Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

İsmayıllı Rayon Dövlət Arxivində tələbələrin ekskursiyası təşkil edilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş sənədləri dəyişən tərkibli İsmayıllı Rayon Dövlət Arxivinin 2025-ci ilin İş Planına uyğun olaraq, adıçəkilən arxivin və İsmayıllı Dövlət Peşə Təhsili Mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzin Kargüzarlıq və ofis xidmətləri üzrə təhsil alan tələbələrinin arxivə ekskursiyası təşkil edilib.  

İsmayıllı Rayon Dövlət Arxivinin müdiri İsa Əkbərov tərəfindən ekskursiyada iştirak edən tələbələrə arxivin əsas fəaliyyət istiqamətləri, həmçinin sənədlərin dövlət mühafizəsinə qəbulu, arxivdə mühafizəsinin təşkili, istifadəsi, uçotu və s. haqqında ətraflı məlumat verilib və əyani şəkildə nümayiş etdirilib.

 


Bugün: 422
Dünən: 1204
Bu həftə: 7076
Son həftə: 7393
Bu Ay: 9075
Son Ay: 39446
Bu İl: 307121
Ümumi: 1619705
1619705