05 Декабрь 2025 05:00 Новости Baxış sayı : 378
Qədim dövlətçilik tarixinə və mədəniyyətə malik Azərbaycan strateji bir region kimi siyasi, iqtisadi, mədəni və digər sahələrdə daim maraq nöqtələrinin kəsişməsində olmuş və çoxsaylı tarixi hadisələrə şahidlik etmişdir. Tarixi keçmişin və onun hadisələrinin ən dərin izlərini və əsl həqiqətləri isə heç şübhəsiz arxivlər daşıyır.
Azərbaycanda dövlət idarəçiliyinin əsas atributlarından olan və hər bir xalqın mənəvi sərvətini təşkil edən arxiv 6 dekabr 1920-ci ildə yaradılmışdır. Azərbaycan Arxivinin əsası həmin vaxtdan, “Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında” dekretlə qoyulmuşdur.
Qürurla qeyd etmək lazımdır ki, 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi olmuşdur.
Vaxtilə Ulu Öndər Heydər Əliyev arxivçilərin məsuliyyətli əməyinə böyük qiymət vermişdir: ”Biz arxivləri toplayan və mühafizə edən, tarix elminin təməlini qoyan, onu qurub yaradan, Azərbaycan xalqının səadəti uğrunda aparılan mübarizəsinin misilsiz sənədlərini sətir-sətir toplayan fədakar alimlərə, sadə təvazökar arxivçilərə böyük ehtiramımızı və səmimi minnətdarlığımızı ifadə edirik”.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Şanlı Ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunan ərazilərin bərpası uğrunda bugün Azərbaycan arxivçiləri səylə, yorulmadan çalışır, bu şərəfli işə arxiv sənədləri əsasında böyük töhfə verirlər.
Azərbaycan arxivinin 105 illiyi münasibətilə hər bir arxivçi həmkarımızı təbrik edir, məsuliyyətli və şərəfli peşələrində uğurlar arzulayırıq.

| Cегодня: | 747 |
| Вчера: | 1430 |
| На этой неделе: | 10383 |
| На прошлой неделе: | 11350 |
| Этот месяц: | 38556 |
| Прошлый месяц: | 48584 |
| В этом году: | 38556 |
| Всего: | 1732481 |
Азербайджан, Баку, AZ1106, проспект Зия Буньядова, 3
Тел: (+99412) 562 97 75 Факс: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az