Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində dövlət arxiv xidməti təşkilatlarının 2025-ci ildə fəaliyyətinə və qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclası keçirilib

10 aprel 2026-cı il tarixində Milli Arxiv İdarəsində dövlət arxiv xidməti təşkilatlarının 2025-ci ildə fəaliyyətinə və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclası keçirilib. İclasda Milli Arxiv İdarəsi Kollegiyasının üzvləri, Milli Arxiv İdarəsinin, İdarənin tabeliyində fəaliyyət göstərən Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivi filiallarının və Rayon Dövlət Arxivlərinin rəhbər və məsul şəxsləri iştirak ediblər. 

Tədbirdən öncə iştirakçılar Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 dekabr tarixli Sərəncamına əsasən Milli Arxiv İdarəsi və Dövlət Elm və Texnika Sənədləri Arxivi tərəfindən hazırlanmış “Azərbaycanın memarlıq inciləri arxiv sənədlərində” adlı sənəd sərgisi ilə tanış oldular.

Kollegiya iclasının iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Şəhid olan hərbi qulluqçularımızın xatirəsini bir dəqiqəlik sükutla andılar. 

Giriş nitqi ilə çıxış edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov Kollegiya iclasının gündəliyi ilə iştirakçıları tanış etdi. “Azərbaycanda arxiv işinin inkişafına dair 2020-2025-ci illərə dair  Tədbirlər Planı”nında, nəzərdə tutulmuş işlərin icrası istiqamətində Milli Arxiv İdarəsi və dövlət arxiv xidməti təşkilatları tərəfindən görülən işlər barədə, o cümlədən sahə üzrə yeni olan qanunvericilik aktlarının tətbiqi barədə məlumat verdi.    

Daha sonra İdarənin rəis müavini Həsən Həsənov dövlət arxiv xidməti təşkilatlarının 2025-ci ildə fəaliyyətini əks etdirən geniş məruzə ilə çıxış etdi. Məruzədə  respublika arxiv xidməti təşkilatlarının fəaliyyətinin sahə qanunvericilk aktlarından, qanun və fərmanlardan, ali hakimiyyət və icra orqanlarının tapşırıqlarından irəli gələn vəzifələrin icrası, arxivlərin komplektləşdirilməsi, uçot və mühafizə, sənədlərdən istifadə, arxiv sənədlərinin rəqəmsallaşdırılması, həmçinin arxiv işi sahəsində beynəlxalq əlaqələr, arxivçi kadrların hazırlanması, mövcud kadrların ixtisasının artırılması və digər sahələrdə əldə edilən nəticələr barədə geniş məlumat verildi.

Məruzə ətrafında çıxış edən Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov, Dövlət Səs Yazıları Arxivinin direktoru Vüsal Məmmədov, Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə Məmmədova, Ucar Rayon Dövlət Arxivinin müdiri Abutalıb Mikayılov, İdarə yanında İdarə sənədlərini qaydaya salan Mərkəzin direktoru Sevinc Tahirova rəhbərlik etdikləri qurumlar üzrə görülmüş işlər, mövcud problemlər və onların həlli istiqamətində təklif və fikirlərini bildirdilər.

İdarənin rəisi Əsgər Rəsulov yekun çıxışında qarşıda duran əsas vəzifələr üzrə görüləcək işləri nəzərə çatdıraraq,  arxiv xidməti təşkilatlarının əməkdaşlarına uğurlar arzuladı.   

Daha sonra Kollegiya iclasının yekun Qərarı qəbul edildi.

 

 

 


Bugün: 637
Dünən: 1505
Bu həftə: 12038
Son həftə: 13420
Bu Ay: 35543
Son Ay: 55392
Bu İl: 187582
Ümumi: 1881507
1881507