10 December 2025 12:08 News Baxış sayı : 337
Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin Lənkəran filialının 2025-ci ilin İş Planına uyğun olaraq filialın və Lənkəran şəhər Azər Məhərrəmov adına 7 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil olunub.
09 dekabr 2025-ci il tarixdə adı çəkilən məktəbin direktoru Aynur Məmmədovanın rəhbərliyi ilə təşkil olunmuş ekskursiyada ARDA Lənkəran filialının direktoru Camal Babazadə şagirdlər qarşısında çıxış edərək arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplekləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumat verdi.
Daha sonra şagirdlər sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış oldular və onların sualları cavablandırıldı.


.jpeg)
| Today: | 719 |
| Yesterday: | 1430 |
| This Week: | 10355 |
| Last Week: | 11350 |
| This Month: | 38528 |
| Last Month: | 48584 |
| This Year: | 38528 |
| Total: | 1732453 |
3, Z.Bunyadov avenue, AZ1106, Baku, Azerbaijan Republic
Tel: (+99412) 562 97 75 Fax: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az