01 December 2025 04:40 News Baxış sayı : 452
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində 2025-ci il üçün illik iş Planına uyğun olaraq, İdarədə “Etika. Korrupsiyanın qarşısının alınması” mövzusunda təlim keçirilib.
Tədbirdə Milli Arxiv İdarəsinin İnsan resursları və hüquqi təminat sektorunun müdiri Təranə Aslanova, həmin sektorun əməkdaşları, İdarənin mərkəzi aparatında inzibati vəzifə tutan dövlət qulluqçuları, dövlət arxiv xidməti təşkilatlarının məsul əməkdaşları iştirak ediblər.
Təranə Aslanova təlimi açıq elan edərək, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq, dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, kadr potensialının inkişaf etdirilməsi, dövlət qulluqçularının etik davranışı, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qulluğunda ictimai etimadın və vətəndaş məmnunluğunun artırılmasının aktuallığını qeyd etdi.
Daha sonra “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun prinsipləri əsasında korrupsiyanın, maraqlar toqquşmasının qarşısının alınması və əmlakdan istifadə, o cümlədən müəssisədaxili etik problemlər, idarəetmədə sui-istifadə və korrupsiya faktları, dövlət əmlakından qeyri-səmərəli istifadə haqqında məlumat verildi.
Tədbir açıq diskussiya formatında və komanda halında tətbiqi tapşırıqların həlli ətrafında davam etdirildi.
| Today: | 752 |
| Yesterday: | 1430 |
| This Week: | 10388 |
| Last Week: | 11350 |
| This Month: | 38561 |
| Last Month: | 48584 |
| This Year: | 38561 |
| Total: | 1732486 |
3, Z.Bunyadov avenue, AZ1106, Baku, Azerbaijan Republic
Tel: (+99412) 562 97 75 Fax: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az