facebook logo    Twitter bird logo 2012.svg

Milli Arxiv İdarəsi tərəfindən İdarənin və tabeliyində olan dövlət arxivlərinin 2016-cı ildə fəaliyyəti barədə rəsmi hesabatı dərc edilmişdir. 

 


MAIbina1       "Açıq hökümətin təşviqinə dair 2016-2018-c illər üçün Milli Fəaliyyət Planı"nın tələblərinin icrası məqsədilə Milli Arxiv  İdarəsi 2016-cı ildə İdarənin və dövlət arxivlərinin fəaliyyəti barədə hesabat dərc etmişdir. Hesabata əsasən 2016-cı ildə Azərbaycan Respublikası dövlət arxiv təşkilatlarının işi “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, ali hakimiyyət orqanlarının tapşırıqlarına, Milli Arxiv İdarəsinin 2016-cı il üzrə arxiv işinin inkişaf planına və dövlət arxivlərinin iş planlarına müvafiq olaraq təşkil edilmişdir.

      Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”, “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması haqqında”, “Dövlət və bələdiyyə orqanlarında dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında fərmanlarından, o cümlədən Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələrin icrasına xüsusi diqqət verilmişdir.

         Hesabat ilə daha yaxından BURADAN tanış ola bilərsiniz. 

 

 

Digər Xəbərlər  

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR