Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

"Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri çərçivəsində bir sıra yüksəksəviyyəli görüşlər və tədbirlər həyata keçirilib. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə məhdud tərkibdə görüşü, həmçinin Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan – Qırğızıstan sənədlərinin imzalanması mərasimində ümumilikdə 18 sənəd, o cümlədən “Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Adıçəkilən sənədi Qırğız Respublikası tərəfindən Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva Azərbaycan Respublikası tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov imzalayıblar.


Bugün: 412
Dünən: 753
Bu həftə: 4532
Son həftə: 6279
Bu Ay: 2837
Son Ay: 23672
Bu İl: 91810
Ümumi: 1112231
1112231