facebook logo    Twitter bird logo 2012.svg

SƏFƏRLƏR

 

  1. 1987-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi Ataxan Paşayev arxiv işi sahəsində əlaqələrin yaradılması məqsədilə  Böyük Britaniyaya səfər etmişdir.
  2. 1992-ci ildə Baş Arxiv İdarəsinin rəisi A. Paşayev İran arxivlərinin işi ilə tanış olmaq məqsədilə Təbrizə, Tehrana və Ərdəbilə işgüzar səfərə getmişdir.
  3. 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi Ataxan Paşayev arxivlər arası əlaqələrin yaradılması məqsədilə Qırğızıstana və Qazaxıstana səfər etmişdir.
  4. 1996-cı il sentyabr ayında Çinin paytaxtı Pekin şəhərində UNESCO yanında Beynəlxalq Arxiv Şurasının XIII Beynəlxalq Arxiv Konqresi təşkil olunmuşdur. «Arxivlər əsrin sonunda: retrospektivlik və gələcəyə baxış» devizi altında keçirilmiş bu konqresdə ölkəmizi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi A. Paşayev təmsil etmişdir.
  5. 2000-ci il sentyabr ayında İspaniyanın Sevilya şəhərində keçirilən Beynəlxalq Arxiv Şurasının XIV konqresində Azərbaycan nümayəndəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi A. Paşayev iştirak etmişdir. Konqres «Yeni minillik ərəfəsində cəmiyyətin məlumatlandırılmasında arxivlərin rolu» devizi altında keçirilmişdir. Konqres zamanı Baş Assambleyanın iclasları da keçirilmişdir. Səfər zamanı Ukrayna, Belarusiya, Polşa, Çexiya, Slovakiya, Pribaltika respublikaları, Qazaxıstan, Moldova, İran, Hollandiya arxivlərinin rəhbərləri ilə görüşlər keçirilmişdir.
  6. 2004-cü il avqust ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən UNESCO yanında Beynəlxalq Arxiv Şurasının XV Konqresində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi A. Paşayev iştirak etmişdir. Konqres «Arxivlər, yaddaş və bilik» mövzusuna həsr edilmişdir. Eyni zamanda A.Paşayev üzv olduğumuz Avropa regional bölməsinin iclasında və müşahidəçi kimi EURASİCA regional bölməsinin yığıncağında da yaxından iştirak etimişdir. Rusiya Federasiyası arxivləri avqustun 24-də Rusiya ilə Almaniya arxivləri ilə birlikdə hazırladıqları «Sovet hərbi administrasiyası Almaniyada» sənədləri üzrə xüsusi layihənin təqdimatını keçirtdilər. Avqustun 25-də isə Rusiya və Polşa arxivçilərinin təşəbbüsü ilə keçmiş SSRİ-yə daxil olan respublikalar və sosialist ölkələrinin ləğv olunmuş Kommunist Partiyalarının arxivlərinin taleləri və müasir vəziyyəti mövzusunda dəyirmi masa keçirilmişdi.
  7. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ilin oktyabrında Rumıniyaya rəsmi səfəri zamanı imzalanacaq Beynəlxalq müqavilələrin hazırlanması məqsədi ilə 4-12 oktyabrda Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev eskpertlər qrupu ilə birgə Buxarestə getmişdir.
  8. Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 2005-ci ilin noyabr ayında Ankarada Uluslararası Türkiyə Arxivlərinin simpoziumunda «Osmanlı Dövləti ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq və işbirliyi əlaqələri» (1918–1920-ci illər) mövzusunda məruzə ilə çıxış etmişdir.
  9. Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 2005-ci ilin noyabr ayında Ankarada Qazi universitetində «türk-erməni ilişkiləri və 1915-ci il hadisələri»nə həsr olunmuş beynəlxalq simpoziumda məruzə ilə çıxış etmişdir.
  10. Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 2007-ci ilin iyun ayında Rusiya Federal Arxiv Agentliyinin Tarix Arxivinin Sankt-Peterburqda yeni binasının açılış mərasimlərində iştirak etmişdir.
  11. Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 2008-ci ilin iyun ayında Ankarada keçirilən Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar fondunun himayədarlar şurasının ilkin iclasında iştirak edərək böyük elmi şuranın sədr müavini seçilmişdir.
  12. Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 2008-ci ilin noyabr ayında Bakıda keçirilən Türkiyə Tarixi Araşdırmalar fondunun növbəti iclasında iştirak etmişdir.
  13. 2000 - 2008-ci illərdə EURASİCA regional bölməsinin Moskvada, Astanada, Lvovda keçirilən iclaslarında təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri Kamal Ağayev iştirak etmişdir.
  14. 2005-ci ilin may ayında, Polşada, Polşa Respublikası dövlət arxivlərinin Baş direksiyası tərəfindən «Arxivlər və qeyri-ənənəvi məlumat daşıyıcıları» adı altında keçirilən konfransda Dövlət Səs Yazıları Arxivinin direktoru Həsənxan Mədətov «Arxiv materiallarının saxlanılması, bərpa edilməsi və texnologiyanın köhnəlməsi prosesi» adlı məruzəsi ilə çıxış etmişdir.
  15. Azərbaycan Respublikası Dövlət Arxivinin direktor müavini Sima Babayeva 2005-ci ildə Moskva şəhərində «Almaniya üzərində qələbə» adı altında keçirilən Beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir.
  16. Azərbaycan Respublikası Dövlət Arxivinin direktoru Emin Sərdarov Moskvada 2007-ci ilin oktyabr ayında «İki inqilabın irsi» adlı  Beynəlxalq konfransda iştirak etmişdir.
  17. 2009-cu ilin oktyabr ayının 13-dən 16-dək Moskva şəhərində “Elektron sənədlərin arxivlərdə saxlanılması problemləri” mövzusunda keçirilən beynəlxalq seminarda  Milli Arxiv İdarəsinin Dövlət Səs Yazıları, Laboratoriya və Kino-Foto Sənədləri arxivlərinin əməkdaşları iştirak etmişlər.
  18. 2011-ci il oktyabrın 11-dən 14-dək Moskva şəhərində “Arxivlərdə elektron sənədlər: sənədlərin saxlanılması, komplektləşdirilməsi və uçotu” mövzusunda keçirilən beynəlxalq seminarda Milli Arxiv İdarəsinin  Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin, beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova iştirak etmişdir.
  19. 2011-ci il oktyabrın 26-dan 27-dək “İnformasiya cəmiyyətində sənədlər: sənəd dövriyyəsinin optimallaşdırılması problemləri” mövzusunda keçirilən XVIII Beynəlxalq elmi-praktik konfransda Milli Arxiv İdarəsindən Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Cəmilə Abasova və Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini Zümrüd Məmmədova iştirak etmişlər.
  20. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 2012-ci il oktyabr ayının 3- 7-də Özbəkistan Respublikasının paytaxtı Daşkənddə təşkil olunmuş EVRAZİKA-nın 13-cü Ümumi konfransı və MDB ölkələrinin dövlət arxiv xidmətləri başçılarının Məsləhətçi şurasında iştirak etmişdir.
  21. 2012-ci il oktyabrın 23-dən 26-dək Ümumrusiya Elmi-Tədqiqat Sənədşünaslıq və Arxiv İşi İnstitutunun “Elektron sənəd dövriyyəsi və arxivlər: elektron sənədlərin təsviri, uçotu və saxlanması” mövzusunda Moskva şəhərində təşkil olunmuş seminarda Milli Arxiv İdarəsinin Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Həsən Həsənov iştirak etmişdir.
  22. 24-25 oktyabr 2012-ci il tarixində Moskva şəhərində “Sənədlər informasiya cəmiyyətində; “bulud” texnologiyaları (cloud computing) və elektron sənəd dövriyyəsi” adlı XIX Beynəlxalq elmi-praktik konfransda  Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Natiq Eminov iştirak etmişdir.
  23. 21-24 may 2013-cü il tarixində Polşa Respublikasının paytaxtı Varşava şəhərində “Elektron sənəd və arxiv sənədlərinin internet resurslarında yerləşdirilməsi” mövzusunda keçirilən XIII beynəlxalq konfransda Milli Arxiv Idarəsinin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Həsən Həsənov iştirak etmişdir.
  24. 01-04 oktyabr 2013-cü il tarixində Rusiya Federasiyasının Moskva şəhərində “Rəqəmsal texnologiya arxivdə: tətbiqi təcrübə və inkişaf perspektivləri” mövzusunda beynəlxalq təlim seminarında Milli Arxiv İdarəsi tərəfindən Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Natiq Eminov iştirak etmişdir.
  25. 20-31 yanvar 2014-cü il tarixində 1915-ci ildə Türkiyə Respublikasının Çanaqqala döyüşlərində şəhid olmuş azərbaycanlı əsgərlərlə əlaqədar Türkiyə Respublikası Müdafiə Nazirliyinin Arxiv İdarəsində tədqiqatların aparılması işində  Milli Arxiv İdarəsi tərəfindən Dövlət Arxivinin direktoru Emin Sərdarov iştirak etmişdir.
  26. 16-22 noyabr 2015-ci il tarixində Fransa Respublikasının Mədəniyyət və Kommunikasiya Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Ali Arxivşünaslıq Konfransı (CİSA) tərəfindən Paris şəhərində “Arxiv xidmətləri və onların elektron ekosistemi” adlı  beynəlxalq seminar keçirilmişdir. Seminarda Milli Arxiv İdarəsi tərəfindən Natiq Eminov iştirak etmişdir. 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR