facebook logo    Twitter bird logo 2012.svg

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri Cavid Məmmədlinin görkəmli incəsənət xadimi İsmayıl Dağıstanlı haqqında sənədlər əsasında hazırladığı məqalə işıq üzü görmüşdür.

 

i daghistanli       İsmayıl Yusif oğlu Hacıyev 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində muzdur ailəsində anadan olmuşdur. Uşaqlıq illərini bu səfalı kənddə keçirən İsmayılı atası aqronom olaraq görmək istəyirdi. Ancaq uşaqlıqdan artistliyə meyli və qabiliyyəti onu addım-addım öz istəyinə aparırdı.Onun aktyor yaradıcılığının ilk səhifələri Şəki ipək fabrikinin fəhlə dram dərnəyi ilə bağlı olmuşdur. Bakı Teatr Texnikumunda oxuduğu illərdə (1926-1930) gənc aktyora Moskva və Leninqraddan dəvət olunmuş teatr mütəxəssisləri ilə yanaşı görkəmli dramaturq və pedaqoq Əbdürrəhim bəy Haqverdiyevdə azərbaycan dili və bədii qiraət fənlərindən dərs demişdir. Elə “Dağıstanlı” adını da ona görkəmli ədib vermişdi.Gənc İsmayıl təqaüdsüz oxuduğu üçünçox məşəqqətli günlər görmüşdü.Belə ki, dərsdən sonra dəmiryolunda yük daşıyaraq gündəlik xərcini çıxarır, gecələr isə “Təzə pir” məscidinin həyətində yatmalı olurdu. Lakin möhkəm iradə sahibi olangənc aktyor gələcəyə ümid ilə baxır, öz üzərində daim işləyirdi. Artıq İsmayıl Dağıstanlı birinci kursun sonundan Azərbaycan Dövlət Dram Teartında oynanılan tamaşalarda epizodik rollarda çıxış edirdi. Bu iş ona görkəmli sənətkarlarla tanışlığa çox böyük imkanlar yaradırdı.Texnikumu bitirdikdən sonra Dövlət Dram Teatrının səhnəsində ilk rolu Konstantin Trenyovun “Düşmənlər” (“Lübov Yarovaya”) dramında Koşkin obrazı olur. Bundan sonra gənc aktyora bir çox tamaşalarda məsul rollar tapşırılır.

        Məqalə ilə daha yaxından saytımızın "Əməkdaşlarımızın arxiv araşdırmaları" bölməsindən tanış ola bilərsiniz. 

 

 

 

Digər Xəbərlər  

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR