18 Mart 2026 10:01 XƏBƏRLƏR Baxış sayı : 197
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin Göyçay filialının 2026-cı ilin İş Planına əsasən “Açıq qapı” günü, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunması və təbliği məqsədilə "Arxivdən gələn bahar" adlı bayram tədbiri təşkil edilib.
Tədbir çərçivəsində Göyçay İdarəetmə və Texnologiya Kollecinin "Arxiv işi və kargüzarlıq" fakültəsinin tələbələri, Göyçay Mərkəzi Kitabxana Sisteminin və "Azərpoçt" Göyçay filialının rəhbər və əməkdaşları ilk olaraq, filialda sərgilənən və Novruz adət-ənənələrini əks etdirən kompozisiyalara, stendlərə baxış keçirdilər. Filialın direktoru Ziyad Hüseynov iştirakçıları arxiv sənədlərindən ibarət sərgi ilə tanış etdi. Sənəd sərgisində Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif dövrlərdə Novruz bayramı münasibətilə təşkil edilmiş tədbirlərlə bağlı arxiv sənədləri sərgilənmişdir.
Ziyad Hüseynov tərəfindən arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumat verilib. Bildirilib ki, Dövlət Arxivinin Göyçay filialının tabeliyində Qəbələ, Zərdab, Ağdaş və Ucar rayon dövlət arxivləri fəaliyyət göstərir.
Daha sonra iştirakçılar arxivin fəaliyyəti ilə əyani şəkildə tanış olub, fikir mübadiləsi apardılar.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)




| Bugün: | 730 |
| Dünən: | 1505 |
| Bu həftə: | 12131 |
| Son həftə: | 13420 |
| Bu Ay: | 35636 |
| Son Ay: | 55392 |
| Bu İl: | 187675 |
| Ümumi: | 1881600 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az