facebook logo    Twitter bird logo 2012.svg

Xalq rəssamı, professor Nazim Bəykişiyev tərəfindən 41 saxlama vahidi fotosənəd daimi mühafizə üçün Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.      

 

n.beykishiyev      Azərbaycan Respublikasının xalq rəssamı, Akademik Milli Dram Teatrın baş rəssamı, professor Nazim Bəykişiyev Dövlət Kino - Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədilə 41 saxlama vahidi fotosənəd təqdim edib. Fotosənədlər Akademik Milli Dram Teatrında, Dövlət Musiqili Teatrında rəssamın iştirakı ilə hazırlanan tamaşalardakı yaddaqalan anları əks etdirir. Eyni zamanda fotosənədlər - xalq rəssamının ömür və yaradıcılıq yoluna işıq salır, onun əsərlərini tədqiqatçılara çatdırır. Xalq rəssamı Nazim Bəykişiyev Oktay Kazımovun ”Qızıl toy”, Emin Sabitoğlunun “Nəğməli könül”,  Ramiz Mirişlinin “Qaçırılmış qız”,  Hüseyn Cavidin “İblis”,  Mir Cəlal  Paşayevin “Dirilən adam”  və onlarla tamaşaların quruluşçu rəssamı olub.

        Hal – hazırda arxivdə qəbul olunmuş fotosənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında qısa məlumat hazırlanır.

 

 

Digər Xəbərlər  

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR