilə Nazirlər Kabineti, 1918- ci ilin  noyabr- dekabr aylarında isə demokratik dövlətin əsası olan Parlament  yarandı.

Parlament  yaradıldıqdan  sonra  da Nazirlər Şurası normativ aktların dərc olunması üzrə fəaliyyətini davam etdirir, eyni zamanda bir qayda olaraq, marağı olan müvafiq nazirlik və idarələr tərəfindən tərtib olunan qanun layihələrinə Parlament iclaslarında baxılmaq üçün hazırlanmasını həyata keçirirdi.

Sənədlər toplusu 3 hissədən ibarətdir:

 

  1. Azərbaycan Milli Şurasının qərarları
  2. Parlamentin qanunları
  3. Hökumətin qərarları

 

4.  Topluda nəşr olunmuş sənədlərdən görünür ki,  Azərbaycan Respublikası hökumətinin apardığı xarici siyasətin əsasını xarici siyasi və daxili siyasi xəttin vəhdəti təşkil edirdi. Bu da dövlətin müstəqil dövlət kimi öz  imkanlarını  sübut etməsi üçün vacib rol oynayırdı.

Azərbaycan hökuməti dağılmış Rusiya imperiyasının ərazilərində yaranmış dövlətlərlə qarşılıqlı münasibət qurmaq məsələsi üstündə işləyir, respublikaərazi bütövlüyünün qorunması  üçün  kompleks tədbirlər  həyata  keçirir, Azərbaycan Respublikasının  müstəqilliyinin böyük  dövlətlər tərəfindən  tanınmasına  nail olmağa çalışırdı.

Azərbaycan Respublikasının müstəqilliyinin böyük dövlətlərin Ümumittifaq Şurası   tərəfindən  “de - fakto”  ( 11 yanvar 1920 )  və  eləcə  də İran tərəfindən “de - yure” ( 1920 ) olaraq  tanınması  Azərbaycan  Respublikası  hökumətinin xarici  siyasətinin  ən  böyük  uğuru  saymaq  olar.

5.  1918 – 1920 – ci illərdə yaradılmış Azərbaycan Silahlı Qüvvələrinin tarixi, 1980 – ci illərin axırı,  1990 – ci illərin  birinci  yarısında köklü olaraq araşdırılmağa   başlanılmışdır.

Bu toplu Azərbaycan Respublikası  hökumətinin ordu quruculuğu sahəsindəki  fəaliyyətini  silahlı qüvvələrin yaradılması, onların respublikanın müstəqilliyinin  və ərazi bütövlüyünün  qorunmasında göstərdikləri fəaliyyəti özündə əks etdirən kifayət qədər sənəd və materiallarla zənginləşdirilmiş ilk topludur.

3 hissədən ibarət olan bu toplu müvafiq olaraq ordu quruculuğu; ordunun əməliyyatları və respublikanın şimal sərhədlərinin möhkəmləndirilməsi məsələlərini əhatə edir.

6. F. X. Xoyski haqqında sənədlər toplusuna respublikamızın dövlət arxivlərində, rəsmi nəşrlərdə  və dövrü mətbuat səhifələrində qorunub saxlanaraq dövrümüzə qədər  çatmış sənəd və materiallar daxil edilmişdir.

Fətəli Xan  haqqında ilk sənəd nəşri olan bu topluya  onun ictimai siyasi fəaliyyətini,  xüsusilə ADR – in yaranmasındakı rolunu əks etdirən sənədlər, habelə Rusiyanın II Dövlət Dumasında, Zaqafqaziya seyminin  və Azərbaycan Parlamentinin iclaslarındakı  çox məzmunlu çıxışları daxil edilmişdir.

7. "Azərbaycan Respublikası Dövlət Arxivləri" Məlumat kitabı. Bakı, 2003.

 

 

8. "İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısı". Bakı, 2005.

Nümunəvi siyahının tərtibində respublikanın müxtəlif nazirlik, komitə, şirkət, idarə, müəssisə və təşkilatların qüvvədə olan siyahılarından istifadə olunmuşdur. Onun hazırlanması zamanı bir sıra aparıcı nazirliklərin rəy və təklifləri də nəzərə alınmışdır.

9. Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları. 1918-ci il. Bakı, 2006.

(Протоколы  заседаний  мусульманских  фракций Закавказского  сейма  и  Азербайджанского национального  Совета. 1918.) Bakı. 2006.

Azərbaycan Respublikasının Dövlət Arxivində Zaqafqaziya Seymində Müsəlman fraksiyasının, həm də Azərbaycan Milli Şurasının iclas protokolları  mühafizə olunur. Bu protokollar Zaqafqaziya Seymində və Azərbaycan Milli Şurasında xalqımızın  qabaqcıl oğulları və ideya sahiblərinin Azərbaycan müstəqilliyi uğrunda gərgin mübarizəsinin bilavasitə şahididir. Bu protokollar  onların xalqımızın  qəhrəmanlıq tarixində  apardıqları mübarizə və çəkdikləri zəhməti əyani şəkildə sübut edir.

Həmin nəşrə Zaqafqaziya Seyminin Müsəlman fraksiyası, Zaqafqaziya Mərkəzi Müsəlman İttifaqı və Azərbaycan Milli Şurasının iclaslarının ümumiliklə 35 protokolları  və onlara əlavələr daxil edilmişdir.

Protokollar əsasən rus dilində aparılıb. 30-31-32 №-li üç protokol isə azərbaycan dilində aparılıb. Onlar ərəb qrafikasından latına keçirilmişdir.

10. Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Soveti iclaslarının protokolları  (1920-1922-ci illər). Bakı, 2009.

(Протоколы  заседаний  АЗРЕВКОМА и СОВНАРКОМА АССР (1920-1922 гг.)) Bakı,2009.

Göstərilən sənəd toplusu Azərbaycanda Sovet hakimiyyətinin yaranması şəraiti və səbəblərini  öyrənmək üçün ən mötəbər mənbədir. Bu sənədlər o dövrə aid məsələlərin öyrənilməsində  tədqiqatçılar və onunla maraqlananlar üçün ən yaxşı vəsaitdir.

11. Bu günlərdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən görkəmli yazıçı Cəlil Məmmədquluzadənin 140 illiyi münasibətilə “Molla Nəsrəddin” jurnalının nəşri tarixindən” adlı 24 çap vərəqi həcmində sənədlər məcmuəsi çapdan çıxmışdır.
Azərbaycan mətbuatı tarixində əvəzsiz rol oynamış, XX əsr ictimai fikir və ədəbiyyat tarixində yeni dövr açmış, klassik irsimizin dəyərli abidələrindən biri təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərq ölkələrində siyasi satiranın ilk qaranquşu “Molla Nəsrəddin” jurnalı və onun nəşri tarixinin öyrənilməsində bu məcmuə çox böyük əhəmiyyətə malikdir.
Nəşr üçün sənədlər Gürcüstan, Azərbaycan və Rusiya arxivlərindən toplanmışdır.
Sənədləri toplayan və nəşr üçün hazırlayan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayevdir.

12. Azərbaycan Respublikası dövlət arxivlərinin Əsas İş Qaydaları. Bakı.2011

Azərbaycan Respublikası dövlət arxivlərinin Əsas İş Qaydaları son illərdə ölkəmizdə arxiv sahəsində qazanılmış iş təcrübəsi, o cümlədən müasir texniki vasitələrin, informasiya texnologiyalarının tətbiqi, arxiv işi sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla, əvvəllər qüvvədə olmuş normativ-metodiki sənədlərin yenidən işlənməsi nəticəsində hazırlanmışdır. Qaydalarda dövlət  arxivlərinin fəaliyyətinin müasir hüquqi bazası açıqlanmış, arxiv sənədlərinin təşkili prosesinə təsir edən müxtəlif mülkiyyət formalarının mövcudluğu nəzərə alınmış, sənədlərin fondlaşdırılması, mühafizəsi, komplektləşdirilməsi, dəyərinin ekspertizası, uçotu, arxiv sənədlərinin təsviri, elmi-məlumat aparatının yaradılması, məxfilikdən çıxardılması və sənədlərdən istifadə olunması yeni elmi-metodiki vasitələrlə və beynəlxalq standartlar nəzərə alınmaqla şərh edilmişdir.

 

13Atahan Paşayev. Ermenilerin Azerbaycan halkına karşı toprak iddiaları, soykırımı ve tehcirleri ( XIX.-XX. yüzyıl). Ankara,2012

 

14. Атахан Пашаев. Геноцид, депортации и территориальные претензии армян к азербайджанскому народу ( XIX-XX  вв.). Баку,2013.

 

 

15. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948-1953-cü illər).Bakı, 2013.

(Депортация Азербайджанцев из Армянской ССР (1948-1953 гг.)) Bakı,2013.

XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən Qafqazın işğalından sonra təxminən iki əsr ərzində bu ərazilərdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ həyata keçirilmiş belə tədbirlər nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma torpaqlarından qovularaq kütləvi qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılmışdır.

SSRİ Nazirlər Sovetinin  İ.Stalin tərəfindən imzalanmış 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları da xalqımıza qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Göstərilən qərarlar əsasında 1948-1953-cü illərdə yüz mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba torpaqlarından könüllülük adı ilə kütləvi surətdə və zorakılıqla sürgün olunmuşlar. Bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərə insanlar, o cümlədən qocalar və uşaqlar ağır köçürmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək məhv olmuşlar.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən nəşr edilmiş “Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948-1953-cü illər)” adlı topludakı sənədlər o dövrdə xalqımızın başına gətirilmiş müsibətləri əyani şəkildə əks etdirir.

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR