26 January 2026 12:24 News Baxış sayı : 544
Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Əsgəran döyüşlərinin qəhrəmanı - general-mayor Həbib bəy Səlimovun xidmətlərinə dair qeydlər” adlı məqaləsi “Kaspi” qəzetinin 24 yanvar 2026-cı il tarixli, 03 (4254) sayında, o cümlədən eyniadlı qəzetin elektron resurslarında dərc edilib.
Azərbaycanın şanlı hərb tarixinə düşmüş görkəmli hərbi sərkərdələrdən biri də general-mayor Həbib bəy Səlimovdur. Görkəmli hərbi sərkərdə- Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də Azərbaycanın qədim torpaqlarından biri sayılan İrəvanda anadan olmuşdur. Onun orduda xidməti 1900-cu ilin avqust ayından başlayır. Həbib bəy Səlimov 1900-cü ilin avqust ayından etibarən 156-cı Yelizavetpol süvari alayına könüllü yazılaraq orada qısa müddətdə - cəmi on dörd ay xidmət etdikdən sonra unter-zabit rütbəsini əldə etmişdir.
Həbib bəy Səlimov 1902-ci ildə Tiflis şəhərində süvari məktəbini bitirərək üçüncü Qafqaz Atıcı Batalyonunda xidmət etməyə başlamışdır.O, Qafqaz Atıcı Batalyonunda podporuçik rütbəsində xidmət etmişdir.
Həbib bəy Səlimov 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə isə elə həmin hərbi hissədə üçüncü rotanın komandiri təyin edilmişdir. O, həmin ilin sentyabrında hərbi xidmətinə görə Müqəddəs Vladimir ordeni ilə təltif edilmişdir.
1908–1910-cu illərdə Həbib bəy Səlimov Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvan-Culfa sərhədində xidmət etmiş və məxfi tapşırıqlarla Tehrana göndərilmişdir. 1912-ci ildə Həbib bəy Səlimov növbəti kapitan rütbəsini əldə etmişdir. O, daha sonra Peterburq şəhərində Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirmişdir.
Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.

| Today: | 2447 |
| Yesterday: | 2027 |
| This Week: | 5956 |
| Last Week: | 9782 |
| This Month: | 7643 |
| Last Month: | 46140 |
| This Year: | 104290 |
| Total: | 1798215 |
3, Z.Bunyadov avenue, AZ1106, Baku, Azerbaijan Republic
Tel: (+99412) 562 97 75 Fax: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az