15 May 2026 11:17 XƏBƏRLƏR Baxış sayı : 60
14 may 2026-cı il tarixində Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Bakı Kitab Mərkəzində fransız tarixçi Aleksandr Vatanın müəllifi olduğu “Əhmədiyyə Cəbrayılovun Fransa müqavimət hərəkatında döyüş yolu” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Milli Arxiv İdarəsinin Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova iştirak edib.
Tədbiri giriş nitqi ilə açıq elan edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva bildirdi ki, İkinci Dünya Müharibəsi zamanı xalq müdafiə hərəkatının iştirakçısı olmuş əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş bu kitab Azərbaycanlıların adıçəkilən müharibədə faşizm üzərində qələbənin əldə edilməsində fəal iştirakını bir daha sübut edir.
Xarici İşlər Nazirliyinin nümayəndəsi Nigar Hüseynova bildirib ki, İkinci Dünya müharibəsində Azərbaycanlılar Avropanın müxtəlif ölkələrində - Fransada, Polşada, İtaliyada, Niderlandda yerli xalqlarla çiyin-çiyinə vuruşublar. Fransa Müqavimət Hərəkatında iştirak edən azərbaycanlı partizanlar azadlıq, insanlıq və ədalət uğrunda mübarizənin simvoluna çevriliblər. Onun sözlərinə görə, səfirliyin və Fransadakı Hərbi attaşelik aparatının birgə fəaliyyəti çərçivəsində tarixi yaddaşın qorunmasına xüsusi önəm verilir. Bu istiqamətdə müxtəlif formatlarda tədbirlər — film təqdimatları, konfranslar, elmi görüşlər təşkil olunur. Kitabın müəllifi, fransız tarixçi Aleksandr Vatan qeyd edib ki, nəşr Əhmədiyyə Cəbrayılovun hərbi fəaliyyətindən bəhs edir və tarixi yaddaşın qorunmasına xidmət göstərir. Müəllif vurğulayıb ki, oxucular bu kitab vasitəsilə cəsarətli döyüşçünün həyat yolu ilə daha yaxından tanış olacaq. Fransanın Azərbaycandakı səfiri Sofi Laqutun Əhmədiyyə Cəbrayılovun göstərdiyi cəsarətin, keçdiyi ağır həyat yolunun və partizan hərəkatına verdiyi töhfələrin onu unudulmaz şəxsiyyətə çevirdiyini deyib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Əhmədiyyə Cəbrayılovun göstərdiyi xidmətlərin Azərbaycan-Fransa dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. Əhmədiyyə Cəbrayılovun ailə üzvü Cavanşir Cəbrayılov tədbirin qəhrəmanın xatirəsinə göstərilən böyük ehtiramın nümunəsi olduğunu söyləyib.
Daha sonra qonaqlar Fransa səfirliyinin əməkdaşlarının hazırladığı videoçarxı izləyiblər.


.jpeg)




| Bugün: | 894 |
| Dünən: | 1560 |
| Bu həftə: | 9841 |
| Son həftə: | 10866 |
| Bu Ay: | 25521 |
| Son Ay: | 55339 |
| Bu İl: | 232899 |
| Ümumi: | 1926824 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az