facebook logo    Twitter bird logo 2012.svg

   AzərTac Dövlət İnformasiya Agentliyi tərəfindən 9865 saxlama vahidi foto sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

 

azertac    Təqdim edilən sənədlər əsasən dövlətlərarası əlaqə və əməkdaşlıq səviyyəsində Azərbaycan Respublikası Prezidentinin rəsmi qəbullarını, səfərlərini, görüşlərini, beynəlxalq tədbirlərdə, konfranslarda iştirakını, çıxışlarını, respublika daxilində bölgələrə səfərlərini, yeni istehsal və emal müəssisələrinin təməlqoyma və açılış mərasimlərini əks etdirir. Tarix üçün əhəmiyyətli olan sənədlər 2016-cı ildə dövlət başçısının İsveç Krallığının, Böyük Britaniyanın, İtaliyanın, Niderland Krallığının, Türkiyənin, Rusiyanın, İranın, Pakistanın, Belorusiyanın, Mərakeşin, Eritreyanın hökumət və dövlət nümayəndələrinin, ayrıca beynəlxalq təşkilatların nümayəndələrini qəbul etməsini əks etdirir. Qəbul edilmiş foto sənədlər eyni zamanda dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı ilə keçirilən iclasları Azərbaycana yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edilməsi mərasimini, idman və mədəniyyət sahəsində gerçəkləşdirilən dövlət layihələrini, respublikamızda keçirilən beynəlxalq sərgiləri əks etdirir.

           Hal-hazırda Arxivdə təhvil alınmış sənədlərin Milli Arxiv fonduna qəbulu rəsmiləşdirilir. 

 

 

 

 

Digər Xəbərlər

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR