| 11.05.2012 |
2012-ci il may ayının 10-da Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Türkiyə Respublikası Nazirlər Kabinetinin Dövlət Arxivləri Baş İdarəsi arasında “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında arxiv işi sahəsində əməkdaşlıq Protokolu” imzalanmışdır. |
| ətraflı oxu |
|
|
|
| 02.04.2012 |
2012-ci ilin mart ayının 29-u Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiya iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatlarının 2011-ci ildə fəaliyyəti və 2012-ci ildə qarşıda duran vəzifələri barədə geniş müzakirələr aparılmışdır. |
| ətraflı oxu |
|
|
|
| 21.11.2011 |
2011-ci il oktyabrın 26-dan 27-dək Moskva şəhərində Rusiya Federasiyası Arxiv Agentliyi, Sənədşünaslıq və Arxiv İşi üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutu və Rusiya Dövlət Humanitar Universiteti tərəfindən “İnformasiya cəmiyyətində sənədlər: sənəd dövriyyəsinin optimallaşdırılması problemləri” mövzusunda XVIII Beynəlxalq elmi-praktik konfrans təşkil edilmişdi. Konfransda Milli Arxiv İdarəsindən Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Cəmilə Abasova və Dövlət Kino-Foto Sənədləri Arxivinin director müavini Zümrüd Məmmədova iştirak etmişlər. |
| ətraflı oxu |
|
|
|
| 16.11.2011 |
MDB ölkələrində arxivşünaslıq, sənədşünaslıq və sənədlərin mühafizəsi üzrə kadr hazırlığı ilə məşğul olan Ümumrusiya Elmi-Tədqiqat Sənədşünaslıq və Arxiv İşi İnstitutu (ÜETSAİİ) 2011-ci il oktyabrın 11-dən 14-nə qədər Moskva şəhərində “Arxivlərdə elektron sənədlər: sənədlərin saxlanılması, komplektləşdirməsi və uçotu” mövzusunda beynəlxalq seminar təşkil etmişdir. Seminarda Rusiyanın Federal arxivlərinin rəhbərləri, Arxangelski və Pskov vilayətlərinin, Tatarıstan Respublikasının arxivçiləri, həmçinin Azərbaycan, Belarusiya, Moldova, Qırğızıstan, Qazaxstan, Tacikistan, Özbəkistan və Ermənistandan nümayəndələr iştirak edirdilər. Milli Arxiv İdarəsindən seminarda Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin, beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova iştirak etmişdir.
|
| ətraflı oxu |
|
|
|
| 24.06.2011 |
Bu yaxınlarda Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) maliyyə dəstəyi və ATİB-in təsisçisi olduğu Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) təşkilatçılığı ilə Azərbaycan Milli Arxiv İdarəsinin rəisi, tarixçi alim, tarix elmləri doktoru Ataxan Paşayevin "Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar" əsəri türk dilində ("Ermenilerin Azərbaycan halkına karşı toprak iddiaları, soykırımı ve tehcirleri") çap edilmişdir... |
| ətraflı oxu |
|
|
|
| 05.07.2010 |
Bu günlərdə “Çaşıoğlu” nəşriyyatında Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən hazırlanmış “Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Soveti iclaslarının protokolları (1920-1922-ci illər)” kitabı nəşr edilmişdir. Kitab Sovet Rusiyasının XI Ordusu tərəfindən Azərbaycanın işğalı nəticəsində iki ilə yaxın fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yeni yaradılan Azərbaycan İnqilab Komitəsinin və Azərbaycan Xalq Komissarları Sovetinin iclaslarının protokolları və onlara əlavələrdən ibarətdir. Əvvəllər Milli Arxiv İdarəsi tərəfindən nəşr edilən “Azərbaycan İnqilab Komitəsinin dekretləri (1920-1921-ci illər) (B.1988) və hazırda nəşr olunmuş “Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Soveti iclaslarının protokolları (1920-1922-ci illər) “Azərbaycanda Sovet hakimiyyətinin yaranması şəraiti və səbəblərini öyrənmək üçün ən mötəbər mənbələrdir. Nəşr Azərbaycan Respublikası Dövlət Arxivinin sənədləri əsasında hazırlanmışdır. İki hissədən ibarət olan nəşrə Azərbaycan İnqilab Komitəsinin 66, Xalq Komissarlar Şurasının 82 protokolu və onlara əlavələr daxil edilmişdir. Elmi-məlumat aparatına qeydlər, əlifba coğrafi göstəricilər və ixtisar olunmuş sözlərin siyahısı daxildir. Sənədlər çapa tarix elmləri doktoru A.Ə.Paşayevin rəhbərliyi və iştirakı ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi və Dövlət Arxivinin əməkdaşları M.C.Eldarova, S.K.Babayeva tərəfindən hazırlanmışdır. |
| ətraflı oxu |
|
|
|
| 12.04.2010 |
“Çaşıoğlu” nəşriyyatı tərəfindən Ataxan Paşayevin “Molla Nəsrəddin: dostları, düşmənləri” kitabı nəşr edilmişdir. Əsasən ilk mənbələrə istinad edilərək yazılmış bu kitabda “Molla Nəsrəddin” jurnalının Şərq xalqlarının oyanmasındakı rolu, onun çar mütləqiyyətinə, burjuaziya-mülkədar zülmünə, Şərq müstəbidlərinə, habelə cəhalət və islam dininin ehkamlarına qarşı apardığı barışmaz mübarizəsi öz əksini tapmışdır. Eyni zamanda, əsərdə bu mübarizədə jurnalın qarşılaşdığı çətinliklər, onun dostları və düşmənləri haqqında da ətraflı söhbət açılır. |
| ətraflı oxu |
|
|
|
| 10.04.2010 |
2010-cu il aprelin 8-də Azərbaycan Respublikası Milli Arxiv İdarəsində Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatlarının 2009-cu il üzrə iş planlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi və 2010-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir. İclası Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev açmışdır. Görülən işlər barədə idarənin təşkilat-metodika şöbəsinin rəisi Kamal Ağayev məlumat vermişdir. İclasda kollegiya üzvlərindən idarənin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin rəisi Sevil Əliyeva, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Fəxrəddin Cəfərov, Dövlət Arxivinin Bakı filialının direktoru Şahsuvar Şükürov və dövlət arxivlərinin direktorları Maarif Teymurov, Şirin Müzəffərov, Vaqif Abbasov, Solmaz Məmmədova və başqaları çıxış etmişlər. Kollegiyanın işində Azərbaycan Respublikası Nazilər Kabinetinin baş məsləhətçisi Abid Tahirli iştirak etmişdir. |
| ətraflı oxu |
|
|
|
| 09. 12. 2009 |
Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən görkəmli yazıçı Cəlil Məmmədquluzadənin 140 illiyi münasibətilə “Molla Nəsrəddin” jurnalının nəşri tarixindən” adlı 24 çap vərəqi həcmində sənədlər məcmuəsi çapdan çıxmışdır. Azərbaycan mətbuatı tarixində əvəzsiz rol oynamış, XX əsr ictimai fikir və ədəbiyyat tarixində yeni dövr açmiş, klassik irsimizin dəyərli abidələrindən biri təkcə Azərbaycanda deyil... |
| ətraflı oxu |
|
|
|
| 01. 12. 2009 |
Noyabrın 12-i, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı, geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur. Mərasimdə "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Belarus Respublikasının Ədliyyə Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun xarici işlər naziri Sergey Martınov imzaladılar. |
| ətraflı oxu |
|
|
|
| 01. 11. 2009 |
BAŞ-nın Avropa-Asiya regional bölməsinin 2008-2012-ci illər üçün iş Planına müvafiq olaraq, arxivşünaslıq və arxiv işi üzrə Ümumrusiya elmi-təhqiqat institutu (VNİİDAD) - 2009-cu ilin oktyabr ayının 13-dən 16-na kimi Moskva şəhərində "Elektron sənədlərin arxivlərdə saxlanılması problemləri" mövzusunda beynəlxalq seminar təşkil etmişdir. |
| ətraflı oxu |
|
|
|
| 05.07.2009 |
2009-cu il iyul ayının 8-i Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Gürcüstan Milli Arxivi arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Gürcüstan Milli Arxivinin rəhbəri Teona İaşvili ölkəmizdə arxiv işinin ümumi təşkili ilə və Milli Arxiv İdarəsinin yeni binası ilə tanış olmuş, mərkəzi aparatın və dövlət arxivlərinin kollektivləri ilə görüşmüş, Gürcüstanda arxiv işinin vəziyyəti haqqında məlumat vermişdir.
|
| ətraflı oxu |
|
|
|
| 05.07.2009 |
2008-ci il dekabr ayının 21 -24-də Rusiya Federasiyası Dövlət Arxiv Xidmətinin rəhbəri V. P. Kozlov Azərbaycana səfər etmişdir. Səfər zamanı V.P.Kozlov ölkəmizdə arxiv işinin ümumi təşkili ilə və Milli Arxiv İdarəsinin yeni binası ilə tanış olmuş, mərkəzi aparatın və dövlət arxivlərinin kollektivləri ilə görüşmüş, Gürcüstanda arxiv işinin vəziyyəti haqqında məlumat vermişdir. |
| ətraflı oxu |
|
|
|
| 09.10.2008 |
Prezident İlham Əliyev Milli Arxiv İdarəsinin yeni binasının istifadəyə verilmə mərasimində iştirak etmişdir
Bakının Mətbuat prospektində, 593-cü məhəllədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin yeni binası istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak etmişdir. Dövlət başçısı sonra rəmzi açılışı bildirən lenti kəsdi, bina ilə yaxından tanış oldu... |
| ətraflı oxu |
|
|
|