facebook logo    Twitter bird logo 2012.svg

Bir sıra yerli icra hakimiyyətləri tərəfindən ümumilikdə 4315 saxlama vahidi foto və 18 saxlama vahidi kinosənəd Dövlət Kino-Foto sənədləri Arxivinə təhvil verilib.     

 

map az      Mingəçevir, Şamaxı, Lənkəran, Qubadlı, Zəngilan, o cümlədən Bakı şəhərinin Binəqədi, Xətai, Xəzər rayon İcra Hakimiyyətləri tərəfindən ümumi cəmi 4315 saxlama vahidi foto sənəd, 18 saxlama vahidi kino sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.  Kino-foto sənədlər əsasən regionların, Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Dövlət Proqramlarında görülməsi planlaşdırılan işlərin icra olunmasını əks etdirir.

      Əhalinin məşğulluğu, yeni iş yerlərinin yaradılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması, təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişaf etdirilməsi, qəsəbələrdə abadlıq, quruculuq işləri, əhalinin qaz, su, elektrik enerjisinə olan tələbatının ödənilməsi, yeni infrastruktur sahələrinin yaradılması, sənaye sahələrinə dövlət qayğısı, ekoloji layihələrin gerçəkləşdirilməsi-qəbul edilmiş kino-foto sənədlərin mövzusunu təşkil edir.

      Hal-hazırda Arxivdə təhvil olunmuş sənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənədin məlumat bazası hazırlanır.

 

 

Digər Xəbərlər 

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR