Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Naxçıvan MR Dövlət Arxivinin əməkdaşı R.Sadiqovun “Naxçıvanın memarlıq intibahı: Heydər Əliyev dövründə şəhərsalma və modernləşmə strategiyası (1969-1982)” adlı məqaləsi beynəlxalq elmi jurnalda dərc edilib

"2026-cı il - Şəhərsalma və Memarlıq İli", o cümlədən Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində dövlət arxiv xidməti təşkilatlarının əməkdaşları arxiv sənədləri əsasında Azərbaycanın şəhərsalma ənənələri, tarixi sənədlər və onların əks etdirdiyi faktlar əsasında tədbirə öz tövhələrini verməkdə davam edirlər. 

            Milli Arxiv İdarəsində 10 aprel 2026-cı il tarixində keçirilmiş “Azərbaycanın memarlıq inciləri arxiv sənədlərində” adlı sənəd sərgisindən sonra Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin aparıcı arxivçisi Rəfael Sadiqovun “Naxçıvanın memarlıq intibahı: Heydər Əliyev dövründə şəhərsalma və modernləşmə strategiyası (1969-1982)” adlı elmi məqaləsi Polşanın “Polish Journal of Science” jurnalının 98 nömrəli sayında “Architectural renaissance of Nakhchivan: Urban planning and modernization strategy during the Heydar Aliyev era (1969–1982)” başlığı ilə ingilis dilində dərc edilib.

            Məqalədə Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan SSR-yə rəhbərliyi dövründə Naxçıvan şəhərində şəhərsalma siyasətinin ardıcıl və strateji şəkildə həyata keçirilməsi, yeni yaşayış komplekslərinin və mikrorayonların salınması, həmçinin sosial infrastruktur obyektlərinin inkişafı, bu dövrdə həyata keçirilən tikinti və modernləşdirmə təşəbbüslərinin şəhər mühitinin yenilənməsinə, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına və urbanizasiya prosesinin daha səmərəli təşkilinə xidmət etməsi kimi məsələlər araşdırılıb.

            Sözügedən nəşrdə məqalənin çap olunması əməkdaşımızın elmi fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

            Məqalə ilə BURADAN (səhifə 53) tanış ola bilərsiniz.

 


Bugün: 216
Dünən: 1100
Bu həftə: 216
Son həftə: 10546
Bu Ay: 38376
Son Ay: 55339
Bu İl: 245754
Ümumi: 1939679
1939679