facebook logo    Twitter bird logo 2012.svg

Milli Arxiv İdarəsinin İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri, baş məsləhətçi Natiq Eminov Malayziya Milli Arxiv İdarəsinin təşkil etdiyi beynəlxalq proqramda iştirak etmişdir.

 

IMG 20170905 WA0038      05-14 sentyabr 2017-ci il tarixində Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTCP) çərçivəsində Malayziyanın Milli Arxiv İdarəsi tərəfindən “Elektron sənədlərin idarə olunması sistemləri: Malayziya Hökumətinin təcrübəsi” mövzusunda beynəlxalq təlim proqramı təşkil edilmişdir. Proqramda iştirakçı kimi Azərbaycan, İndoneziya, Bruney, Meksika, Kot-d'İvuar, Banqladeş, Kamboca, Laos nümayəndələri dəvət olunmuşdurlar. Tədbirdə Azərbaycanı Milli Arxiv İdarəsinin İnformasiya təminatı və elektron xidmətlər Mərkəzinin rəhbəri, baş məsləhətçi Natiq Eminov təmsil etmişdir.

     Beynəlxalq proqram çərçivəsində Malayziya Milli Arxiv İdarəsinin elektron sənədlərlə iş, kağız əsaslı arxiv sənədlərin elektron daşıyıcılara köçürülməsi  informasiya sistemlərinin təhlükəsizliyi, data mərkəzlər və s. haqqında  məruzələr dinlənilmiş, işin əyani nümayişi həyata keçirilmişdir. Bundan başqa Malayziyanın Xarici İşlər Nazirliyində, Malayziya İnzibati Modernləşdirmə və İdarəetmə, Planlaşdırma Birliyində (MAMPU), həmçinin Malayziya Milli Arxiv İdarəsinin müxtəlif struktur bölmələrində görüşlər keçirilmişdir. 

      Tədbirin sonunda əməkdaşımızın Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyinin əməkdaşları ilə görüşü olmuşdur.

 

 

 

 

IMG 20170905 WA0038

 

IMG 20170905 WA0025

 

IMAG2398

 

IMAG2407

 

IMAG2417

 

IMG0032

 

IMG0010

 

IMG0023

 

IMG 20170914 WA0149

 

 

 

 

 

 

 

Digər Xəbərlər 

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR