facebook logo    Twitter bird logo 2012.svg

KONFRANSLAR

  1. 1996-cı il sentyabr ayında Çinin paytaxtı Pekin şəhərində UNESCO yanında Beynəlxalq Arxiv Şurasının XIII Beynəlxalq Arxiv Konqresi təşkil olunmuşdur. «Arxivlər əsrin sonunda: retrospektivlik və gələcəyə baxış» devizi altında keçirilmiş bu konqresdə ölkəmizi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi A. Paşayev təmsil etmişdir.
  2. 2000-ci il sentyabr ayında İspaniyanın Sevilya şəhərində keçirilən Beynəlxalq Arxiv Şurasının XIV konqresində Azərbaycan nümayəndəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi A. Paşayev iştirak etmişdir. Konqres «Yeni minillik ərəfəsində cəmiyyətin məlumatlandırılmasında arxivlərin rolu» devizi altında keçirilmişdir. Konqres zamanı Baş Assambleyanın iclasları da keçirilmişdir. Səfər zamanı Ukrayna, Belarusiya, Polşa, Çexiya, Slovakiya, Pribaltika respublikaları, Qazaxıstan, Moldova, İran, Hollandiya arxivlərinin rəhbərləri ilə görüşlər keçirilmişdir.
  3. 2004-cü il avqust ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən UNESCO yanında Beynəlxalq Arxiv Şurasının XV Konqresində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi A. Paşayev iştirak etmişdir. Konqres «Arxivlər, yaddaş və bilik» mövzusuna həsr edilmişdir. Eyni zamanda A.Paşayev üzv olduğumuz Avropa regional bölməsinin iclasında və müşahidəçi kimi EURASİCA regional bölməsinin yığıncağında da yaxından iştirak etimişdir. Rusiya Federasiyası arxivləri avqustun 24-də Rusiya ilə Almaniya arxivləri ilə birlikdə hazırladıqları «Sovet hərbi administrasiyası Almaniyada» sənədləri üzrə xüsusi layihənin təqdimatını keçirtdilər. Avqustun 25-də isə Rusiya və Polşa arxivçilərinin təşəbbüsü ilə keçmiş SSRİ-yə daxil olan respublikalar və sosialist ölkələrinin ləğv olunmuş Kommunist Partiyalarının arxivlərinin taleləri və müasir vəziyyəti mövzusunda dəyirmi masa keçirilmişdi.
  4. Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 2008-ci ilin iyun ayında Ankarada keçirilən Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar fondunun himayədarlar şurasının ilkin iclasında iştirak edərək böyük elmi şuranın sədr müavini seçilmişdir.
  5. Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 2008-ci ilin noyabr ayında Bakıda keçirilən Türkiyə Tarixi Araşdırmalar fondunun növbəti iclasında iştirak etmişdir.
  6. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev cari ilin oktyabr ayının 3-7 Özbəkistan Respublikasının paytaxtı Daşkənddə təşkil olunmuş EVRAZİKA-nın 13-cü Ümumi konfransı və MDB ölkələrinin dövlət arxiv xidmətləri başçılarının Məsləhətçi şurasında iştirak etmişdir. İclasda İdarənin rəhbəri Azərbaycan Respublikasında 2012-ci il ərzində görülən işlər, xüsusilə də beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyimiz nailiyyətlərdən geniş məlumat vermişdir

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR