facebook logo    Twitter bird logo 2012.svg

SƏNƏDLƏRİN NƏŞRİ VƏ İSTİFADƏSİ

 

Dövlət arxivlərində saxlanılan sənədlərdən daha səmərəli və hərtərəfli istifadə etmək məqsədi ilə onlar üçün axtarış-məlumat sistemi yaradılır. Arxivlərdə saxlanılan sənədlərin tərkib və məzmunu haqqında yaradılan axtarış-məlumat sisteminə-siyahılar, arxivlərin yaddaş kitabları, xülasələr, kartotekalar və sair uçot və məlumat sənədləri daxildir. Dövlət arxivləri həm də Respublika əhalisinin, habelə əvvəllər ölkəmizdə fəaliyyət göstərmiş hazırda müstəqil dövlətlər birliyinin digər respublikalarında yaşayanları iş stajı və başqa sosial-hüquq xarakterli sənədlərlə təmin etmək sahəsində də böyük işlər görür.

Arxiv tədqiqatçıların istifadəsinin təşkili işi ilə yanaşı arxivlərin özləri də sərgilərin təşkilində, dövri mətbuatda, radio və televiziya verilişlərinin hazırlanmasında sənədlərdən geniş istifadə edirlər.

Milli Arxiv İdarəsi və dövlət arxivləri müstəqil surətdə yaxud, başqa elmi-tədqiqat idarələri ilə birlikdə  arxivlərdə saxlanan qiymətli tarixi sənədlər əsasında sənəd topluları hazırlayaraq nəşr etdirirlər.

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini əldə etdikdən sonra Milli Arxiv İdarəsi və dövlət arxivləri bu sahədə xüsusilə fəallıq göstərmişlər. Uzun illər arxivlərimizdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri özündə əks etdirən və onun həqiqi sahibi olan xalqdan gizli saxlanılan sənədlər və materiallar əsasında hazırlayaraq nəşr etdirdikləri çoxcildli sənəd topluları respublika ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Arxiv İdarəsinin mətbu orqanı olan «Elmi-məlumat bülleteni» 1959-cu ildən nəşrə başlamışdır. 1962-ci ildə o «Azərbaycan SSR arxivlərinin xəbərləri», 1969-cu ildən başlayaraq isə «Azərbaycan arxivi» adı ilə nəşr olunmuşdur.

 

Arxivlərimiz haqqında məlumat kitabı 1987-ci ildə rus dilində buraxılmışdı. Azərbaycan dilində nəşr edilimiş sonuncu məlumat kitabının isə əvvəlkilərdən fərqi ondadır ki, ilk dəfə olaraq uzun illər Sovet xalqlarının qardaşlıq ailəsinin Lenin dostluğundan, sosializmin qələbəsindən, bu qələbənin Azərbaycanda həyata keçirilməsində Leninin “sədaqətli silahdaşları” İ.Stalinin, S.Şaumyanın, S.Orconikidzenin, S.Kirovun, A.Mikoyanın və başqalarının fəaliyyətindən bəhs edən məlumatlar əvəzində yeni məlumat kitabına daxil edilmiş xülasələrdə bilavasitə həmin şəxslərin öz rəhbərlikləri dövründə uzun illər xalqımızın başına açdıqları müsibətlər barədə Azərbaycanın müstaqilliyi gününə qədər tam gizli saxlanılmış sənədlər əsasında daha geniş məlumatlar verilir.

Göstərilən məlumat kitabını nəşr etməkdə məqsəd elm sahəsində fəaliyyət göstərən tədqiqatçıları, arxiv sənədləri ilə maraqlanan geniş oxucu kütləsini respublikamizda arxiv quruculuğunun qısa tarixi, müstəqil Azərbaycanın milli sərvəti olan dövlət arxivlərində saxlanılan fondlardakı sənədlərin tərkibi və məzmunu ilə, habelə arxivlərə müraciət edən vətəndaşları onlardan lazımi məlumatlar almaq qaydaları ilə tanış etməkdir. Bu məlumat kitabından tarixçilər, elmin digər sahələri ilə məşğul olan tədqiqatçılar və mütəxəssislər, habelə Azərbaycanın arxivləri və orada saxlanılan sənədlərlə maraqlanan digər şəxslər də bəhrələnə bilərlər.

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR