Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin və tabeliyindəki təşkilatların 2018-ci ildə fəaliyyəti barədə H E S A B A T

Son Yenilənmə : 2019-03-05 01:05:13
Baxış sayı : 3988

                                                                                                   Bu hesabat "Açıq hökümətin təşviqinə dair 2016-2018-c illər üçün

Milli Fəaliyyət Planı"nın tələblərinin icrası məqsədilə dərc edilir.

        

2018-ci ildə Azərbaycan Respublikası  arxiv təşkilatlarının fəaliyyəti ilk növbədə  Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından və onların icrası barədə ali hakimiyyət və icra orqanlarının müvafiq fərman, sərəncam və qərarlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə yönəldilmişdir. “Milli arxiv fondu haqqında”, “Vətəndaşların müraciətləri  haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il tarixli 32 nömrəli qərarı ilə təsdiq olunmuş normativ-hüquqi sənədlərdən, həmçinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”, “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında”, “Dövlət və bələdiyyə orqanlarında dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında fərmanlardan, o cümlədən Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələrin icrasına xüsusi diqqət verilmişdir. Eyni zamanda  dövlət arxivlərinin illik iş planlarından irəli gələn vəzifələrin həyata keçirilməsi arxiv təşkilatlarının diqqət mərkəzində olmuşdur.

Hazırda Azərbaycan Respublikası dövlət arxiv xidməti sisteminə bilavasitə Milli Arxiv İdarəsinə tabe olan 6 dövlət arxivi, Dövlət Arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, habelə 57 rayon və şəhər dövlət arxivləri və bir təsərrüfat hesablı İdarə Sənədlərini Qaydaya Salan Mərkəz daxildir. Milli Arxiv İdarəsi və onun strukturuna daxil olmayan tabeliyindəki təşkilatlarda 433 ştat vahidi  və Naxçıvan MR Dövlət Arxiv İdarəsində 73 ştat vahidi vardır.

2018-ci il üçün Milli Arxiv İdarəsi aparatının büdcə xərcləri 553496 manat, respublika tabeliyində olan arxiv təşkilatlarının büdcə xərcləri 4 268 276 manat, yerli büdcədən maliyyələşdirilən rayon dövlət arxivlərinin xərcləri isə 724915 manat olmuşdur. Hesabat dövründə büdcə vəsaitinin səmərəli xərclənməsi təmin olunmuşdur. Aidiyyəti dövlət orqanlarına maliyyə vəsaitindən istifadə olunmasının uçotu və statistikası barədə müəyyən olunmuş qaydada hesabatlar təqdim edilmişdir.

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli, 1993 nömrəli  Sərəncamının 2.2-ci yarımbəndinin tələbinə əsasən Milli Arxiv İdarəsinin əmri ilə Açıq Hökumətin təşviqinə dair 2018-cı il üçün  Milli Fəaliyyət Planı üzrə proqram təsdiq edilmişdir.

“Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Milli Arxiv İdarəsinin göstərdiyi elektron xidmətlərin işi daha da yaxşılaşdırılmışdır. Belə ki,  elektron xidmətlərinin sayı 3-ə çatmış, İdarə Elektron Hesabatlar sistemini tam olaraq işə salmışdır. Elektron Sənəd Dövriyyəsi Sistemi (ESDS) üzrə sınaq işləri sonlandırılmışdır.

Milli Arxiv İdarəsinin təqdim etdiyi dövlət xidmətləri üzrə xidmət keyfiyyətinin yüksəldilməsi, həmçinin “ASAN Xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının tətbiqi ilə əlaqədar İdarənin əsas inzibati binasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin, həmçinin onların müraciətlərinin qəbulu üzrə yaradılmış “Bir Pəncərə” Sistemi üzrə  müvafiq hesabat ilində 9414 vətəndaşa şəffaf, nümunəvi arxiv xidməti göstərilmiş, onlardan 6855-ə hüquqmüəyyənedici arxiv arayışı, arxiv çıxarışı və ya arxiv sənədlərinin təsdiq edilmiş surətləri, həmçinin müvafiq rəsmi cavablar verilmişdir.

 “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 912-VQD nömrəli Qanunu və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci 1 dekabr tarixli Fərmanına əsasən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumunun tətbiqi ilə əlaqədar aidiyyəti təşkilatlarla birlikdə tədbirlər həyata keçirilməkdədir. Görülən işlər və müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq sayəsində 2019-cu ildə dövlət rüsumunun tətbiqi təmin ediləcəkdir.

Arxiv işi ilə bağlı sahibkarların problemlərinin həlli, onların təkrar müraciətlərinə baxılmasını təmin etmək məqsədi ilə İdarədə Apellyasiya Şurası fəaliyyət göstərir. Həmçinin, sahibkarlıq subyektlərinin müraciətlərinə daha həssas  yanaşılması barədə  dövlət arxivlərinə mütəmadi tapşırıqlar verilir və bu istiqamətdə onların işinə nəzarət olunur.

Hesabat ilində Milli Arxiv İdarəsinin rəsmi internet səhifəsinin, həmçinin sosial  şəbəkələrdə olan rəsmi hesablarının aktivliyi təmin edilmişdir.

Bundan əlavə, İdarənin rəsmi saytı vasitəsilə istifadəçilərin rahatlığının təmin edilməsi məqsədilə elektron xidmətlərin təqdim edilməsi, respublikamızda arxiv işi sahəsində həyata keçirilən tədbirlərin işıqlandırılması, Azərbaycanın tarixi, iqtisadiyyatı, elmi və s. sahələrinə aid  arxiv sənədləri əsasında hazırlanmış məqalə və sərgilərin  geniş ictimaiyyətə çatdırılması işi davam etdirilmişdir.

 Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyun 2012-ci il tarixli, 654 nömrəli Fərmanının icrası məqsədilə Milli Arxiv İdarəsinin Mərkəzi Aparatının, Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivinin filiallarının rəsmi elektron poçt ünvanları Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilmiş, milliarxiv.gov.az domenli elektron poçt resurslarının fasiləsiz və aktiv fəaliyyəti təmin edilmiş və İdarə tərəfindən onların işlənməsinə nəzarət təmin olunmuşdur.

         2018-ci ildə Milli Arxiv İdarəsinin əməkdaşlarının və rəhbər arxiv işçilərinin elektron imza ilə təmin olunması prosesi davam etdirilmişdir. Bu məqsədlə istifadə müddəti bitmiş e-imza sertifikatı yenilənərək istifadəçilərə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi bu il də diqqət mərkəzində saxlanılmış və xidmət tam olaraq elektron hökümət portalına inteqrasiya edilmişdir.

        Elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə vaxtaşırı müvafiq qurumlarla birlikdə zəruri texniki təhlükəsizlik tədbirləri görülür.

Dövlət informasiya ehtiyatı olan “Elektron Arxiv Məlumat Sistemi (EAMS)” üzrə fond siyahılarının elektron versiyalarının yaradılması üzərində iş davam edir. Bu sistemin daxilində Respublika dövlət arxivləri, dövlət arxivinin filiallarında mühafizə edilən arxiv fondlarının tərkibi, həcmi və əhatə olunduğu dövrlə bağlı  müfəssəl məlumat mövcuddur. Hesabat ilində dəyişən tərkibli rayon dövlət arxivlərində də mühafizə edilən fondların və fondların tərkibində olan arxiv siyahılarında yer alan məlumatların bu sistemə əlavə edilməsi plan üzrə davam etdirilmişdir. 

        “Elektron Arxiv Sistemi (EAS)” üzrə fəaliyyət davam etdirilmişdir. Dövlət Tarix Arxivində, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində və Dövlət Arxivinin Bakı filialında mühafizə edilən arxiv sənədlərinin elektron daşıyıcılarda yerləşdirilməsi və həmin sənədlərin hər birinə aid olan arxiv məlumatları müvafiq proqram təminatı vasitəsilə elektronlaşdırılması davam etdirilmişdir.  2018-cı il ərzində 127 saxlama vahidi üzrə 8457 vərəq arxiv sənədi EAS üzrə elektron daşıyıcılara köçürülmüşdür. “Elekron Arxiv” yaradılması, həmçinin xüsusi məlumat bazalarının hazırlanması istiqamətində işlərin kompleks və sürətli həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam edir.       

Milli Arxiv İdarəsinin “Elektron Xidmətlər” sahəsində fəaliyyətinin qiymətləndirilməsi üçün hesabat ilinin son rübündə aidiyyəti dövlət qurumu tərəfindən monitorinq aparılmış və müsbət dəyərləndirilmişdir.  

 Hesabat ilində “ASAN Xidmət” Mərkəzlərində fəaliyyət göstərən arxiv bölmələri  tərəfindən 2902 sorğu cavablandırılmışdır.   

2018-ci ildə Milli arxiv fondu sənədlərinin mühafizəsinin təmin olunması arxiv təşkilatlarının diqqət mərkəzində olmuşdur. Hesabat ilində 50 min vərəq bərpa olunmuş, sənədlərin cildlənməsi işləri davam etdirilmiş, 54 mindən artıq iş cildlənmiş, respublika dövlət arxivlərində mühafizə olunan sənədlərin mövcudluğu bütünlüklə yoxlanılmış, uçot göstəriciləri dəqiqləşdirilmişdir.

Sənədlərin fiziki cəhətdən korlanmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə 391 mindən artıq kağız əsaslı iş və 34 mindən artıq kinofotofono sənədin fiziki-kimyəvi və bakterioloji vəziyyəti xüsusi yoxlamadan keçirilmiş, 6 mindən çox kino və fono sənəd konservasiya-profilaktiki cəhətdən xüsusi maddələrlə işlənmişdir. 42 min kağız əsaslı sənədə və 2 minə yaxın fotofono sənədə sığorta fondu yaradılmışdır.

Milli arxiv fondu sənədlərinin dövlət uçotu, onlara elmi-məlumat aparatının yaradılması və daha da inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Dövlət mühafizəsinə qəbul olunmuş 43 mindən çox saxlama vahidi və 11650 şəxsi mənşəli sənəd dövlət uçotuna alınmışdır. 27 mindən artıq iş və sənədin elmi təsviri aparılmış, onların siyahısı tərtib olunaraq müəyyən olunmuş qaydada təsdiq olunmuşdur. 61 mindən çox işin siyahısı təkmilləşdirilmiş yaxud yenidən işlənmiş, onların informasiyavermə imkanları xeyli artırılmışdır. Müxtəlif növlərdən olan kataloqlara 63 mindən artıq yeni kartoçka daxil edilərək arxiv fondlarının elmi-məlumat aparatı daha da zənginləşdirilmişdir.

Respublika dövlət arxivlərinə yeni fondların və sənədlərin qəbulu, onların elmi və əməli dəyərinin ekspertizası, dövlət arxivlərinin komplektləşmə mənbəyi olan nazirlik, komitə, idarə və təşkilatlarda sənədlərin mühafizəsinə nəzarət dövlət arxiv xidməti təşkilatlarının əsas vəzifələrindən olmuşdur. Dövlət mühafizəsinə 40 minə yaxın  kağız əsaslı iş, 3300-ə yaxın kinofoto sənəd, 561 fonovideo sənəd,  cəmi 43 mindən çox   saxlama vahidi qəbul edilməklə Milli arxiv fondunun informasiya potensialı genişləndirilmişdir. Sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetindən, Maliyyə Nazirliyindən, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutundan, yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən və digər təşkilatlardan müvafiq dövlət arxivlərinə qəbul edilmişdir.   Həmçinin elm, mədəniyyət və incəsənət xadimlərinin 11650 şəxsi mənşəli sənədləri də dövlət mühafizəsinə qəbul olunmuş və hazırda elmi-texniki cəhətdən təsviri aparılır.

Hesabat ilində Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Mərkəzi Ekspert Yoxlama Komissiyasının fasiləsiz fəaliyyəti təmin olunmuşdur.

Arxiv sənədlərinin  tərkibinin optimallaşdırılması məqsədilə onların elmi və əməli dəyərinin ekspertizası işləri davam etdirilmişdir. Dövlət arxivlərində 17 minə yaxın saxlama vahidinin elmi və əməli dəyəri ekspertizadan keçirilmiş, arxiv sənədlərinin siyahılarına və aktlarına, sənədlərin nomenklatur siyahılarına, komplektləşmə mənbəyi olan təşkilatların siyahılarına Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Mərkəzi Ekspert Yoxlama Komissiyasında,  idarə, müəssisə və təşkilatlardan təqdim olunan 87 mindən artıq saxlama vahidinin siyahılarına isə dövlət arxivlərində fəaliyyət göstərən ekspert-yoxlama komissiyalarında baxılaraq təsdiq olunmuşdur. Hesabat ilində İdarə tərəfindən respublika dövlət arxivlərinin Ekspert-Yoxlama Komissiyalarının fəaliyyətinə daimi olaraq nəzarət təmin edilmiş, dövlət mühafizəsinə qəbul edilən sənədlərin siyahılarının qaydalara uyğun tərtib olunmasına, həmçinin saxlama vahidlərinin  düzgün tərtib və təsvir olunmasına xüsusi diqqət verilmişdir.

2019-cu il yanvarın 1-ə respublikamızın dövlət arxivlərində  3,7 milyon  saxlama vahidi mühafizə olunur.

Respublikamızın  idarə, müəssisə və təşkilatlarında saxlanılan Milli arxiv fonduna məxsus sənədlərin dövlət mühafizəsinə təhvil verilməsi üçün seçilməsi və hazırlanması məqsədilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi yanında İdarə Sənədlərini Qaydaya Salan Mərkəz tərəfindən idarələrə zəruri köməklik göstərilmişdir. Mərkəz tərəfindən idarə və müəssisələrdən daxil olan yazılı və şifahi müraciətlər əsasında arxiv işinin təşkili, sənədlərin elmi-texniki cəhətdən işlənilərək siyahılarının hazırlanması, elmi-məlumat aparatının yaradılması sahəsində arxiv xidmətlərinin göstərilməsi təmin olunmuşdur. Hesabat ilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Ali Məhkəmənin, “Azərenerji” ASC-nin, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun və digər dövlət idarələrinin 152 mindən artıq sənədi arxiv qaydalarına uyğun olaraq elmi-texniki cəhətdən işlənib qaydaya salınmış, nəticədə 3390 daimi saxlama müddətli işin, 3008 şəxsi heyət üzrə işin siyahıları tərtib olunaraq müəyyən olunmuş qaydada təsdiq olunmuşdur. Həmçinin dövlət arxiv xidməti təşkilatlarının komplektləşmə mənbəyi olan 600-dən çox təşkilatda arxiv işinin vəziyyətinə, sənədlərin dövlət mühafizəsinə vermək üçün hazırlanması prosesinə nəzarət həyata keçirilmiş, eyni zamanda onlara əməli və metodiki cəhətdən köməklik göstərilmişdir.

Hesabat ilində təşkilatlara zəruri arxiv xidmətlərinin göstərilməsi təmin olunmuş, daxil olan müraciətlər əsasında bir çox təşkilatlara elmi-metodiki xarakterli tövsiyələr verilmişdir. Eyni zamanda sənədlərin dövlət mühafizəsinə qəbulu və saxlama müddətlərinin müəyyən edilməsi barədə vətəndaşlardan daxil olan  müraciətlərin icrası təmin olunmuşdur. Azərbaycan Respublikası Milli arxiv fondunun zəngin və elmi-tarixi əhəmiyyətə malik sənəd materialları ilə komplektləşdirilməsini təmin etmək üçün dövlət arxivlərinin, filialların, rayon dövlət arxivlərinin komplektləşdirmə mənbəyi olan təşkilatlarının əhatə dairəsinin müəyyənləşdirilməsi və mövcud siyahıların dürüstləşdirilməsi istiqamətində aparılan işlər davam etdirilmişdir.

Respublikamızın dövlət arxivlərinin qəbul mənbəyi olan Azərbaycan Respublikasının Milli Məclisi, Maliyyə Nazirliyi, “Azərkosmos” ASC, Bəstəkarlar İttifaqı və s. təşkilatların arxivlərində arxiv işinin təşkili vəziyyətinin öyrənilməsi üçün yoxlama-baxışlar keçirilmiş, nəticələr rəsmiləşdirilərək aidiyyəti qurumların rəhbərliyinə təqdim edilmişdir.

Hesabat ilində bütün respublika dövlət arxivlərindən təqdim olunan fondların və saxlama vahidlərinin tərkibində, həcmində baş verən dəyişikliklərlə bağlı məlumatlara baxılaraq təhlillər aparılmış və nəticələr üzrə göstəricilər İdarənin Elektron Arxiv Məlumat Sisteminə daxil edilmişdir. Hesabat dövründə Respublika fond kataloquna daxil olan fond kartoçkalarının elektron daşıyıcılara köçürülməsi işi davam etdirilmişdir.

2018-ci ildə respublika dövlət arxivlərinin qarşısında duran başlıca vəzifələrdən biri də Milli arxiv fondu sənədlərindən istifadə olunması və onların nəşri olmuşdur. Azərbaycan və xarici ölkə vətəndaşlarının,  idarə və təşkilatların 35 mindən çox sosial-hüquq xarakterli sorğusu, müxtəlif nazirlik və təşkilatların 480-dən çox tematik sorğusu icra olunmuşdur. Arxivlər öz sənədləri əsasında müxtəlif təşkilatlara müxtəlif məsələlərə aid 35 məlumat xarakterli məktub hazırlayıb göndərmişlər.

Hesabat ilində arxiv sənədlərindən digər məqsədlər üçün də geniş istifadə olunmuşdur. Belə ki, müasir dövr üçün aktual olan mövzularda 18 sənəd sərgisi təşkil olunmuş, 22 teleradio verilişi hazırlanmışdır.

Hesabat ilində İdarənin və dövlət arxivlərinin elmi-nəşriyyat işləri diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli 2867 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair Tədbirlər planı”na uyğun olaraq  Azərbaycan Xalq Cümhuriyyətinin təhsil və maarif sahəsində fəaliyyətini əks etdirən arxiv sənədləri əsasında “Azərbaycan Xalq Cümhuriyyəti. Təhsil siyasəti (1918-1920)” sənədlər toplusu hazırlanaraq nəşr olunmuş, həmçinin Milli Arxiv İdarəsi və dövlət arxivləri əməkdaşlarının arxiv sənəd və materialları, eləcə də digər tarixi mənbələr əsasında yazdıqları və müxtəlif illərdə mətbuat səhiflərində çap edilmiş portret oçerklər və məqalələrdən ibarət “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” kitabı nəşr olumuşdur. Cumhuriyyətin fəaliyyətinə aid arxiv sənədləri əsasında 30-a yaxın məqalə KİV-də və İdarənin rəsmi internet saytında dərc edilmişdir. “Azərbaycan Xalq Cümhuriyyəti 100” adı altında stasionar, səyyar və virtual sərgilər təşkil edilmişdir.

Dövlət arxivlərində 2 külliyyat üzərində iş davam etdirilmişdir: “AXC hökumətinin iqtisadi siyasəti. 1918-1920-ci illər” (sənədlərin arxeoqrafik cəhətdən işlənilməsi davam etdirilir, EMA-nın hazırlanması işi davam etdirilir, redaktə işləri aparılır), “AXC dövründə səhiyyənin inkişafı tarixindən. 1918-1920-ci illər” (sənədlərin arxeoqrafik cəhətdən işlənilməsi davam etdirilir). Bundan əlavə, 9 sənəd siyahısı hazırlanıb: “AXC hökümətinin iqtisadi siyasəti tarixindən”, “AXC dövründə səhiyyənin inkişafı tarixindən”, “AXC dövrünün generalları”, “X.Xasməmmədovun 145 illiyinə”, “AXC dövründə xalq təhsili”, “Naxçıvan və Ordubad əyalətlərinin kameral siyahıları. 1831-1886-cı illər”, “Azərbaycanda neftqazçıxarma sahəsində təhlükəsizlik texnikası. 1930-1970-ci illər”, “Azərbaycanda yaşayış məntəqələrinin və istehsal obyektlərinin su ilə təminatı tarixindən. 1920-1970-ci illər”, “İqtisadiyyat, elm və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlıq”.

Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-cil il 15 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq növbəti ildə Milli Arxiv İdarəsinin tabeliyindəki dövlət arxivlərində Nəsimiyə aid mühafizə olunan kinofoto, səs yazıları və kağız əsaslı sənədlərin əsasında İdarənin rəsmi internet saytında virtual sərgilərin təşkili, tematik siyahıların hazırlanması, fotosənədlərin elektron versiyasının hazırlanması nəzərdə tutulmuşdur.

Hesabat ilində dövri mətbuatda arxiv işinə aid müxtəlif mövzularda məqalələr dərc olunmuş, saytlarda müsahibələr verilmişdir. Milli Arxiv İdarəsinin rəisi, filologiya üzrə elmlər doktoru, professor Əsgər Rəsulovun arxiv sahəsinin əhəmiyyətindən, xalqın tarixini özündə əks etdirən arxiv sənədlərinin dəyərindən bəhs edən "Cümhuriyyət sənədlərinin etibarlı saxlancı" sərlövhəli məqaləsi mətbuatda dərc olunmuşdur.  İdarənin rəisi son illər dövlət arxivlərində saxlanılan sənədlərdən daha səmərəli istifadə, yeni elektron xidmətlərin yaradılması, müasir iş metodlarının tətbiqi, şəffaflığın təmin edilməsi üçün reallaşan bir çox layihələr barədə, eləcə də arxiv işinin gələcək istiqamətləri, beynəlxalq əməkdaşlıq əlaqələrinin hazırkı durumu, qazanılan uğurlar və qarşıda duran vəzifələrin icra vəziyyəti ilə bağlı AZƏRTAC-a, bələdiyyələrdə sənədlərin mühafizəsi ilə bağlı yaranan problemlər barədə “Bələdiyyə xəbərləri” saytına  geniş müsahibələr vermişdir. Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənovun “Respublika” qəzetində dərc olunan “Rəqəmsal idarəçilikdə arxivlərin rolu” məqaləsində dövlət idarəetmə orqanlarında yaranan idarəçilik sənədlərinin Milli arxiv fondunun formalaşdırılmasında  əhəmiyyəti, idarəetmə proseslərinin elektronlaşdırılmasında arxivlərin iştirakının aktuallığı, həmçinin elektron idarəçilikdə arxivlərin rolu, vəzifələri və digər aktual məsələlərə toxunulmuşdur.  Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivinin direktorunun 2018-ci ildə  nəşr olunan “Möcüzəli səslər xəzinəsi” kitabında öz sahəsi üzrə ölkədə yeganə elmi-metodiki mərkəz sayılan Səs Yazıları Arxivində 1968-ci ildən bəri aparılan işlərdən, səs yazılarının yığılıb toplanmasından, gələcək nəsillərə çatdırılmasından, bu yolda qarşıya çıxan problemlərdən və onların həllindən söz açılır.

Hesabat dövründə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində ölkəmizdə gedən proseslər diqqətdə saxlanılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli, 05 №-li qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat”ın,  Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 2016-cı il 12 aprel tarixli, 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısı və onun tətbiq edilməsinə dair göstəriş”in Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə müvafiq dəyişikliklərin edilməsi barədə İdarənin 10 aprel 2018-ci il tarixli 4 nömrəli və 6 noyabr 2018-ci il tarixli 9 nömrəli və Kollegiya qərarları Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun olaraq, dövlət arxivlərinin və Dövlət Arxivi filiallarının fəaliyyəti nəticəsində yaranan sənədlərin qovluqlarda düzgün sistemləşdirilməsi və saxlama müddətlərinin müəyyən olunması məqsədilə “Azərbaycan Respublikasının dövlət arxivlərinin (filialların) nümunəvi iş nomenklaturası”  hazırlanmış və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 2018-ci il 20 noyabr tarixli, 33 ə/f nömrəli əmri ilə təsdiq edilmişdir. Nümunəvi nomenklaturaya uyğun dövlət arxivlərinin və Dövlət Arxivi filiallarının yeni nomenklaturaları da  hazırlanmış və MEYK-də təsdiq edilmişdir.

2018-ci ildə arxiv təşkilatlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Finlandiyanın Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” 2018-ci il oktyabrın 23-də Bakı şəhərində imzalanmış, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 403 nömrəli  Fərmanı ilə təsdiq olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi,  Özbəkistan Respublikası Nazirlər Kabineti yanında “Özarxiv” Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin yekun mətnləri qarşı tərəflərə razılaşdırılmaq üçün göndərilmiş, Bolqarıstan, Hindistan və Qırğızıstanla Saziş yaxud Əməkdaşlıq Memorandumunun layihəsinin hazırlanması istiqamətində işlər, Bosniya və Hersoqovina ilə əməkdaşlıq Memorandumunun bağlanması ilə əlaqədar danışıqlar davam etdirilir. Hesabat ilində Milli Arxiv Idarəsində  bir sıra xarici ölkələrdən gələn qonaqlarla, o cümlədən İsveçli yazıçı və tədqiqatçı Benqt Yanqfeld, İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Xristian Kamill, Finlandiyanın Azərbaycandakı səyyar səfiri Arya Makkonen ilə  görüşlər təşkil olunmuşdur.

İdarənin bir əməkdaşı 2018-ci ildə Moskva şəhərində MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin növbəti Məşvərət Şurasında, iki əməkdaşı isə Tatarıstan Respublikasının Kazan şəhərində “Perqamentdən rəqəmsala doğru” adlı beynəlxalq elmi-praktiki konfransda iştirak etmişlər. Bundan əlavə Milli Arxiv İdarəsi əməkdaşlarının Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA proqramı çərçivəsində “Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda  keçirdikləri seminarda iştirak etmələri ilə peşə biliklərinin artıtılması təmin edilmişdir.

Hesabat dövründə Milli Arxiv İdarəsi haqqında Əsasnamənin 7.7 bəndinə uyğun olaraq “Azərbaycan Respublikası arxivlərinin inkişaf konsepsiyası” layihəsi hazırlanaraq dövlət hakimiyyəti orqanlarına təqdim edilmişdir.

Azərbaycanın dövlətçilik tarixi ilə bağlı Milli Arxiv İdarəsində müxtəlif tədbirlər keçirilmiş,  ümummilli lider Heydər Əliyevin 95 illiyi ilə əlaqədar olaraq Milli Arxiv İdarəsi tərəfindən “Xalq-Heydər Əliyev, Heydər Əliyev-Xalq” adlı virtual sərgi istifadəçilərin ixtiyarına verilmişdir. Bundan başqa ümummilli lider Heydər Əliyevin məzarı vəfatının 15-ci ildönümündə Fəxri xiyabanda ziyarət edilmiş, Milli Arxiv İdarəsində YAP Binəqədi rayon təşkilatı ilə birlikdə Dövlət Bayrağı Gününə həsr edilmiş “Müsəlman şərqindən dünyaya doğan günəş və 100 yaşlı bayraq” mövzusunda mədəni-kütləvi tədbir keçirilmişdir.

