Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində olub

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində olub. Ziyarətin əsas məqsədi həm universitet tələbələrinin İdarədə keçdikləri istehsalat təcrübəsi ilə yaxından tanış olmaq, həm də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirmək idi.

Görüş zamanı İdarənin rəisi Mehman Məmmədov Elbrus İsayevə İdarənin fəaliyyəti, xüsusilə arxiv işinin təşkili, sənədlərin komplektləşdirilməsi, qeydiyyatı, istifadəsi, nəşri və rəqəmsallaşdırılması istiqamətində görülən işlər barədə məlumat verdi. Daha sonra qonaqlar İdarənin, o cümlədən Naxçıvan MR Dövlət Arxivinin fəaliyyəti ilə əyani şəkil tanış oldular. Bildirildi ki, hazırda universitetin buraxılış kursunda təhsil alan Tarix fakültəsinin tələbələri İdarədə və arxivdə istehsalat təcrübəsi keçir. Onlar müxtəlif şöbələrdə sənədlərin qəbulu, qeydiyyatı, təsnifatı, saxlanılması, elektronlaşdırılması kimi proseslərlə yaxından tanış olur, arxiv işinin əsas istiqamətləri üzrə praktiki bilik və bacarıqlar əldə edirlər.

Eyni zamanda qeyd olundu ki, məzunlardan biri – Sadiqov Rəfael Ramin oğlu Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq bağlanmış müddətli əmək müqaviləsi əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində əmək fəaliyyətinə cəlb edilib.

Rektor tələbələrin praktiki biliklərinin artırılması baxımından bu cür əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayaraq, yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirdi.

            Sonda qarşılıqlı fikir mübadiləsi aparıldı, gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi.


Bugün: 1692
Dünən: 2052
Bu həftə: 11556
Son həftə: 13160
Bu Ay: 21641
Son Ay: 55392
Bu İl: 173680
Ümumi: 1867605
1867605