facebook logo    Twitter bird logo 2012.svg

 

         Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Kino – Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədi ilə 135 saxlama vahidi foto sənəd, 1 saxlama vahidi kino sənəd təhvil verilib.

 

5Kino – foto sənədlər dövlət müstəqilliyi illərində rayonda görülən quruculuq işlərini, Şəhər İcra Hakimiyyətinin fəaliyyətini, AR Prezidenti İlham Əliyevin Lənkərana səfərlərini, rayondakı dövlət orqanlarının və təşkilatlarının fəaliyyətini, o cümlədən son illər bərpa olunmuş çay plantasiyalarını, sitrus bağlarını, yeni istifadəyə verilmiş hava limanını, meyvə-tərəvəz kombinatını, Heydər Əliyev xatirə parkını, yeni tikilmiş yaşayış binalarını, uşaq evlərini, məktəbləri, əsaslı təmir olunmuş mərkəzi xəstəxananın binasını, Lənkəran Dövlət Universitetinin yeni tikilmiş tədris – istehsalat korpuslarını, Lənkəran Regional Diaqnostik mərkəzi, dəmir yol vağzalını, yenidən qurulmuş avtomobil yollarını, məhkəmə binasını, turizm obyektlərini, otelləri, parkları, tarix – diyarşünaslıq muzeyinin əsaslı təmir olunmuş binasını, Həzi Aslanov parkının yenidən qurulmasını əks etdirir.

       Hal – hazırda Arxivdə sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir, hər bir sənəd haqqında müfəssəl məlumat bazası hazırlanır.

 

Digər Xəbərlər 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR