facebook logo    Twitter bird logo 2012.svg

Milli Arxiv İdarəsinin İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri  Natiq Eminov Rusiyada beynəlxalq konfransda iştirak etmişdir.

 

 

IMAG2952     20-23 noyabr 2017-ci il tarixində Rusiya Federasiyasının Federal Arxiv Agentliyi və Ümumrusiya Sənədşünaslıq və Arxiv işi üzrə Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Moskva şəhərində  “Elektron sənədlərin idarə olunmasının aktual problemləri”mövzusunda XXIV Beynəlxalq  Konfrans təşkil edilmişdir. Konfransda iştirakçı kimi Azərbaycan, Belarus, Almaniya, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Polşa, Sloveniya, Tacikistan, Özbəkistan, Finlandiya və İsveç nümayəndələri iştirak edirdilər. Tədbirdə Azərbaycanı Milli Arxiv İdarəsinin İnformasiya təminatı və elektron xidmətlər Mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir.

       Beynəlxalq konfrans çərçivəsində elektron sənədlərlə iş,  kağız əsaslı arxiv sənədlərin elektron daşıyıcılara köçürülməsi  informasiya sistemlərinin təhlükəsizliyi, data mərkəzlər, elektron sənədlərin hüquqi qüvvəsi və s. haqqında  məruzələr dinlənilmişdir.

       Konfrans öz işini seminar və dəyirmi masalarla davam etdirmişdir. 


 

 

 

 

 

 

 

seminar20 23.2017

 

 

 

P1010124 1

 

 

Digər Xəbərlər 

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR