Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində “İdarəetmə proseslərinin elektronlaşdırılması ilə bağlı plan və hesabat sənədlərinin hazırlanması və təqdim edilməsi işinin təşkili” mövzusunda seminar keçirilib

Milli Arxiv İdarəsinin 2026-cı il İş Planına uyğun olaraq, “İdarəetmə proseslərinin elektronlaşdırılması ilə bağlı plan və hesabat sənədlərinin hazırlanması və təqdim edilməsi işinin təşkili” mövzusunda seminar təşkil edilib.

Ənənəvi və onlayn formatda keçirilən seminarda Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov, Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova,  həmin şöbənin əməkdaşları, o cümlədən dövlət arxiv xidməti təşkilatlarının rəhbərləri və müvafiq sahəyə məsul olan şəxslər iştirak ediblər.  

Seminarı açıq elan edən Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov ölkəmizdə geniş vüsət alan rəqəmsallaşmanın, qurumlarda daxili idarəetmə proseslərinin icrasına da müsbət təsir göstərdiyini qeyd etdi. Bildirildi ki, Milli Arxiv İdarəsinin Elektron Hesabatlar Sistemi (EHS) əməkdaşların iş vaxtına qənaət etməsi, məlumatların çatdırılmasının tez və operativ həll edilməsi, o cümlədən avtomatik emal alətlərindən istifadə edilməklə iş yükünün rentabelliyinin ölçülməsi, faydalı iş əmsalının yüksəldilməsi sahələrində çox ciddi rol oynayır. Həsən Həsənov vurğuladı ki, EHS üzərindən daxil olan və avtomatik şəkildə emal edilən plan və hesabatlar üzərindən aidiyyəti nəzarət tədbirləri də öz effektliyini təsdiq edir.

Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova çıxış edərək qeyd etdi ki, idarəetmə proseslərinin avtomatlaşdırılması nəzarət mexanizmlərini daha da gücləndirmişdir. Cəmilə Abasova plan və hesabat sənədlərinin EHS daxilində hazırlanması zamanı dövlət arxiv xidməti təşkilatları tərəfindən yol verilən nöqsanlar və onların həll istiqamətində müvafiq təlimatın tələblərinə əməl edilməsinin vacibliyini vurğuladı. Qeyd edildi ki, plan və hesabat sənədlərinin EHS üzərindən tələb edilən müddət ərzində göndərilməsi vacibdir.

Daha sonra Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçiləri Həbib Həsənov, Gülnar Təhməzli, Gültən Eminova, aparıcı məsləhətçi Aytac Nəbiyeva mövzu üzrə çıxış etdilər.

Seminar açıq diskussiya şəklində davam etdirilib, suallar cavablandırılıb. 


DİGƏR XƏBƏRLƏR



Bugün: 690
Dünən: 1348
Bu həftə: 2038
Son həftə: 10546
Bu Ay: 40198
Son Ay: 55339
Bu İl: 247576
Ümumi: 1941501
1941501