NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

Milli Arxiv İdarəsində “İdarəetmədə səriştə modeli” mövzusunda seminar keçirilib

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli, 718 nömrəli Sərəncamına uyğun olaraq, təşkil edilən seminarda Milli Arxiv idarəsi rəisinin müavini, İdarə aparatının struktur bölmə rəhbərləri, o cümlədən İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatlarının rəhbər heyəti iştirak edirdi. 

Tədbiri açıq elan edən İdarə rəisinin müavini Həsən Həsənov bildirdi ki, seminarın məqsədi geniş istifadə olunan səriştə modeli vasitəsilə dövlət idarəçiliyində dövlət qulluqçularının, o cümlədən əməkdaşların seçilməsi, vəzifə yüksəlişində səriştələrin ölçülməsi və xidməti fəaliyyətin hərtərəfli qiymətləndirilməsi və digər məsələləri müzakirə etməkdir.

İdarənin İnsan resursları və hüquqi təminat sektorunun müdiri Təranə Aslanova səriştə modelinin tətbiqi, o cümlədən  liderlik bacarıqları, komandanın uğurla idarə edilməsi, liderlik ünsiyyəti, strategiyanın planlaşdırılması və icrası, dəyişikliklərin idarə edilməsi mövzusunda məruzə ilə çıxış etdi.

Seminar nəticəyönümlü təsir üçün liderlik bacarıqlarının inkişafı, effektiv liderlik xüsusiyyətləri və keyfiyyətləri, fərdi liderliyin güclü və zəif tərəflərinin müəyyənləşdirilməsi, şəxsi xüsusiyyətlərin və dəyərlərin liderlik tərzinə təsiri, motivasiya amilləri, emosional zəka və ünsiyyət üslublarının müəyyən edilməsi, qətiyyətli lider olmaq üçün ünsiyyət bacarıqlarının inkişafı, liderliyin imkanları və çətinlikləri, komandaya effektiv rəhbərlik etmək və ruhlandırmaq üçün strategiyaların müəyyənləşdirilməsi, konstruktiv rəy vermək və almaq, strateji planlaşdırma bacarıqlarının təkmilləşdirilməsi, təşkilati dəyişiklik təşəbbüsləri və dəyişikliyi reallaşdıracaq insanları bir araya gətirərək proseslərin uğurla idarə olunması kimi mövzularda açıq diskussiya formatında davam etdirilib.


Today: 1271
Yesterday: 1558
This Week: 7611
Last Week: 13718
This Month: 22812
Last Month: 50507
This Year: 73319
Total: 1767244
1767244