Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

AZƏRBAYCAN ARXİVİ - 100 İL

Son Yenilənmə : 2024-09-24 05:26:24
Baxış sayı : 5749

Azərbaycan arxivçilərinə təbrik müraciəti

Məqalələr

Media layihələr

 Azərbaycanda arxiv quruculuğu tarixinin xronologiyası 

 

  06 dekabr

 1920-ci il

Azərbaycan İnqilab Komitəsinin Rəyasət Heyətinin sədri  N.Nərimanov “Vahid dövlət Arxiv Fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında” dekret imzalayıb.

  yanvar 

1921-ci il

Mərkəzi Dövlət Arxivinin ilk direktoru tarixçi-arxivçi alim A.L.Popov, katibi M.Zərgərov və arxivarus  Ç.Y.Yakobi  təyin olunub.

  23 fevral 

1921-ci il

Xalq Maarif Komissarlığının xüsusi qərarı ilə “Əmək Muzeyi”nin tərkibindəki inqilab tarixi şöbəsi Vahid dövlət arxiv fondunun tərkib hissəsi hesab edilib.

  mart 

1921-ci il

Cənubi Qafqazda ilk olaraq Azərbaycanda Mərkəzi Dövlət Arxivi fəaliyyətə başlayıb.

 dekabr 

1921-ci il

Azərbaycan Kommunist (bolşevik) Partiyası Azərbaycan Partiya Tarixi (Azispart) bürosunun yaradılması və onun Kollegiyasının təsdiq edilməsi barədə qərar qəbul edib.

 9 iyul 

1922-ci il

Azərbaycan SSR Xalq Komissarları Soveti “Keçmişdə və hazırda fəaliyyət göstərən hakimiyyət orqanlarının, ictimai təşkilatların və sənaye-ticarət müəssisələrinin arxivlərinin mühafizəsi haqqında” dekret qəbul edib.

12 avqust

1922-ci il

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Dövlət Arxivinə (MDA) rəhbərlik bilavasitə AzSSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) Rəyasət Heyətinə həvalə olunub.

sentyabr

 1922-ci il

Mərkəzi Dövlət Arxivinə 7 əlavə ştat verilməklə  A.Subhanverdixanov direktor, F.B.Blaqovidov alim-arxivçi, R.Şabanov, İ.Şeyixzadə elmi əməkdaş, A.Şaxtaxtinski və F.Hüseynov arxivarus, A.Talışınski köməkçi arxivarus vəzifələrinə təyin olunublar.

sentyabr

 1922-ci il

Azərbaycan SSR MİK Rəyasət Heyətinin qərarı ilə arxivdə çalışanlar üçün xüsusi məvaciblər müəyyən edilib: direktor və alim-arxivçinin əmək haqqı professorun, elmi əməkdaşların əmək haqqı universitet müəllimlərinin, arxivarus və köməkçi arxivarusun əmək haqqları isə zərərə görə 100% əlavə ödənilməklə mədəniyyət işçilərinin əmək haqqlarına uyğunlaşdırılıb.

  yanvar 

1923-cü il

Mərkəzi Dövlət Arxivi üçün keçmiş Malıgin küçəsində bir və keçmiş Məmmədəliyev küçəsindəki H.Z.Tağıyevin binasında üç otaq verilib.

1923-cü il

“Mərkəzi Dövlət Arxivində “Sənədlərin seçilməsi və işlərin siyahıları haqqında” Əsasnamə təsdiq olunub.

14 fevral

1925-ci il

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Bakının neft tarixinə dair sənədlərin mühafizəsi üçün “Azneft” İdarəsinin tərkibində inzibati və elmi-metodiki baxımdan Mərkəzi Dövlət Arxivinə tabe ilk idarə arxivi yaradılıb.

15 fevral

1925-ci il

Mərkəzi Dövlət Arxivinin tərkibində İnqilab tarixi şöbəsi yaradılıb.

6 may

1925-ci il

AzMİK və XKS idarə və təşkilatların kargüzarlığında müddəti başa çatmış arxiv sənədlərinin 3 ildən gec olmayaraq qaydaya salınmış halda dövlət arxivinə təhvil verilməsinin təmininə, iri təşkilatlarda arxivarus ştatlarının yaradılması, arxiv sənədlərinə etinadsız yanaşanların qanunla məsuliyyətə cəlb olunması və arxiv işinin inkişafına dair digər  məsələləri əhatə edən dekret qəbul edib.

oktyabr

1925-ci il

MDA-nin strukturunda dəyişiklik edilərək iki böyük şöbə - İnqilabaqədərki və İnqilab tarixi şöbələri yaradılıb.

 

13 dekabr

1925-ci il

Naxçıvan MSSR  MİK qərarı ilə Naxçıvan Dövlət Arxivi yaradılıb.

 

1926-cı il

 

MDA-nin strukturu yenidən qurularaq onun tərkibində Təşkilati-nəşr, İnqilabaqədərki və İnqilab tarixi  şöbələri, Arxiv məlumat kitabxanası yaradılıb.

17 iyul

1926-cı il

 

AzMİK  “İnqilab tarixi üçün əhəmiyyətli olan  fotoşəkillərin və kinofilmlərin neqativlərinin Azərbaycan SSR dövlət arxivinə təhvil verilməsi haqqında” və “Dövlət arxivində Ekspert Yoxlama Komissiyasının yaradılması barədə” qərar qəbul edib.

30 oktyabr

1926-cı il

AzMİK “Keçmiş dövri ədəbiyyatın dövlət arxivinə təhvil verilməsi haqqında” qərar qəbul edib.

 

 

1927-ci il

 

 

MDA-nin direktoru Ş.Məmmədov  DQMV, Ağdam və Gəncə arxivlərində xüsusi yoxlamalar aparıb və Şuşa icrayə komitənini zirzəmisində XIX əsrin əvvəllərində 1885-ci ilədək dövrü əhatə edən Qarabağ xanlarına məxsus sənədləri aşkar edib.

25 iyul

1928-ci il

 

 

 

ASSR XKS-nin qərarı ilə qəza arxiv birolarının yaradılmasına başlanılıb, İlk olaraq Dağlıq Qarabağda, Gəncədə, Qazaxda, Qubada, Lənkəranda, Nuxada və Salyanda qəza arxiv büroları yaradılıb. 1929-cu ildə vilayət arxiv büroları, 1930-cu ildən rayon arxiv büroları kimi fəaliyyətlərini davam etdirib.

May

1929-cu il

 

Azərbaycan Dövlət Arxivinin direktoru Ş.Məmmədov respublikamızda arxiv quruculuğu sahəsində görülən işlər barədə RSFSR arxiv işçilərinin II qurultayında məruzə ilə çıxış edib.

 

 

19 aprel

1930-cu il 

 

 

AzMİK-nin Rəyasət Heyətinin təsdiq etdiyi “MDA-nin  yenidən təşkili və AzSSR-nin Mərkəzi Arxiv İdarəsi haqqında” Əsasnaməyə görə Mərkəzi Dövlət Arxivinin bazasında  iki arxiv: Mərkəzi Dövlət Oktyabr İnqilab arxivi (kino-foto şöbəsi daxil) və Mərkəzi Dövlət Tarix Arxivi, MAİ-nin tərkibində 9 nəfərdən ibarət Kollegiya yaradılıb. MİK Rəyasət Heyətinin qərarı ilə İdarənin rəisi vəzifəsinə təyin edilmiş P.Əhmədov Kollegiyanın ilk sədri, M.Vartapetov Mərkəzi Dövlət Oktyabr İnqilab Arxivinin, Ş.Sultanov Mərkəzi Dövlət Tarix Arxivinin, M.İrevanlı Bakı dairəsi arxiv bürosunun direktorları təyin edilirlər.

30 arel

1930-cu

 

AzMİK “Mərkəzi dövlət arxivlərinin vəziyyətinin yaxşılaşdırılması, əlavə binalarla təmin edilməsi və ixtisaslı arxiv kadrlarının hazırlanması haqqında” qərar qəbul edib.

Noyabr

1930-cu il

İlk dəfə olaraq xalq təsərrüfatı əhəmiyyəti arxiv fondlarının tematik işlənilməsinə başlanılıb.

24 noyabr

1930-cu il

AzMİK Rəyasət Heyəti rayon arxiv bürolarının əsasnamələrini təsdiq edib.

19 may

1931-ci il

AzMİK-nin “İctimai-siyasi və tarixi əhəmiyyətə malik bütün kino-foto sənədlərin Vahid Dövlət Arxiv Fonduna daxil edilməsi haqqında” xüsusi qərar qəbul edib.

29 oktyabr

1931-ci il

AzSSR XKS Mərkəzi Arxiv İdarəsinin təqdimatı əsasında “Azərbay-can SSR-nin arxiv qiymətlilərinin istifadəsi haqqında” qərar qəbul edib.

1931-ci il

Mərkəzi Arxiv İdarəsinin ilk mətbu orqanı olan “AzSSR Mərkəzi Arxiv İdarəsinin Bülleteni” çap olunub.

noyabr

1931-ci il

Mərkəzi Arxiv İdarəsinin təşəbbüsü ilə Bakıda Azərbaycan arxivçilərinin ilk konfransı keçirilib.

1932-ci il

Mərkəzi Arxiv İdarəsinin ştat vahidi 39 nəfər, illik büdcəsi 108 min manat həcmində təsdiq olunub.

16 aprel

1938-ci il

SSRİ Ali Sovetinin  qərarı ilə SSRİ-nin, o cümlədən Azərbaycan SSR-nin Mərkəzi Arxiv İdarəsi Xalq Daxili İşlər Komissarlığının tabeliyinə  verilib.

17 iyul

1940-cı il

Azərbaycan SSR  Nazirlər Soveti “AzSSR-də arxiv işinin vəziyyəti haqqında” xüsusi qərar qəbul edib.

Avqust

1941-ci il

 

“Dövlət arxivlərinin hərbi dövrdə mühafizəsi haqqında” SSRİ Daxili İşlər nazirinin əmrinə uyğun olaraq Azərbaycan arxivlərinin zərurət yarandığı halda evakuasiyası barədə plan təsdiq olunub.

1943-cü il

Mərkəzi Dövlət Arxivinin kinofoto sənədlər şöbəsinin bazasında Azərbaycan SSR Mərkəzi Dövlət Kinofoto Sənədləri Arxivi yaradılıb.

9 iyun

1948-ci il

Birləşmiş Millətlər Təşkilatının mədəniyyət və humanitar məsələlər sahəsində nüfuzlu təşkilatı olan YUNESKO-nun nəzdində Beynəlxalq Arxiv Şurası yaradılıb.

11 iyul

1956-cı il

Azərbaycan SSR Nazirlər Soveti “Nazirliklərdə və idarə sistemlərində arxiv materiallarının saxlanılması rejimini qaydaya salmaq və bu sənədlərdən daha yaxşı istifadə etmək tədbirləri haqqında” qərar qəbul edib.

11 iyul

1956-cı il

Azərbaycan SSR Nazirlər Soveti Arxiv İdarəsinin yanında arxiv sənədlərinin bərpası və mikrosurətləri hazırlayan foto laboratoriya yaradılması barədə qərar verib.

31 may

1957-ci il

Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə “Azərbaycan SSR rayon (şəhər) dövlət arxivlərinə dair” Əsasnamə təsdiq olunub

13 avqust

1958-ci  il

 

“SSRİ-nin Dövlət arxiv fondu və dövlət arxivləri şəbəkəsi haqqında” Əsasnamə təsdiq olunub və SSRİ-də mövcud dövlət arxivlərinin və dövlət arxiv fondunun formalaşdırılmasının əsas prinsipləri müəyyən edilib.

11 noyabr 1958-ci il

Azərbaycan SSR Nazirlər Soveti “Azərbaycan SSR-də arxiv işinin vəziyyəti və onun yaxşılaşdırılması tədbirləri haqqında” qərar qəbul edib.

1960-cı il

SSRİ-nin daxili işlər orqanın fəaliyyətinin yenidən təşkili ilə əlaqədar Dövlət arxiv xidməti təşkilatlarının SSRİ Nazirlər Sovetinin tabeliyinə veriliməsinə dair qərar qəbul olunub. Azərbaycan SSR-nin dövlət arxiv xidməti təşkilatları Azərbaycan SSR Nazirlər Sovetinin tabeçiliyinə verilib.

31 dekabr

1960-cı il

Azərbaycan SSR Nazirlər Soveti “AzSSR-də dövlət və idarə arxivlərin vəziyyətinə baxış keçirilməsi haqqında” qərar qəbul edib və bu məqsədlə dövlət orqanlarının nümayəndələrindən ibarət xüsusi komissiya yaradılıb.

28 iyul

1961-ci il

“Dövlət arxiv fondu və dövlət arxivlərinin şəbəkəsi haqqında” Əsasnamə təsdiq olunub. Əsasnaməyə uyğun olaraq Arxivlərdə Elmi Şura və elmi-metodiki məsələlərə baxılması üçün metodiki komissiya yaradılıb, elmi-məlumat kitabxanası qiraət zalı ilə birləşdirilib, sənədlərin daimi saxlanmaq üçün seçilməsi və saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması məsələlərinə baxılması məqsədilə Ekspert Yoxlama Komissiyası təşkil olunub.

1962-ci il

“Dövlət arxivlərinin əsas iş qaydaları” təsdiq edilib.

“Azərbaycan SSR arxivlərinin xəbərləri” jurnalı nəşr olunub.

6 iyul

1963-cü il

Azərbaycan SSR Nazirlər Soveti “Azərbaycan SSR-nin rayon (şəhər) dövlət arxivlərinə və filiallarına dair Əsasnamələrin təsdiq edilməsi haqqında” qərar qəbul edib.

17 iyul

1965-ci il

Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi yaradılıb.

 

yanvar

1966-cı il

Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi rəsmən fəaliyyətə başlayıb.

16 avqust

1967-ci il

Azərbaycan SSR Nazirlər Soveti “Azərbaycan SSR-nin kolxoz və sovxozlarında arxiv sənədlərinin mühafizəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərar qəbul edib.

5 sentyabr

1967-ci il

Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Respublikada arxiv sənədlərinin mühafizəsi şəraitinin yaxşılaşdırılmsı, onlardan elmi-tədqiqat məqsədi ilə istifadə işinin səmərəli təşkili,  dövlət arxivləri şəbəkəsinin və arxiv təşkilatlarının strukturunun təkmilləşdirilməsi  məqsədilə  rayon (şəhər) dövlət arxivlərinin bazasında Oktyabr İnqilabı və Sosializm quruculuğu Mərkəzi Dövlət Arxivinin 15 filialı yaradılıb, digər rayon dövlət arxivlərinin dəyişən tərkibli sənəd materiallarının mühafizə olunduğu arxivlər kimi fəaliyyəti təşkil edilib. Naxçıvan MSSR Nazirlər Soveti yanında və Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsi nəzdində Arxiv İdarələri təşkil olunub.

29 dekabr 1967-ci il

Azərbaycan Respublikası Dövlət Arxivinin filiallarına elmi-metodiki cəhətdən tabe olan rayon (şəhər) dövlət arxivlərinin Siyahısı təsdiq olunub.

5 aprel

1968-ci il

Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycanın ictimai-siyasi həyatını, tarixini, elmini  və  mədəniyyətini  özündə  əks  etdirən  bədii və sənədli  audio-video 



Bugün: 7
Dünən: 834
Bu həftə: 4117
Son həftə: 5729
Bu Ay: 4819
Son Ay: 25108
Bu İl: 270968
Ümumi: 1291389
1291389