facebook logo    Twitter bird logo 2012.svg

Dövlət Səs Yazıları Arxivinin "Qızıl fondu"nda mühafizə edilən valların bir qismi XIX əsrin sonu XX əsrin əvvələrinə aid olan qurğularda yazılmışdır.

 

qrammofon

       Azərbaycan  Respublikası  Dövlət  Səs Yazıları  Arxivinin  fondlarında  1902 - 1914- cü illərdə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən səsyazma şirkətləri tərəfindən Azərbaycanın klassik xanəndələrinin  səsləri yazılmış 1600- ə qədər nadir qrammofon valları mühafizə edilir. Bu valların köçürülməsi, bərpası və elektron variantda sığorta nüsxələrini hazırlamaqdan ötrü onlara uyğun avadanlıqların olması çox vacibdir .

      XIX yüzilliyin ikinci yarısından başlayaraq istehsal edilmiş belə cihazların nümunələri arxivdə  saxlanılır və iş prosesində onlardan geniş istifadə edilir.  Arxivin direktoru Həsənxan Mədətovun "Səsyazma tarixindən" adlı məqaləsi məhz bu mövzudadır. 

     Məqalə ilə daha yaxından "Əməkdaşlarımızın arxiv araşdırmaları" bölməsindən tanış ola bilərsiniz. 

 

 

 

 

 

 

Digər Xəbərlər   

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR