1996-cı il sentyabr ayında Çinin paytaxtı Pekin şəhərində UNESCO yanında Beynəlxalq Arxiv Şurasının XIII Beynəlxalq Arxiv Konqresi təşkil olunmuşdur. «Arxivlər əsrin sonunda: retrospektivlik və gələcəyə baxış» devizi altında keçirilmiş bu konqresdə ölkəmizi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi A. Paşayev təmsil etmişdir.
2000-ci il sentyabr ayında İspaniyanın Sevilya şəhərində keçirilən Beynəlxalq Arxiv Şurasının XIV konqresində Azərbaycan nümayəndəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi A. Paşayev iştirak etmişdir. Konqres «Yeni minillik ərəfəsində cəmiyyətin məlumatlandırılmasında arxivlərin rolu» devizi altında keçirilmişdir. Konqres zamanı Baş Assambleyanın iclasları da keçirilmişdir. Səfər zamanı Ukrayna, Belarusiya, Polşa, Çexiya, Slovakiya, Pribaltika respublikaları, Qazaxıstan, Moldova, İran, Hollandiya arxivlərinin rəhbərləri ilə görüşlər keçirilmişdir.
2004-cü il avqust ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən UNESCO yanında Beynəlxalq Arxiv Şurasının XV Konqresində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi A. Paşayev iştirak etmişdir. Konqres «Arxivlər, yaddaş və bilik» mövzusuna həsr edilmişdir. Eyni zamanda A.Paşayev üzv olduğumuz Avropa regional bölməsinin iclasında və müşahidəçi kimi EURASİCA regional bölməsinin yığıncağında da yaxından iştirak etimişdir. Rusiya Federasiyası arxivləri avqustun 24-də Rusiya ilə Almaniya arxivləri ilə birlikdə hazırladıqları «Sovet hərbi administrasiyası Almaniyada» sənədləri üzrə xüsusi layihənin təqdimatını keçirtdilər. Avqustun 25-də isə Rusiya və Polşa arxivçilərinin təşəbbüsü ilə keçmiş SSRİ-yə daxil olan respublikalar və sosialist ölkələrinin ləğv olunmuş Kommunist Partiyalarının arxivlərinin taleləri və müasir vəziyyəti mövzusunda dəyirmi masa keçirilmişdi.
Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 2008-ci ilin iyun ayında Ankarada keçirilən Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar fondunun himayədarlar şurasının ilkin iclasında iştirak edərək böyük elmi şuranın sədr müavini seçilmişdir.
Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 2008-ci ilin noyabr ayında Bakıda keçirilən Türkiyə Tarixi Araşdırmalar fondunun növbəti iclasında iştirak etmişdir.
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 2012-ci ilin oktyabr ayının 3-7 Özbəkistan Respublikasının paytaxtı Daşkənddə təşkil olunmuş EVRAZİKA-nın 13-cü Ümumi konfransı və MDB ölkələrinin dövlət arxiv xidmətləri başçılarının Məsləhətçi şurasında iştirak etmişdir. İclasda İdarənin rəhbəri Azərbaycan Respublikasında 2012-ci il ərzində görülən işlər, xüsusilə də beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyimiz nailiyyətlərdən geniş məlumat vermişdir
10 dekabr 2020-ci iltarixində MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının 16-cı yığıncağı keçirilmişdir. Onlayn formatda keçirilən yığıncaqda Azərbaycan Respublikasını Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov təmsil etmişdir.
28 avqust 2020-ci il tarixində Özbəkistan Respublikasının Arxiv Agentliyi “Uzarxiv” tərəfindən “Müstəqil Özbəkistanın arxivləri: nailiyyətlər və problemlər” mövzusunda elmi-praktiki onlayn konfrans keçirilmişdir. Onlayn konfransda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini İdarənin Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir.
28 oktyabr 2021-ci il tarixindəMoskva şəhərində videokonfrans formatında “İnformasiya cəmiyyətində sənədlər: rəqəmsal transformasiya insan, cəmiyyət və dövlət maraqlarında” mövzusunda XXVIII Beynəlxalq Elmi-Praktiki Konfrans keçirilmişdir. Sözügedən tədbirdə Azərbaycan Respublikasını Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir.
5 iyul 2022-ci ildə İİCAS tərəfindən “İpək yolunun sənəd irsi” adlı vebinar təşkil olunmuşdur. Vebinarda UNESCO, “Dünya yaddaşı” proqramının Asiya-Sakit okean komitəsi və İİCAS tərəfindən ekspertlər çıxış etmişdir.Milli Arxiv İdarəsi tərəfindən vebinarda Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsi, beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova iştirak etmişdir.
12-13 oktyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Şimal-qərbi federal dairəsinin şəxsi mənşəli sənədlərlə iş üzrə təşkilati-metodiki mərkəzi, Sankt-Peterburq Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi və Rusiya İncəsənət Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə “Şəxsi fondlarda olan təsviri sənədlərlə iş: Onların komplektləşdirilməsi, mühafizəsi, elmi təsviri və istifadəsinin əsasları” mövzusunda beynəlxalq elmi-praktiki seminar təşkil edilmişdir.Beynəlxalq elmi-praktiki seminardaS.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibovaiştirak etmişdir.
Bugün: | 406 |
Dünən: | 681 |
Bu həftə: | 2673 |
Son həftə: | 6416 |
Bu Ay: | 6015 |
Son Ay: | 30002 |
Bu İl: | 134363 |
Ümumi: | 1043536 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az