NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

Dövlət Arxivinin Göyçay filialı tərəfindən “1948-53-cü və 1988-ci illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası” mövzusunda sənəd sərgisi təşkil edilib

Dövlət Arxivinin Göyçay filialının və Göyçay rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sənəd sərgisi Dövlət Arxivinin Göyçay filialında daimi mühafizə edilən arxiv materialları əsasında təşkil edilib. Arxiv materialları 1948-1953-cü illərdə, o cümlədən 1988-1989-cu illərdə Ermənistan SSR-in müxtəlif ərazilərindən, öz doğma torpaqlarından deportasiya edilmiş və Göyçay rayonunda məskunlaşdırılmış azərbaycanlılar haqqında qiymətli məlumatları özündə əks etdirir.

Sərgidə Dövlət Arxivi Göyçay filialının direktoru Əflatun Beydullayev və filialın əməkdaşları, o cümlədən Göyçay rayonu Heydər Əliyev Mərkəzinin rəhbəri Samirə Vəliyeva və əməkdaşları iştirak ediblər. Sərgi böyük ictimai marağa səbəb olmuş və çoxsaylı rayon sakinləri müvafiq sənədlərlə tanış olmuşdular.

Qeyd etmək lazımdır ki, SSRİ Nazirlər Sovetinin sədri İ.Stalinin bədnam “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi” haqqında  23 dekabr 1947-ci il tarixli,  4083 nömrəli qərarının icrası nəticəində yüz minlərlə azərbaycanlı öz doğma dədə-baba yurdundan zorla deportasiya edilmişdir.  

1988-1989-cu illərdə geniş vüsət almış məlum hərəkatlar, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə həyata keçirilən deportasiya nəticəsində indiki Ermənistan ərazisində öz doğma torpaqlarında yaşayan yüz minlərlə azərbaycanlı da yenidən deportasiya edilmişdir. 


Today: 1289
Yesterday: 1558
This Week: 7629
Last Week: 13718
This Month: 22830
Last Month: 50507
This Year: 73337
Total: 1767262
1767262