facebook logo    Twitter bird logo 2012.svg

         

     Azərbaycan  Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədi ilə 2016-cı ili əhatə edən 9865 saxlama vahidi foto sənəd, 1 saxlama vahidi  kino sənəd Azərbaycan Respublikası Dövlət Kino – Foto Sənədləri Arxivinə təhvil verilib.

 

azpresident

        2016 – cı ildə dövlət başçısının iş günlərini əhatə edən foto sənədlər- Prezident İlham Əliyevin xarici ölkələrə rəsmi səfərlərini, işgüzar görüşlərini, qəbullarını, beynəlxalq tədbirlərdə, forumlarda iştirakını, çıxışlarını, dövlət müstəqilliyinin 25–ci ildönümü münasibəti ilə diplomatik nümayəndəliklərin rəhbərlərinin rəsmi qəbulunu əks etdirir. Daimi saxlanılmaq məqsədi ilə qəbul olunmuş foto sənədlər eyni zamanda – Prezidentin regionlara, o cümlədən Tərtər, Bərdə, Ağdam, Masallı, Biləsuvar, Salyan rayonlarına səfərlərini, zavod və fabriklərin, yeni çəkilmiş avtomobil yollarının açılışında iştirakını, 2016–cı ilin yekunlarına həsr olunmuş dövlət tədbirində iştirakını və çıxışını, Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında və Qazax rayonunda yeni istifadəyə verilmiş “Əhəng zavodu”nun açılışında iştirakını əks etdirir.

        Tarix üçün əhəmiyyətli olan foto – kino sənədlər hal – hazırda Arxivdə Milli Arxiv Fonduna daxil edilmək üçün rəsmiləşdirilir. Hər bir sənədin ayrıca məlumat bazası yaradılır.

 

 

Digər Xəbərlər 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR