Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

SƏFƏRLƏR

Son Yenilənmə : 2022-11-01 08:14:32
Baxış sayı : 6422

1987-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi Ataxan Paşayev arxiv işi sahəsində əlaqələrin yaradılması məqsədilə  Böyük Britaniyaya səfər etmişdir.

1992-ci ildə Baş Arxiv İdarəsinin rəisi A. Paşayev İran arxivlərinin işi ilə tanış olmaq məqsədilə Təbrizə, Tehrana və Ərdəbilə işgüzar səfərə getmişdir.

1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi Ataxan Paşayev arxivlər arası əlaqələrin yaradılması məqsədilə Qırğızıstana və Qazaxıstana səfər etmişdir.

1996-cı il sentyabr ayında Çinin paytaxtı Pekin şəhərində UNESCO yanında Beynəlxalq Arxiv Şurasının XIII Beynəlxalq Arxiv Konqresi təşkil olunmuşdur. «Arxivlər əsrin sonunda: retrospektivlik və gələcəyə baxış» devizi altında keçirilmiş bu konqresdə ölkəmizi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi A. Paşayev təmsil etmişdir.

2000-ci il sentyabr ayında İspaniyanın Sevilya şəhərində keçirilən Beynəlxalq Arxiv Şurasının XIV konqresində Azərbaycan nümayəndəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi A. Paşayev iştirak etmişdir. Konqres «Yeni minillik ərəfəsində cəmiyyətin məlumatlandırılmasında arxivlərin rolu» devizi altında keçirilmişdir. Konqres zamanı Baş Assambleyanın iclasları da keçirilmişdir. Səfər zamanı Ukrayna, Belarusiya, Polşa, Çexiya, Slovakiya, Pribaltika respublikaları, Qazaxıstan, Moldova, İran, Hollandiya arxivlərinin rəhbərləri ilə görüşlər keçirilmişdir.

2004-cü il avqust ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən UNESCO yanında Beynəlxalq Arxiv Şurasının XV Konqresində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi A. Paşayev iştirak etmişdir. Konqres «Arxivlər, yaddaş və bilik» mövzusuna həsr edilmişdir. Eyni zamanda A.Paşayev üzv olduğumuz Avropa regional bölməsinin iclasında və müşahidəçi kimi EURASİCA regional bölməsinin yığıncağında da yaxından iştirak etimişdir. Rusiya Federasiyası arxivləri avqustun 24-də Rusiya ilə Almaniya arxivləri ilə birlikdə hazırladıqları «Sovet hərbi administrasiyası Almaniyada» sənədləri üzrə xüsusi layihənin təqdimatını keçirtdilər. Avqustun 25-də isə Rusiya və Polşa arxivçilərinin təşəbbüsü ilə keçmiş SSRİ-yə daxil olan respublikalar və sosialist ölkələrinin ləğv olunmuş Kommunist Partiyalarının arxivlərinin taleləri və müasir vəziyyəti mövzusunda dəyirmi masa keçirilmişdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ilin oktyabrında Rumıniyaya rəsmi səfəri zamanı imzalanacaq Beynəlxalq müqavilələrin hazırlanması məqsədi ilə 4-12 oktyabrda Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev eskpertlər qrupu ilə birgə Buxarestə getmişdir.

Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 2005-ci ilin noyabr ayında Ankarada Uluslararası Türkiyə Arxivlərinin simpoziumunda «Osmanlı Dövləti ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq və işbirliyi əlaqələri» (1918–1920-ci illər) mövzusunda məruzə ilə çıxış etmişdir.

Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 2005-ci ilin noyabr ayında Ankarada Qazi universitetində «türk-erməni ilişkiləri və 1915-ci il hadisələri»nə həsr olunmuş beynəlxalq simpoziumda məruzə ilə çıxış etmişdir.

Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 2007-ci ilin iyun ayında Rusiya Federal Arxiv Agentliyinin Tarix Arxivinin Sankt-Peterburqda yeni binasının açılış mərasimlərində iştirak etmişdir.

Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 2008-ci ilin iyun ayında Ankarada keçirilən Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar fondunun himayədarlar şurasının ilkin iclasında iştirak edərək böyük elmi şuranın sədr müavini seçilmişdir.

Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 2008-ci ilin noyabr ayında Bakıda keçirilən Türkiyə Tarixi Araşdırmalar fondunun növbəti iclasında iştirak etmişdir.

2000 - 2008-ci illərdə EURASİCA regional bölməsinin Moskvada, Astanada, Lvovda keçirilən iclaslarında təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri Kamal Ağayev iştirak etmişdir.

2005-ci ilin may ayında, Polşada, Polşa Respublikası dövlət arxivlərinin Baş direksiyası tərəfindən «Arxivlər və qeyri-ənənəvi məlumat daşıyıcıları» adı altında keçirilən konfransda Dövlət Səs Yazıları Arxivinin direktoru Həsənxan Mədətov «Arxiv materiallarının saxlanılması, bərpa edilməsi və texnologiyanın köhnəlməsi prosesi» adlı məruzəsi ilə çıxış etmişdir.

Azərbaycan Respublikası Dövlət Arxivinin direktor müavini Sima Babayeva 2005-ci ildə Moskva şəhərində «Almaniya üzərində qələbə» adı altında keçirilən Beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir.

Azərbaycan Respublikası Dövlət Arxivinin direktoru Emin Sərdarov Moskvada 2007-ci ilin oktyabr ayında «İki inqilabın irsi» adlı  Beynəlxalq konfransda iştirak etmişdir.

2009-cu ilin oktyabr ayının 13-dən 16-dək Moskva şəhərində “Elektron sənədlərin arxivlərdə saxlanılması problemləri” mövzusunda keçirilən beynəlxalq seminarda  Milli Arxiv İdarəsinin Dövlət Səs Yazıları, Laboratoriya və Kino-Foto Sənədləri arxivlərinin əməkdaşları iştirak etmişlər.

2011-ci il oktyabrın 11-dən 14-dək Moskva şəhərində “Arxivlərdə elektron sənədlər: sənədlərin saxlanılması, komplektləşdirilməsi və uçotu” mövzusunda keçirilən beynəlxalq seminarda Milli Arxiv İdarəsinin  Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin, beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova iştirak etmişdir.

2011-ci il oktyabrın 26-dan 27-dək “İnformasiya cəmiyyətində sənədlər: sənəd dövriyyəsinin optimallaşdırılması problemləri” mövzusunda keçirilən XVIII Beynəlxalq elmi-praktik konfransda Milli Arxiv İdarəsindən Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Cəmilə Abasova və Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini Zümrüd Məmmədova iştirak etmişlər.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 2012-ci il oktyabr ayının 3- 7-də Özbəkistan Respublikasının paytaxtı Daşkənddə təşkil olunmuş EVRAZİKA-nın 13-cü Ümumi konfransı və MDB ölkələrinin dövlət arxiv xidmətləri başçılarının Məsləhətçi şurasında iştirak etmişdir.

2012-ci il oktyabrın 23-dən 26-dək Ümumrusiya Elmi-Tədqiqat Sənədşünaslıq və Arxiv İşi İnstitutunun “Elektron sənəd dövriyyəsi və arxivlər: elektron sənədlərin təsviri, uçotu və saxlanması” mövzusunda Moskva şəhərində təşkil olunmuş seminarda Milli Arxiv İdarəsinin Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Həsən Həsənov iştirak etmişdir.

24-25 oktyabr 2012-ci il tarixində Moskva şəhərində “Sənədlər informasiya cəmiyyətində; “bulud” texnologiyaları (cloud computing) və elektron sənəd dövriyyəsi” adlı XIX Beynəlxalq elmi-praktik konfransda  Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Natiq Eminov iştirak etmişdir.

21-24 may 2013-cü il tarixində Polşa Respublikasının paytaxtı Varşava şəhərində “Elektron sənəd və arxiv sənədlərinin internet resurslarında yerləşdirilməsi” mövzusunda keçirilən XIII beynəlxalq konfransda Milli Arxiv Idarəsinin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Həsən Həsənov iştirak etmişdir.

01-04 oktyabr 2013-cü il tarixində Rusiya Federasiyasının Moskva şəhərində “Rəqəmsal texnologiya arxivdə: tətbiqi təcrübə və inkişaf perspektivləri” mövzusunda beynəlxalq təlim seminarında Milli Arxiv İdarəsi tərəfindən Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Natiq Eminov iştirak etmişdir.

20-31 yanvar 2014-cü il tarixində 1915-ci ildə Türkiyə Respublikasının Çanaqqala döyüşlərində şəhid olmuş azərbaycanlı əsgərlərlə əlaqədar Türkiyə Respublikası Müdafiə Nazirliyinin Arxiv İdarəsində tədqiqatların aparılması işində  Milli Arxiv İdarəsi tərəfindən Dövlət Arxivinin direktoru Emin Sərdarov iştirak etmişdir.

16-22 noyabr 2015-ci il tarixində Fransa Respublikasının Mədəniyyət və Kommunikasiya Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Ali Arxivşünaslıq Konfransı (CİSA) tərəfindən Paris şəhərində “Arxiv xidmətləri və onların elektron ekosistemi” adlı  beynəlxalq seminar keçirilmişdir. Seminarda Milli Arxiv İdarəsi tərəfindən Natiq Eminov iştirak etmişdir. 

22-23 may 2014-cü il tarixində Polşanın Varşava şəhərində Mərkəzi və Şərqi Avropa ölkələrinin “Elektron sənədlərin ekspertizası və komplektləşdirilməsi“ mövzusuna XIV Beynəlxalq arxiv konfransı keçirilmişdir.  Tədbirdə İdarəni Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Həsən Həsənov təmsil etmişdir.

7-10 oktyabr 2014-cü il tarixində Rusiya Federasiyasının Moskva şəhərində “Dövlət arxivlərinin elektron sənədlərlə komplektləşdirilməsi problemi” mövzusunda beynəlxalq seminar təşkil olunmuşdur. Tədbirdə İdarəni  Sənədlərinin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Natiq Eminov təmsil etmişdir.

16-20 noyabr 2015-ci il tarixində Fransa Respublikasının Paris şəhərində Fransanın  Mədəniyyət və Kommunikasiya Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Ali Arxivşünaslıq Konfransı (CİSA) tərəfindən “Arxiv xidmətləri və onların elektron ekosistemi” adlı  beynəlxalq seminar keçirilmişdir. Tədbirdə İdarəni  Sənədlərinin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Natiq Eminov təmsil etmişdir.

31 may- 1 iyun 2016-cı il  tarixində Belarus Respublikasının Minsk şəhərində MDB üzvü olan dövlətlərin dövlət arxiv xidmətləri rəhbərlərinin Məşvərət Şurasının iclası keçirilmişdir. Tədbirdə Mazərbaycan Respublikasını Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi vəElektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsi letmişdir.

4-11 sentyabr 2016-cı iltarixində Cənubi Koreyanın Seul şəhərində Beynəlxalq Arxiv Şurasının növbəti iclası və Cənubi Koreya Milli Arxivlərinin  “Sənədlərin və arxivlərin idarə edilməsi” mövzusunda beynəlxalq seminarı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini Təşkilat-medotika və beynəlxalq əlaqələr şöbəsinin müdiri CəmiləAbasova, Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi və Elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov və Beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Anar Kərimov təmsil etmişdirlər.

05-14 sentyabr 2017-ci i il tarixində Malayziyanın Kuala-Lumpur şəhərində Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTCP) çərçivəsində Malayziyanın Milli Arxivləri tərəfindən “Elektron sənədlərin idarə olunması sistemləri: Malayziya Hökumətinin təcrübəsi” mövzusunda beynəlxalq təlim proqramı təşkil edilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi və Elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir.

20-23 noyabr 2017-ci il tarixində Rusiya Federasiyasının Moskva şəhərində Rusiyanın Federal Arxiv Agentliyi və Ümumrusiya Sənədşünaslıq və Arxiv işi üzrə Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Elektron sənədlərin idarəolunmasının aktual problemləri” mövzusunda  XXIV Beynəlxalq  Konfrans təşkil edilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi və Elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir.

31 may-2 iyun 2018-ci il tarixində Rusiya Federasiyasının Moskva şəhərində MDB ölkələrinin dövlət arxiv xidməti rəhbərlərinin Məşvərət Şurasının növbəti 15-ci iclası və Rusiya dövlət arxiv xidməti təşkilatlarının 100 illiyinə həsr olunmuş dövlət tədbirləri keçirilmişdir. Azərbaycan Respublikasını sözügedən tədbirlərdə Milli Arxiv İdarəsinin İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir.

18-20 aprel 2018-ci il tarixində Rusiya Federasiyasında dövlət arxiv xidmətinin 100 illiyi ilə bağlı Tatarıstan Respublikasının Kazan şəhərində  “Perqamentdən rəqəmsala doğru” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini konfransda İdarənin İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov və Beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova təmsil etmişdirlər.

27-31 avqust 2019-cu ildə Azərbaycan Respublikasının Dövlət Kino Foto Sənədləri Arxivinin Direktoru Vüqar Tapdıqlı Minsk şəhərində səfərdə olumuşdur. Səfərin məqsədi “Belarusfilm” Milli kinostudiyasında saxlanılan və Azərbaycan Respublikasının Dövlət Kino Foto Sənədləri Arxivinə məxsusu olan sənədlərin vətənə qaytarılması olmuşdur.

30-31 oktyabr 2019-cu il tarixlərində Qırğızıstanın Bişkek şəhərində MDB ölkələrinin dövlət arxiv xidməti rəhbərlərinin Məşvərət Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikasını tədbirdə Milli Arxiv İdarəsinin Sənədlərin istifadəsi və nəşri şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir.

5-8 noyabr 2019-cu il tarixində Rusiya Federasiyasının Moskva şəhərində Rusiyanın Federal Arxiv Agentliyi, Beynəlxalq Arxivlər Şurasının Avro-Asiya Regional Şöbəsi (EVRAZİKA) və Ümumrusiya Sənədşünaslıq və Arxiv işi üzrə Elmi-Tədqiqat İnstitutunun (ВНИИДАД) təşkilatçılığı ilə “Rəqəmsal dövrdə arxivlər: problemlər və perspektivlər” mövzusunda beynəlxalq seminar keçirilmişdir. Tədbirdə Milli Arxiv İdarəsini İdarənin İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin aparıcı məsləhətçisi Roza Əliyeva təmsil etmişdir.

9 noyabr 2019-cu ildə Moskva şəhərində “Sənədləşmə informasiya cəmiyyətində : kargüzarlıq və arxiv işi rəqəmsal keçid şəraitində” adlı XXVI Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Həmin konfrans çərçivəsində təşkil olunan “Rəqəmsal keçid dövründə slavyan ölkələrin arxivləri” adlı slavyan ölkələrinin 10-cu Konfransında İdarəsinin rəis müavini Həsən Həsənov iştirak etmişdir.

28 iyun-4 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Kino Foto Sənədləri Arxivinin Direktoru Vüqar Tapdıqlı Moskva şəhərinə ezam olunmuşdur. Azərbaycanın tarixi və mədəniyyətinə aid olan audiovizual sənədlərin aşkar edilməsi və Azərbaycana gətirilməsi məqsədilə təşkil edilən səfər Rusiyanın eyniadlı federal arxivi ilə əlaqəli şəkildə həyata keçirilmişdir.

20 iyun 2022-ci ildə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov iştirak etmişdir. Tədbir çərçivəsində “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikasının “Özarxiv” Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Adıçəkilən sazişi Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Özbəkistanın “Özarxiv” Agentliyinin sədri Uluqbek Yusubov imzalamışdırlar.

14-15 iyul 2022-ci il tarixində Qazaxıstan Respublikasının Almatı şəhərində MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məşvərət Şurasının 18-ci iclası keçirilmişdir. Azərbaycan Respublikasını tədbirdə Milli Arxiv İdarəsinin Sənədlərin istifadəsi və nəşri şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir.

 

 



Bugün: 409
Dünən: 681
Bu həftə: 2676
Son həftə: 6416
Bu Ay: 6018
Son Ay: 30002
Bu İl: 134366
Ümumi: 1043539
1043539