Kadrlarla aparılan işlər, o cümlədən onların ixtisasının artırılması, əmək intizamı, iş şəraitinin yaxşılaşdırılması üzrə işlər 2018-ci ildə də davam etdirilmişdir. Bu məqsədlə, İdarənin tədbirlər planına uyğun olaraq Dövlət Arxivində, Dövlət Kino-foto Sənədləri Arxivində, ARDA-nın Mingəçevir, Yevlax filialları və əməli cəhətdən onlara tabe olan dəyişən tərkibli rayon dövlət arxivlərinin fəaliyyəti kompleks yoxlanılmış və nəticələri kollegiya iclaslarında müzakirə olunmuşdur. Ümumiyyətlə hesabat ilində Milli Arxiv İdarəsində dövlət arxiv xidməti təşkilatlarının ilin yekunlarına həsr olunmuş 1 geniş kollegiya iclası və dövlət arxivləri və filialların fəaliyyətlərinin kompleks yoxlanılmasının nəticələrinə, normativ sənədlərin təsdiqinə və digər məsələlərə həsr olunan 9 kollegiya iclası keçirilmişdir. Bundan başqa  Milli Arxiv İdarəsində mütəmadi olaraq İdarənin,  dövlət arxivləri və filialların rəhbər işçilərinin iştirakı ilə xidməti müşavirələr  keçirilmiş, arxiv işi sahəsində mövcud olan problemlər və onların həlli yolları müzakirə edilmiş, gələcək planlar və perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılmışdır. 

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən hesabat ilində Respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının, o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə mərkəzdə və yerlərdə seminar-treninqlər təşkil edilmişdir. Seminar-treninqlərdə arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə - arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi,  sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışlar və  müzakirələr aparılmışdır.  Hesabat ilində Dövlət Arxivinin illik planına əsasən “İdarə arxivlərində Milli arxiv fondu sənədlərinin təşkili” mövzusunda Milli Arxiv İdarəsi əməkdaşlarının, nazirlik və idarələrin arxiv işinə məsul nümayəndələrinin iştirakı ilə seminar təşkil olunmuşdur. Seminarda işlərin nomenklatur siyahısının tərtib edilməsi, arxiv fondu sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsinin təşkili, idarə arxivlərində işlərin arxiv siyahılarının hazırlanması mövzuları ətrafında müzakirələr aparılmışdır.

2019-cu ildə dövlət arxiv xidməti təşkilatlarının qarşısında duran başlıca vəzifə Milli arxiv fondu sənədlərinin etibarlı mühafizəsini, onun elmi, tarixi əhəmiyyətli sənədlərlə komplektləşdirilməsini, sənədlərin dəyərinin ekspertizasını, ali hakimiyyət və icra orqanlarının, nazirlik, idarə və təşkilatların, kütləvi informaiya vasitələrinin, vətəndaşların sənəd informasiyasına olan tələbatlarının təşkil və təmin edilməsindən, habelə arxiv işində informasiya-kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv sənədlərinin vahid məlumat baza sisteminin yaradılması və onlardan istifadə üçün işin müasir informasiya cəmiyyətinin tələblərinə uyğun təşkilindən, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-cil il 15 noyabr tarixli Sərəncamının icası ilə əlaqədar olaraq Milli Arxiv İdarəsinin tabeliyindəki dövlət arxivlərində Nəsimiyə aid mühafizə olunan kinofoto, səs yazıları və kağız əsaslı sənədlərin əsasında tədbirlərin həyata keçirilməsindən, arxiv quruculuğunun 100 illiyi ilə bağlı sərgilərin təşkili və sənədli film-süjetin hazırlanması məqsədilə materialların aşkar edilməsi və seçilməsi üçün dövlət arxivləri ilə birlikdə görüləcək tədbirlərdən, arxiv işinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı Layihəsini hazırlamaqdan,  o cümlədən İdarənin rəsmi internet saytında virtual sərgilərin təşkilindən, tematik siyahıların hazırlanmasından, fotosənədlərin elektron versiyasının yaradılmasından ibarət olacaqdır. 

 

 

 



Bugün: 357
Dünən: 1017
Bu həftə: 4955
Son həftə: 5867
Bu Ay: 20653
Son Ay: 20754
Bu İl: 85954
Ümumi: 1106375
1106375