Национальное Архивное Управление

Азербайджанской Республики

Мы должны уделять серьезное внимание архивным делам.
Во-первых, это единственный источник отражающий
историю нашего народа. Во-вторых, они являются весьма
важным фактором противостояния тем, кто
искажает нашу историю.

ПОСЛЕДНИЕ НОВОСТИ

Milli Arxiv İdarəsində 2025-ci il “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş tədbir keçirilib

Tədbirdə Milli Arxiv İdarəsinin, dövlət arxiv xidməti təşkilatlarının rəhbər vəzifəli və məsul əməkdaşları iştirak ediblər. İlk öncə iştirakçılar Dövlət Arxivinin daimi mühafizə etdiyi sənədlər əsasında hazırlanmış “Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri” adlı sənəd sərgisi ilə tanış oldular. 

Müstəqil Azərbaycan Respublikasının banisi, Konstitusiyamızın fəxri müəllifi olan Ulu Öndər Heydər Əliyevin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra İdarənin rəisi Əsgər Rəsulov tədbiri açıq elan etdi.

Əsgər Rəsulov qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli 432 nömrəli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Sərəncamın icrasının təmin edilməsi məqsədilə Milli Arxiv İdarəsinin müvafiq “Tədbirlər Planı” təsdiq edilib.

Natiq vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində formalaşmış fundamental bir sənəddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində 44 günlük Vətən müharibəsində, o cümlədən bir günlük Antiterror əməliyyatları  nəticəsində qazandığımız qələbə sayəsində torpaqlarımızın işğaldan azad olunması həm möhtəşəm hərbi nailiyyət, həm də siyasi və diplomatik zəfər olmaqla Konstitusiyamızın ruhuna və məqsədlərinə uyğun şəkildə dövlətimizin tam suverenliyinin təmininə xidmət etmişdir.

İdarə rəisinin müavini Həsən Həsənov Konstitusiyada təsbit edilən insan hüquq və azadlıqları üzrə çıxış edərək korrupsiyaya qarşı aparılan dövlət siyasəti və onun arxiv işində təzahürləri haqqında məlumat verdi. Bildirildi ki, son dövrlərdə arxiv işi üzrə qəbul edilən normativ-hüquqi aktlar korrupsiya riskini yaradan halların qarşısının alınmasında mühüm rol oynayır.

Daha sonra Dövlət Tarix Arxivinin direktoru Anar Mirəliyev, Dövlət Arxivinin direktor müavini Səyyarə Hacıyeva mövzu ətrafında çıxış etdilər.

Tədbir gündəlikdə duran digər məsələlərin müzakirəsi ilə davam etdirilib.

 


Cегодня: 566
Вчера: 947
На этой неделе: 6124
На прошлой неделе: 6873
Этот месяц: 12039
Прошлый месяц: 28959
В этом году: 176193
Всего: 1488777
1488777