Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin və Dövlət Arxivinin əməkdaşları beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər

30 aprel 2026-cı il  tarixində Qazaxıstan Dövlət Universiteti, Almatı şəhəri Mədəniyyət İdarəsinin “Almatı şəhər Dövlət Arxivi”, əl-Fərabi adına Qazax Milli Universitetinin Tarix fakültəsinin Ümumdünya tarixi, tarixşünaslıq və mənbəşünaslıq kafedrası, həmçinin Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin Arxivlər, sənədləşmə və kitab işi Komitəsinin “Mərkəzi Dövlət Elm-Texnika Sənədləri Arxivi”, Rusiya Dövlət Universiteti ilə birlikdə “Rəqəmsal transformasiya şəraitində arxiv işinin problemləri” mövzusunda Qazaxıstan Elm Gününə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirin əsas məqsədi müasir mərhələdə arxiv işinin aktual problemlərinin müzakirəsi üçün elmi diskussiya platformasının yaradılması olmuşdur. Konfrans çərçivəsində arxivlərin rəqəmsallaşdırılması, süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal transformasiya şəraitində kadr hazırlığı, tarixi-mədəni irsin qorunması və istifadəsi, eləcə də rəqəmsal təhlükəsizlik məsələləri geniş müzakirə edilib.

Müxtəlif ölkələrdən alimləri, tədqiqatçıları və müvafiq sahələrin nümayəndələrini bir araya gətirən multidissiplinar platforma kimi çıxış edən konfransda arxiv işi, tarix, kitabxana işi və informasiya texnologiyaları sahəsinin mütəxəssislərilə yanaşı, doktorantlar və magistrantlar da fəal iştirak ediblər.

Konfrans çərçivəsində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin müdiri Roza Əliyeva “Arxiv işinin rəqəmsallaşdırılması: problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycanda arxiv sahəsində həyata keçirilən rəqəmsal islahatlar, o cümlədən “Vahid elektron arxiv” informasiya sisteminin yaradılması, elektron sənəd dövriyyəsinin tətbiqi, arxiv xidmətlərinin rəqəmsal platformalara inteqrasiyası və istifadəçilər üçün əlçatanlığın artırılması məsələləri ətraflı şəkildə təqdim olunmuşdur. Məruzədə arxiv proseslərinin idarə olunmasının səmərəliliyinin yüksəldilməsi və informasiya resurslarının effektiv istifadəsi istiqamətində görülən işlərə xüsusi diqqət yetirilib.

Konfransda Azərbaycan Respublikasının Dövlət Arxivinin direktor müavini Səyyarə Hacıyeva “Tarixi-mədəni irsin qorunması və istifadəsi” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə mədəniyyətin çoxşaxəli bir anlayış kimi rolu və arxivlərin tarixi-mədəni yaddaşın qoruyucuları kimi əhəmiyyəti məsələrinə toxunulub. Məruzədə arxiv sənədlərinin mühafizəsinin təmin olunması, onların tarixi bilik mənbəyi və mədəni irsin tərkib hissəsi kimi rolu, eləcə də Azərbaycanın tarixinin öyrənilməsində arxivlərin əhəmiyyəti və tarixi-mədəni məlumatlara çıxış imkanlarının genişləndirilməsi məsələləri işıqlandırılıb.

 

 


Bugün: 882
Dünən: 1752
Bu həftə: 9819
Son həftə: 10337
Bu Ay: 2634
Son Ay: 55339
Bu İl: 210012
Ümumi: 1903938
1903938