Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində təlim keçirilib

Milli Arxiv İdarəsində və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatlarında Elektron Sənəd Dövriyyəsi Sistemindən (ESDS) istifadə üzrə növbəti təlim keçirilib.  Təlimdə İdarənin və müvafiq respublika dövlət arxivlərinin kargüzarlıq, daxil olan məktubların qeydiyyatı və icrası  sahələrinə məsul olan əməkdaşları iştirak ediblər.

Təlimdə İdarənin Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin müdiri Roza Əliyeva çıxış edərək ESDS üzrə yenilənən texniki parametrlər haqqında məlumat verib. Daha sonra nümunəvi tapşırıq üzərindən ESDS-nin iş prinsipinin nümayişi həyata keçirilib.

Təlim sual-cavab formatında davam etdirilib.


Bugün: 1972
Dünən: 2240
Bu həftə: 1972
Son həftə: 11849
Bu Ay: 18795
Son Ay: 48584
Bu İl: 18795
Ümumi: 1712720
1712720