23 December 2025 08:28 News Baxış sayı : 435
Naxçıvan Muxtar Respublikasında Dövlət Arxivinin yaradılmasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı 17 dekabr 2025-ci il tarixli Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında arxiv işi sahəsində səmərəli fəaliyyətlərinə görə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin bir qrup əməkdaşı - Məmmədhəsənov Cəfər Vaqif oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, Bağırova Aynurə Əsgər qızı, Bağırova Sona Fərəməz qızı, Qasımova Xədicə İsmayıl qızı, Quliyeva Lətifə Lətif qızı və Quliyeva Solmaz Lətif qızı “Rəşadətli əməyə görə” nişanına layiq görülüblər.
22 dekabr 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində sözügedən dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib. Tədbirdə İdarə rəhbərliyi və kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov arxiv sahəsində çalışan əməkdaşların dövlət tərəfindən yüksək qiymətləndirilməsinin bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib. Qeyd olunub ki, arxiv işi tariximizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır və bu sahədə çalışan əməkdaşların fədakar əməyi daim diqqət mərkəzində saxlanılır.
Daha sonra idarənin rəisi Mehman Məmmədov tərəfindən nişanlar təqdim olunub. Təltif olunan əməkdaşlar çıxış edərək göstərilən yüksək etimada və diqqətə görə dövlət rəhbərliyinə və İdarə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Onlar bundan sonra da arxiv işi sahəsində məsuliyyətlə çalışacaqlarını və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini qeyd ediblər.
.jpeg)
.jpeg)



.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)
| Today: | 1298 |
| Yesterday: | 1558 |
| This Week: | 7638 |
| Last Week: | 13718 |
| This Month: | 22839 |
| Last Month: | 50507 |
| This Year: | 73346 |
| Total: | 1767271 |
3, Z.Bunyadov avenue, AZ1106, Baku, Azerbaijan Republic
Tel: (+99412) 562 97 75 Fax: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az