facebook logo    Twitter bird logo 2012.svg

Şöhrətin zirvəsinə ucalan sənətkar - Ağasadıq Gəraybəyli - 120        

 

 

agasadiq      Ağasadıq Gəraybəyli... Bu ad indiki orta və yaşlı nəslin nümayəndələrinə yaxşı tanışdır. Çox da uzaq olmayan keçmişdə televiziya ekranlarındanizlədiyimiz, oturub maraqlı söhbətlər edən köhnə Azərbaycan kişisinin, əsil-nəcabətli bəyin baməzə danışıqlarını, duzlu zarafatlarını yaxşı xatırlayırıq. Ekranlardan, səhnələrdən  izlədiyimiz, simasında köhnə insanın cizgiləri həkk olunmuş Gəraybəyli hər kəsin sevimli aktyoru idi. Onun bəy olması da bir həqiqətdir. Ağasadıq Ağəli oğlu Gəraybəyli 15 mart 1897-ci ildə Şamaxıda bəy ailəsində anadan olub. Ağasadıq Gəraybəylinin sanballı kişi görünüşü və bir sıra iddialı hərəkətləri də onun əyilməz bəy nəslindən olmasına bir sübut idi.Ağasadığın danışıq tərzi, səsinin tonu, danışığındakı tələskənliyi isə onda azərbaycanlı koloritini daha da artırırdı.  Daha jestli hərəkətlərlə hər hansı halı, ovqatı göstərmək bacarığı aktyorda güclü idi.

        Məqalə ilə daha yaxından saytımızın "Əməkdaşlarımızın arxiv araşdırmaları" bölməsindən tanış ola bilərsiniz. 

 

 

 

Digər Xəbərlər  

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR