13 Сентябрь 2024 02:39 Новости Baxış sayı : 359
Azərbaycan qəzetinin 2024-cü il 12 sentyabr tarixli buraxılışında dərc edilən məqalədə Dövlət Səs Yazıları Arxivinin fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Qeyd edilib ki, Dövlət Səs Yazıları Arxivinin qarşısına ölkənin ictimai, siyasi, elmi və mədəni həyatını əks etdirən, eləcə də Azərbaycana gəlmiş incəsənət xadimlərinin zaman keçdikcə tarixə çevrilmiş səs yazılarının - fonosənədlərin toplanılması, daimi qeydiyyata alınması, mühafizəsinin təmin olunması və istifadəsi vəzifəsi qoyulub.
İlk sənədləri qrammofon valları və maqnitli lentlər olan Dövlət Səs Yazıları Arxivində indi səs və görüntü daşıyıcıları, bu gün hamının tanıdığı kompakt kasetlər, rəqəmsal fono və video sənədlər də toplanılır: "Arxivin sənədləri tərkibinə görə çox zəngindir. Hazırda 50000 saxlama vahidindən artıq fonovideo sənəd mühafizə edilir ki, onlardan 9000 saxlama vahidi video sənədlərə aiddir".
Məqalə ilə daha ətraflı BURADAN tanış ola bilərsiniz
Cегодня: | 408 |
Вчера: | 793 |
На этой неделе: | 1201 |
На прошлой неделе: | 5861 |
Этот месяц: | 3417 |
Прошлый месяц: | 28223 |
В этом году: | 244458 |
Всего: | 1264879 |
Азербайджан, Баку, AZ1106, проспект Зия Буньядова, 3
Тел: (+99412) 562 97 75 Факс: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az