04 December 2025 11:35 News Baxış sayı : 332
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Ağstafa Rayon Dövlət Arxivinin 2025 - ci ilin İş planına uyğun olaraq, Azərbaycan Arxivinin 105 illiyi çərçivəsində arxivdə rayon ictimai xadimlərinin və müvafiq qurumların nümayəndələrinin, təhsil ocaqlarının müəllim, tələbə və şagirdlərinin iştirakı ilə “Açıq qapı” günlərinin, ekskursiyaların keçirilməsi nəzərdə tutulub.
Bu məqsədlə Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi, Ağstafa Rayon Dövlət Arxivinin, Ağstafa Gənclər Evinin birgə təşkilatçılığı ilə rayonun fəal gənclərinin Ağstafa Rayon Dövlət Arxivinə ekskursiyası təşkil edilib.
Ağstafa Gənclər Evinin müəssisə direktoru Nicat Vəkilovun rəhbərliyi altında gənclər Ağstafa Rayon Dövlət Arxivinin fəaliyyəti ilə əyani şəkildə tanış oldular.
Arxivin müdiri Pərvin Hacıyev gənclərə dövlət arxiv xidməti təşkilatlarının fəaliyyəti, arxivlərin dövlət idarəçiliyində rolu, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında ətraflı məlumat verildi.
Görüş açıq diskussiya şəraitində davam etdirilib.



.jpeg)
.jpeg)

| Today: | 747 |
| Yesterday: | 1430 |
| This Week: | 10383 |
| Last Week: | 11350 |
| This Month: | 38556 |
| Last Month: | 48584 |
| This Year: | 38556 |
| Total: | 1732481 |
3, Z.Bunyadov avenue, AZ1106, Baku, Azerbaijan Republic
Tel: (+99412) 562 97 75 Fax: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az