facebook logo    Twitter bird logo 2012.svg

Milli Arxiv İdarəsi tərəfindən hazırlanan yeni elektron xidmətlər Elektron Arxiv Məlumat Sistemi (EAMS) və Elektron Hesabatlar Sistemi (EHS) həmçinin, digər elektron xidmətlər haqqında görülmüş işlər AZƏRTAC Dövlət İnformasiya Agentliyi tərəfindən işıqlandırılmışdır.

 

azertac      Milli Arxiv İdarəsində istifadəçilərin rahatlığının təmin edilməsi məqsədilə elektron xidmətlərin təqdim olunması, arxiv həyatına aid olan məsələlərin işıqlandırılması, bütün sahələrə aid olan arxiv sənədlərinin ictimaiyyətə daha da geniş çatdırılması üçün lazımi tədbirlər görülməkdə davam edir.

      İdarədən AZƏRTAC-a bildirilib ki, ötən ildə bu məqsədlə rəsmi sayt vasitəsilə üç virtual sərgi təşkil olunaraq istifadəçilərin ixtiyarına verilib.

     İnformasiya əldə olunmasının rahat və müasir İKT avadanlıqlarının köməyi ilə daha əlçatan və prosesin sadələşdirilməsi üçün cari ildə Milli Arxiv İdarəsində İP Telefoniya sistemi istismara verilib ki, bu da istifadəçilərin vaxt itkisinə yol vermədən, rahatlıqla tələb etdikləri informasiya mənbəyinə birbaşa çıxmalarına şərait yaradır. Bundan əlavə, idarədə elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə vaxtaşırı müvafiq qurumlarla birlikdə zəruri texniki təhlükəsizlik tədbirləri görülür. Belə ki, “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə cari ildə idarə tərəfindən texniki imkanları daha da genişləndirilmiş dövlət informasiya ehtiyatı olan “Elektron Arxiv Məlumat Sistemi” (EAMS) elektron hökumət portalına inteqrasiya edilərək istifadəyə verilməsi üçün müvafiq quruma rəsmi müraciət olunub.

 

Daha ətraflı bu http://azertag.az/xeber/Milli_Arxiv_Idaresinde_Elektron_Hesabatlar_Sistemine_kechid_yekunlasib-1027646 linkdən tanış ola bilərsiniz.  

 

 

Digər Xəbərlər  

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR