NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Ərazi bütövlüyümüzün qətiyyətli müdafiəçisi – Məmməd Yusif Cəfərov” sərlövhəli məqaləsi mətbuatda dərc edilib

Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Ərazi bütövlüyümüzün qətiyyətli müdafiəçisi – Məmməd Yusif Cəfərov” sərlövhəli məqaləsi “Kaspi” qəzetinin 09 noyabr 2025-ci il tarixli, 43 (4244) sayında, o cümlədən eyniadlı qəzetin elektron resurslarında dərc edilib. 

27 yaşında IV Dövlət Dumasına deputat seçilən Məmməd Yusif Cəfərov Azərbaycan Xalq Cümhuriyyəti hökumətlərində də nazir vəzifəsində çalışıb. O, Azərbaycan Müstəqillik Bəyannaməsini imzalamış 26 görkəmli ictimai-siyasi xadimdən biridir. 

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tanınmış ictimai-siyasi və dövlət xadimlərindən biri də Məmməd Yusif Cəfərovdur. O, 1885-ci il martın 14-də Bakı şəhərində anadan olub. İxtisasca hüquqşünas olan 27 yaşlı Məmməd 1912-ci ildə Bakı, Yelizavetpol və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət Dumasına deputat seçilib. 1912-1917-ci illərdə Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərmiş IV Dövlət Dumasının deputatı olub. O, dumadakı çıxışlarında çar hökumətinin Azərbaycanda yürütdüyü müstəmləkəçilik siyasətini tənqid edib. 

1917-ci ilin fevralında Rusiyada burjua-demokratik inqilabı baş verərkən, müvəqqəti hökumətin təşəbbüsü ilə IV Dövlət Dumasının Zaqafqaziyadan olan deputatlarından ibarət Xüsusi Zaqafqaziya Komitəsi yaradılır. Onun tərkibinə V.Xarlamov (rus), A.Çxenkeli (gürcü), K.Abaşidze (gürcü), M.Papacanovla (erməni) yanaşı azərbaycanlı M.Y.Cəfərov da daxil edilir. Həmyerlimizə yeni yaradılmış komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək tapşırılır. 

Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.


Today: 747
Yesterday: 1430
This Week: 10383
Last Week: 11350
This Month: 38556
Last Month: 48584
This Year: 38556
Total: 1732481
1732481