NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

12 Noyabr – Konstitusiya Günü münasibətilə Dövlət Arxivinin Gəncə filialında tədbir keçirilib

Filial rəhbərliyinin və əməkdaşlarının iştirak etdiyi tədbir Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və dövlət müstəqilliyimizin bərpasının 34 illiyi, o cümlədən "2025-ci il Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirildi. 

Tədbirdə çıxış edən filialın direktoru Eleonora Süleymanova ilk milli konstitusiyamızın qəbulu, onun tarixi və Ulu öndər Heydər Əliyevin bu istiqamətdə gördüyü işlər haqqında məlumat verdi. E. Süleymanova qeyd etdi ki, konstitusiyamız Heydər Əliyevin “Biz elə bir layihə hazırlamalı və nəhayət elə bir Konstitusiya qəbul etməliyik ki, o, Müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli seçkilər yolu ilə təmin olunmalıdır” prinsipinə əsaslanaraq qanunun aliliyinə, insan və vətəndaş hüquq və azadlıqlarına yüksək qiymət verir.

Daha sonra filialın əməkdaşları çıxış edərək 18 oktyabr 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Respublikamızın suverenliyinin bərpa olunmasından, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq 44 günlük Vətən müharibəsində Ali baş komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun qüdrəti, xalqımızın bir olub “Dəmir yumruq” kimi düşmən ordusunu darmadağın etməsi nəticəsində torpaqlarımızın 30 illik əsarətdən xilas olmasından, nəhayət 2023-cü ilin sentyabr ayının 19-da başlamış, Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması və həmin ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpası ilə nəticələnən cəmi 23 saat davam etmiş əməliyyatdan qürurla söz açdılar.

 


Today: 753
Yesterday: 1430
This Week: 10389
Last Week: 11350
This Month: 38562
Last Month: 48584
This Year: 38562
Total: 1732487
1732487