facebook logo    Twitter bird logo 2012.svg

Milli Arxiv İdarəsi tərəfindən hazırlanan və təkmilləşdirilən yeni Elektron Arxiv Məlumat Sistemi (EAMS) istifadəyə verilmişdir.

 

eams       Yeni sistem vasitəsilə istifadəçi heç bir sənəd təqdim etmədən sistemə daxil olaraq onu maraqlandıran Respublikanın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, iqtisadi, siyasi, sosial və mədəni həyatına aid olan istənilən fond və həmin fondun tərkibi haqqında məlumatla tanış ola bilər və ya bu istiqamətdə dövlət arxiv fondu daxilində axtarış apara bilər.  İstifadəçi həmçinin müraciətini, fondun adı və ya nömrəsi, siyahının adı və ya nömrəsi, saxlama vahidinin adı və ya nömrəsi və ya sadə axtarış panelindən istifadə etməklə istənilən açar sözü daxil etməklə axtarışını ayrı-ayrı illər çərçivəsində məhdudlaşdıra bilər. Qeyd etmək lazımdır ki, Milli arxiv fondu uzrə EAMS daim yenilənir. 

        EAMS la tanış olmaq üçün saytımızın müvafiq bölməsinə müraciət edə  və ya  sistemə BURADAN daxil ola bilərsiniz. 

 

 

 

Digər Xəbərlər  

 

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR