Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycan Respublikasında arxiv işinin yaranma tarixi (1920-2020)

Son Yenilənmə : 2020-11-18 08:22:10
Baxış sayı : 3828

Azərbaycanda  arxiv işinin yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən  başlayır. Çarizm dövründə Şimali Azərbaycanda vahid arxiv sistemi  mövcud  deyildi. Çar  hökumətinin süqutu və 1917-18 illərdə  baş  vermiş mürəkkəb  ictimai- siyasi  hadisələr dövlət və hökumət idarələrinin, həmçinin  sahibkarlara məxsus fabrik, zavod və digər müəssisələrin sənəd və materiallarının toplanması və saxlanılması işini çətinləşdirmişdi. Mövcud  vəziyyət Azərbaycan Xalq Cümhuriyyəti  hökumətinin nəzərindən yayınmadı. Həmin  dövrdə Azərbaycan  hökuməti belə mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq,  arxiv  məsələsinəxüsusi diqqət yetirirdi. Azərbaycan hökumətinin Tiflisdə yaradılması, bir müddət orada fəaliyyət  göstərdikdən `sonra Gəncəyə köçürülməsi, nəhayət, Bakıda fəaliyyətə başlaması formalaşmaqda olan dövlət hakimiyyəti  orqanlarının kargüzarlıq sənədlərinin mühafizəsində  müəyyən problemlər  yaratmışdır.1918 il noyabrın 3-də  Cümhuriyyətin  Dövlət nəzarəti idarəsi Azərbaycan ərazisindəki  bütün dövlət təşkilatlarının kargüzarlıq və  qeydiyyat  işlərinin   müharibə və inqilabişəraitlə əlaqədar olaraq bərbad vəziyyətə düşdüyünü vəonların əsaslı surətdə qaydaya salınmalı  olduğunu bildirdi. 1918 ilin oktyabrında sığorta cəmiyyəti idarələrindən birinin öz  binasını dəyişdirdiyi  vaxtlarda  keçmiş hərbi-sənaye kompleksinin  atılmış  arxiv sənədləri  aşkar  edilmişdi.Arxiv  sənədləri  aşkar  edildikdən  sonra  dərhal  həmin  sənədlərin   siyahısı  tutulmuş, pərakəndə sənədlər yığılaraq rəflərə qoyulmuş, bir hissəsi bağlanıb ayrıca otağa yerləşdirilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti  Xarici İşlər  Nazirliyi   dəftərxanasının  9 iyul  1919-cu il  tarixli  müvəqqəti  təlimatında  qeyd  edilirdi  ki, nazirliyin  dəftərxanasının  başında  direktor  dayanır    dəftərxananın  bütün  şöbələrinin  idarə  edilməsi və  daxili  nizam-intizam  qaydaları  onun  əlində  cəmlənir.Həmin  təlimatda  Dəftərxananın  aşağıdakı  şöbələrdən  ibarət  olduğu  qeyd   edilirdi:  diplomatik, ümumi  işlər, təsərrüfat, qeydiyyat, arxiv. Тəlimata  əsasən  arxiv  arxivariusa  etibar  edilirdi. Arxivarius  öz  növbəsində  Zaqafqaziyaya, əsasən  də Azərbaycana  aid  bütün  akt    sənədlərin, kağızların  toplanması    onların  sistemə  salınması  işi ilə  məşğul  olurdu. Arxivdə  Azərbaycanın  siyasi  həyatının  ən  vacib  hadisələrinə   aid  aktlar    kağızlar; işlənilərək  başa  çatdırılmış  işlər,qaytanlanmış  kitablar  və nazirliyin  bütün  qərarları  saxlanılırdı. Həmin  təlimatda  arxiv işinə böyük əhəmiyyət verilirdi.

Azərbaycanda dövlət arxivləri yalnız Aprel işğalından (1920)  sonra yaradılmışdır. Azərbaycan  Respublikasında  Vahid  Dövlət  Arxiv Fondunun təşkili    Xalq Maarif  Komissarlığı  nəzdində  Mərkəzi Dövlət Arxivinin yaradılması  Azərbaycan  İnqilab  Komitəsinin  Rəyasət  heyətinin  1920-ci il  dekabrın  6-da  Nəriman  Nərimanovun  sədrliyi ilə keçirilmiş iclasında qəbul edilmiş “Vahid  dövlət  arxiv  fondunun  təşkili və Xalq  Maarif  Komissarlığı  yanında  Mərkəzi  Dövlət  Arxivinin  yaradılması  haqqında” dekretlə  mümkün   olmuşdur. N. Nərimanovun  imzaladığı  həmin  dikretlə  Azərbaycanda  arxiv işinin  təşkilinin  əsası  qoyuldu.  Dekretə  uyğun  olaraq  keçmişdə    həmin  dövrdə  mövcud  olan  idarə, müəssisə    təşkilatların  bütün  arxivləri  Vahid  Dövlət  Arxiv fonduna daxil edildi    idarə, müəssisə    təşkilatların  1920-ci il aprelin  26-dək başa çatdırılmış  bütün  işləri  respublika  Mərkəzi  Dövlət  Arxivinə  təhvil  verildi.  Azərbaycan  İnqilab  Komitəsinin  qəbul  etdiyi  həmin dekret  Respublikamızda arxiv  işinin  mərkəzləşdirilməsinin  əsasını  qoydu.

1921-ci ilin  mart ayında A.L.Popovun  başçılığı ilə Azərbaycan  Mərkəzi  Dövlət  Arxivi  (Azərmərkəziarxiv) yaradıldı. “Azərmərkəziarxiv”-in tərkibində  tarixi-inqilab şöbəsi  təşkil  edildi. Respublikanın  ilk  arxivçiləri-A.Sübhanverdixanov,Y.Poxomov, A.Şaxtaxtinski, V.Gülnazarov    başqaları  Azərbaycan  arxiv  işinin  təşkilinə  çoxlu vaxt    qüvvə  sərf  etdilər.

1922-ci  ilin  avqustunda  Mərkəzi  Dövlət  Arxivinə  rəhbərlik  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsinin  Rəyasət  heyətinə  həvalə  edildi. Bu  qərar  arxiv  orqanlarının  rolunun    nüfuzunun  artmasına  kömək  etdi.  1925-ci il iyunun 6-da  “ Azərbaycan  SSR-də  Arxiv  işi  haqqında” Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsinin    Azərbaycan  SSR  Xalq  Komissarları  Sovetinin  dekreti” qəbul  edildi. Həmin  dekretdə  həmçinin  qeyd  edilirdi  ki, 1920-ci  il  aprelin  28-dək  ləğv  olunmuş  dövlət,  bələdiyyə, ictimai, kooperativ    həmkarlar  təşkilatlarının, ruhani  idarələrinin    sairələrinin  indiyədək  Mərkəzi  Dövlət  Arxivinə  təhvil  verilməmiş  bütün arxiv  materialları  dərhal    tamamilə  Mərkəzi  Dövlət  Arxivinə  təhvil  verilməlidir. Arxiv  materiallarının Mərkəzi  Dövlət  Arxivinə  təhvil  verilməsi  işinin  arxivin  müəyyən  etdiyi   arxiv  forması  üzrə  siyahılara uyğun  olaraq   həyata keçirilməsi  müəyyən  edilmişdir.

1925-ci il dekabrın  13-də  Naxçıvan  Muxtar  Respublikasında  Mərkəzi  Dövlət  Arxivi  yaradıldı. 1928-ci  ildən  Azərbaycan  Respublikasının  bütün  şəhərlərində  arxiv  büroları  işə  başladı. 1930-cü ilin  noyabrında  Dağlıq  Qarabağ  Muxtar Vilayətinin  vilayət  arxiv  bürosu  təşkil  edildi. Həmin  dövrdə  arxiv  idarələrində  V.Xuluflu, M.İrəvanski, Ə.Qubaydulin, S.Belenkiy,P.Pisarevski  kimi  görkəmli  tarixçilər  çalışırdılar. Qeyd  edək  ki, 1920-1930-cu  illər   Azərbaycanın  arxiv  quruculuğu  tarixinə  ölkənin  sənəd  materiallarının komplektləşdirilməsi, elmi-textiki  cəhətdən  qaydaya  salınaraq  siyahıya  alınması, sənədlərdən  istifadənin  təşkili  üzrə  gərgin  fəaliyyət  dövrü kimi  daxil  olmuşdur. Artıq  həmin  dövrdə  siyasi,elmi    əməli  əhəmiyyətə malik  Azərbaycan  xalqının  milli  sərvəti  sayılan  Dövlət  Arxiv  Fondu  əsasən  komplektləşdirilmişdir.

Azərbaycan  Respublikasında  arxivlərin  fəaliyyət  dairəsinin  genişləndirilməsi    canlandırılması  üçün  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsinin  Rəyasət  Heyətinin  19  aprel  1930-cu  il  tarixli  qərarı  ilə  Azərbaycan  Respublikası  Mərkəzi  Arxiv  İdarəsi  yaradıldı    onun  Əsasnaməsi  təsdiq  edildi. Respublikada  iki  Mərkəzi  Dövlət  Arxivi- Oktyabr  inqilabı  arxivi(  foto  şöbəsi  ilə ) və  Tarix  arxivi, dövlət    idarə  arxivləri  şöbəsi  yaradıldı. Təsdiq  olunmuş  əsasnaməyə  görə  Mərkəzi  Arxiv  İdarəsinin üzərinə  yalnız  sənədlərin komplektləşdirilməsi, onun  mühafizəsi  vəzifələri  deyil, həmçinin   elmi-tədqiqat  işlərinin    arxiv  materiallarından  siyasi, iqtisadi    mədəni  quruculuq  vəzifələrinin yerinə  yetirilməsinə  kömək  üçün  istifadənin  təşkili  vəzifələri    qoyulmuşdur. 1931-ci  il  oktyabrın  29-da  “Azərbaycan  SSR-in  arxiv  sərvətlərindən  istifadə  edilməsi  haqqında”  “Azərbaycan  SSR  Xalq  Komissarları  Sovetinin  1453 saylı  qərarı  qəbul  edildi. Həmin  qərarla  Azərbaycanda  fəaliyyət  göstərən  bütün  idarə, müəssisə    təşkilatlara  tapşırılırdı  ki, “ müxtəlif  qurğuların  cizgilərinin,planlarının    ya  layihələrinin  tərtib  edilməsi, ölkənin  yeraltı    başqa  sərvətlərini  öyrənilməsi, xalq  təsərrüfatı  ilə  əlaqədar  olan  bütün  tədbirlərin  həyata  keçirilməsi  üzrə  işlərə  başlamazdan  əvvəl  göstərilən  işlərin  görülməsində  istifadə  edilməsi  üçün  öz  arxivlərində  materalların  olmadığı  halda, mütləq  Azərbaycan  SSR  arxiv  orqanlarına  müraciət  etsinlər. Qərarda  həmçinin  qeyd  edilirdi  ki, ”Azərbaycan  SSR  Mərkəzi  Dövlət  Arxivi  orqanları  ilə  əlaqə  yaratmaq, müəyyən  idarə    ya  müəssisəni  maraqlandıran  arxiv  materiallarını  seçib  ayırarkən  məsləhətin  verilməsi    aşkara  çıxarılan  arxiv  sərvətlərindən  istifadə  edilməsinə  nəzarətin  yerinə yetirilməsi  üçün  məsul  şəxslər  ayrılsınlar.”

Azərbaycan  SSR-in  Mərkəzi  Arxiv  İdarəsinin  Əsasnaməsinə  uyğun olaraq  “Azərmərkəziarxiv”-in tərkibindəki  tarixi-inqilab  şöbəsinin  bazasında  Oktyabr  İnqilabı  arxivi  yaradıldı    bu  arxiv  1938-ci  ildə  “Azərbaycan  SSR  Oktyabr  inqilabı  və sosialist  quruculuğu  Mərkəzi Dövlət Arxivi” adlandırıldı. Respublikada  2  Mərkəzi  Dövlət  Arxivi-Oktyabr  inqilabı  arxivi(foto şöbəsi ilə) və  Tarix  arxivi  fəaliyyət  göstərirdi. Həmin  Dövlət  Arxivlərinin  intensiv  şəkildə  sənədlərlə  komplektləşdirilməsi  işi  davam  etdirilirdi. Artıq  1935-ci  illərdə  həmin  arxivlərdə  400  minə  yaxın  saxlama  vahidi  qorunub  saxlanılırdı. 1941-1945 Böyük  Vətən  müharibəsi  illərində  Azərbaycan  Respublikasının  arxiv  idarələri  öz  işlərini  əsaslı  surətdə  yenidən təşkil edərək  fəaliyyətlərini  müharibə  dövrünün  tələblərinə  uyğun olaraq  qurdular    xalq qüvvələrini  düşmənin  darmadağın  edilməsinə  səfərbər  etmək  üçün  arxiv  materiallarından  səmərəli istifadə  edilməsi  işini  daha  da gücləndirdilər. Həmin  dövrdə  Azərbaycan  arxivçiləri   Rusiyanın  Rostov  vilayəti, Krasnodar    Stavropol  diyarlarından  köçürülmüş  arxiv  materiallarını  müvəqqəti  mühafizəyə  qəbul  edərək  Şimali  Qafqaz  arxivçilərinə  böyük  köməklik  göstərdilər.Müharibə  başa  çatdıqdan  sonra  Arxiv  idarələrinin  kadr  potensialının gücləndirilməsinə  diqqət  yetirildi. Moskva  Tarix-Arxiv  İnstitutu    o vaxtlar  S.M.Kirov  adına  Azərbaycan  Dövlət  Universitetinin  tarix  fakultəsinin  məzunları  arxivlərə  işə  qəbul  edildilər. Bu  arxivlərin  işinin  yaxşılaşdırılmasına    fəallaşmasına  müsbət  təsir  göstərdi.

Azərbaycan  SSR  Nazirlər  Sovetinin  15  sentyabr  1961-ci il tarixli  qərarı  ilə “Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi haqqında  Əsasnamə” təsdiq  edildi. Həmin  Əsasnamədə  qeyd  edilirdi:

 1. Azərbaycan  SSR  Nazirlər  Soveti  yanında  Arxiv  İdarəsi  Azərbaycan  SSR - də arxiv  işinə  rəhbərlik  edən  elmi    təşkilati-metodik  mərkəzdir.

2. Dövlət  Arxiv  fondunun Azərbaycan SSR Mərkəzi Dövlət Arxivlərində  saxlanılan  sənəd  materialları Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin  sərəncamında olur. Dövlət  Arxiv  fondunun  Naxçıvan  MSSR Mərkəzi  Dövlət  Arxivində    Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  Vilayət  Dövlət  Arxivində  saxlanılan  sənəd  materiallarına  Azərbaycan  SSR  Nazirlər  Soveti  yanında  Arxiv  İdarəsi,  Naxçıvan  MSSR  Nazirlər  Soveti  yanında  Arxiv  İdarəsi və DQMV Vilayət Zəhmərkeş  Deputatları  Soveti  İcraiyyə  Komitəsinin  Arxiv  Şöbəsi  vasitəsilə  sərəncam  verir. Qərarda  həmçinin  Azərbaycan  SSR  Nazirlər Soveti  yanında  Arxiv  İdarəsinin vəzifələri ətraflı  şəkildə qeyd  edilirdi.  Azərbaycan  SSR  nazirliklərində,idarələrində    təşkilatlarında  kargüzarlıq  işini  yaxşılaşdırmaq  tədbirləri  haqqında Azərbaycan SSR Nazirlər Soveti 23 aprel 1962-ci ildə 345 saylı  qərar  qəbul  etmişdir. Həmin  qərarda  qeyd  edilirdi  ki, Azərbaycan  SSR  Xalq  Təsərrüfatı  Şurasında, nazirliklərində, idarə müəssisə  və təşkilatlarında, Naxçıvan MSSR Nazirlər Sovetində, DQMV İcraiyyə  Komitəsində    rayon  icraiyyə  komitələrində  kargüzarlığa dair  əlavə  olunan  nümunəvi  təlimat  təsdiq  edilsin. Həmin qərarla  Maarif  Nazirliyinə  tapşırılırdı  ki, 1962/63-cü  dərs  ilindən  başlayaraq, istehsalat  təlimi  keçilən  ayrı-ayrı  orta  umumtəhsil,  əmək,  politexnik  məktəblərində  şagirdləri  “kargüzarlıq”  peşəsinə  hazırlasın; kargüzarlıq, arxiv sənədlərinin  işlənməsi, makinada  yazma, stenoqrafiya  təlimi keçirilməsini  və kargüzarlıqda çalışan  işçilərin  əməyini  mexanikləşdirmək  üçün ən sadə vəsaitləri mənimsətməyi nəzərdə tutsun.1962/63-cü dərs ilinin  əvvəli  üçün  proqramlar  hazırlayıb  təsdiq  etsin    orta  məktəblər  üçün  kargüzarlıq    arxiv  işinə  dair  dərsliklər  nəşr  etsin.

 İttifaq  hökuməti  qərarlarının  icrasına  uyğun  olaraq  1963-1969-cu  illərdə  Azərbaycan  SSR  Nazirlər  Sovetinin qəbul  etdiyi  yeddi  qərar, o cümlədən  “Azərbaycan  SSR-də  arxiv  işini  yaxşılaşdırmaq  tədbirləri  haqqında”  6 sentyabr  1963-cu il tarixli;  “Azərbaycan  SSR-də  arxiv  işinin  daha da  yaxşılaşdırılması  tədbirləri  haqqında” 17 iyul  1965-ci il tarixli; “ Arxivləri  sənəd  materialları  ilə  komplektləşdirən  idarələrarası  elmi-metodiki  şura  haqqında  əsasnamə”  haqqında 17 iyul 1965-ci il tarixli; “Azərbaycan  SSR  kolxoz    sovxozlarında  arxiv  materiallarının  mühafizəsinin  yaxşılaşdırılması tədbirləri  haqqında”  19 avqust 1967-ci il  tarixli; “Azərbaycan  SSR  arxiv  idarələrinin  işini    təşkilat  quruluşunu  təkmilləşdirmək  haqqında”  5  sentyabr  1967-ci  il  tarixli    başqaları  respublika  arxiv  idarələri  strukturunın  təkmilləşdirilməsinə doğru  yönəldildi. Məhz həmin  dövrlərdə Azərbaycan SSR-in üç yeni Mərkəzi Dövlət  Arxivi- ədəbiyyat    incəsənət, elmi-texniki və  tibb  sənədləri, səsyazıları  arxivləri  yaradıldı. Azərbaycan SSR Dövlət Elmi-Texniki və Tibbi Sənədlər Arxivi Azərbaycan SSR Nazirlər Sovetinin 1969-cu il 24 iyul tarixli 338 saylı qərarı ilə yaradılmışdır. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin təklifi nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 11 mart tarixli 107 saylı qərarı ilə arxivdə bilavasitə elm və texnikaya aid sənədləri cəmləşdirmək məqsədilə arxivdə saxlanılan tibb sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilmiş və indi arxiv Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivi kimi fəaliyyətini davam etdirir.

1930-cu  il  aprelin 19-da  yaradılan  Mərkəzi  Dövət  Oktyabr  İnqilabı  arxivinin  fotosənədlər  şöbəsi  1943-cü  ildən etibarən  Azərbaycan  SSR Mərkəzi  Dövət  kinofotofono sənədləri  arxivi  kimi  ayrıca  fəaliyyət  göstərməyə  başlamışdır.

Azərbaycan  SSR  Nazirlər  Sovetinin  5 aprel  1968-ci il  tarixli  154 saylı  qərarı  ilə  Azərbaycan  Respublikası  Dövət  Səs  Yazıları  Arxivi  yaradıldı.

1968-ci ilin  aprelində  Mərkəzi  Dövət  Səs  Yazıları  Arxivinin  yaradılması  ilə  əlaqədar olaraq fono  sənədlər yeni  yaradılan həmin arxivə təhvil verilmiş və nəticədə kinofotofono sənədləri  arxivinin  adı  dəyişdirilərək, Azərbaycan  SSR Mərkəzi  Dövət  Kino-foto Sənədləri  Arxivi, 1994-cü  ildən  isə  Azərbaycan  Respublikası  Dövət  Kino-foto Sənədləri  Arxivi  adlandırılmışdır.

Azərbaycan  Respublikası  Nazirlər  Kabineti- Azərbaycan Respublikası  Oktyabr  inqilabı  və sosialist  quruculuğu  Mərkəzi dövlət arxivinin  adının  dəyişdirilərək Azərbaycan Respublikası Ən Yeni Tarix  Mərkəzi Dövlət Arxivi adlandırılması  haqqında   Azərbaycan  Nazirlər  Kabineti  yanında  Baş  Arxiv  İdarəsinin  təklifinin  qəbul  edilması  haqqında  1992-ci  il fevralın 17-də  101 saylı  qərar  qəbul  etmişdir. Həmin  qərara  uyğun  olaraq  Azərbaycan Respublikası  Oktyabr  inqilabı  və sosialist  quruculuğu  Mərkəzi  Dövlət  Arxivinin  adı  dəyişdirilərək Azərbaycan Respublikası Ən Yeni Tarix  Mərkəzi Dövlət Arxivi adlandırılmışdır. Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin    Azərbaycan  Nazirlər  Kabineti  yanında  Baş  Arxiv  İdarəsinin  Əsasnaməsi, Mərkəzi  aparatının  strukturu və  respublika  dövlət  arxivləri  şəbəkəsi haqqında  1994-cü il tarixli 107  saylı  qərarında  Ən Yeni Tarix  Mərkəzi Dövlət Arxivi artıq yeni  adla -  Azərbaycan Respublikası  Dövlət  Arxivi  kimi  qeyd  edilmişdir və elə həmin ildən hal-hazıra qədər bu adla fəaliyyət göstərir.

Ötən  illər  ərzində Respublikamızın  bir  sıra  şəhər    rayon  mərkəzlərində  ARDA-nın  15  filialı  təşkil  olunmuş    digər  58  şəhər    rayonda  dəyişən  tərkibli  sənəd  materialları  saxlanılan  rayon dövlət  arxivləri  yaradılmışdır.

1991-ci  ilin sonlarında  SSRİ  dağıldıqdan  sonra  keçmiş  kommunist  partiyasının  arxiv və kitabxanasıBaş  Arxiv  İdarəsinin  sərəncamına  verilmişdi.  1991-ci ilin  sentyabrında Azərbaycan  Kommunist  Partiyasının ləğvi  ilə  əlaqədar  olaraq 1920-ci ildən fəaliyyət  göstərmiş  Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin Partiya  Tarixi  İnstitutu ( onun son  adı Azərbaycan  KP  MK-nin Tarixi-Siyasi Tədqiqatlar  İnstitutu) 1991-ci  ilin oktyabrında ləğv  olunarkən İnstitutun  yanında fəaliyyət  göstərmiş Partiya  Arxivi və onun əsaslı kitabxanasıAzərbaycan Respublikası Nazirlər Kabineti yanında  Baş  Arxiv  İdarəsinin  sərəncamına verilmişdir. Respublika Partiya  Arxivində və Tarixi-Siyasi Tədqiqatlar  İnstitutunun əsas  kitabxanasında mühafizə  olunan  sənədlərin tarix  üçün əhəmiyyətini  nəzərə  alaraq, eləcə də respublikamızda yaradılacaq Siyasi  Partiyalar  və İctimai  hərəkatların sənədlərinin mühafizəsinin təmin edilməsi məqsədilə Azərbaycan  Respublikasının Nazirlər  Kabineti Azərbaycan Respublikasının  Nazirlər  Kabineti  yanında  Baş  Arxiv  İdarəsinin  təklifini nəzərə  alaraq, Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar  Mərkəzi Dövlət Arxivinin yaradılması  haqqında 1991-ci il dekabrın 18-də 277 saylı qərar qəbul  etdi. Hazırda  həmin Arxivdə saxlanılan  sənədlər təkcə Azərbaycanda deyil, ümumiyyətlə  Qafqazda və  Yaxın  Şərqdə milli  azadlıq  hərəkatlarını, sinfi  mübarizələri, eləcə də Azərbaycan  tarixinin XIX əsrin  II yarısından 2020-ci ilədək olan dövrdə  ictimai, siyasi, iqtisadi    mədəni  həyatını  əks  etdirir.   

Bu Arxivin Milli Arxiv İdarəsinə olan tabeçiliyi  21 iyun 2007-ci ilədək davam etmişdi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2007–ci il 21 iyun tarixli sərəncamı ilə  SPİHDA  Milli Arxiv idarəsinin tabeliyindən çıxarılıb Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verildi. Hazırda  ölkəmizdə  6 Respublika  Dövlət  arxivi, onların  15  filialı    58  rayon  dövlət  arxivi,o cümlədən   Naxçıvan  Muxtar  Respublikasının  Arxiv  İdarəsi, Naxçıvan  Muxtar  Respublikasının  Dövlət Arxivi və 8 rayon dövlət arxivi   fəaliyyət  göstərir. Bütövlükdə Azərbaycan Respublikasının Dövlət arxivlərində  elmin, mədəniyyətin, ictimai  həyatın  ən  müxtəlif  sahələrini  özündə  əks  etdirən  4 milyona  yaxın  saxlama  vahidi  qayğı  ilə  qorunub  saxlanılır. Arxivlər  xalqımızın  milli  sərvətidir, tarixi  yaddaşıdır. Milli  sərvətə    tarixi  yaddaşa  dərin  diqqət, hörmət    qayğı  ilə  yanaşmaq  hər  bir  vətəndaşın  müqəddəs  borcudur.

1991-ci  ildə  xalqımız  Azərbaycan  Xalq  Cümhuriyyətinin  qısa  müddətli  fəaliyyətinin  zəngin  təcrübəsindən  istifadə  edərək  bu  tarixi  varislik  üzərində  yenidən  müstəqil  Azərbaycan  dövlətini  yaratdı. Müstəqil  Azərbaycan  Respublikasında  arxiv  xidməti  dövlətin  əsas  fəaliyyət  sahələrindən  birinə  çevrildi    özünün  yeni  inkişaf  mərhələsinə  daxil  oldu. Bu  mərhələ  dövlətin  arxivlərə  artan   diqqət    qayğısı  ilə  müşaiyət  edilir. 1999-cu ilin iyun  ayında  Miili  Məclis tərəfindən  qəbul edilmiş  “Milli  arxiv  fondu  haqqında” Qanun  1999-cu  il  iyunun  22-də  Prezident  H.Əliyev  tərəfindən  imzalandı. Ölkəmizdə  arxiv  quruculuğunun  gələcək  inkişaf  istiqamətlərini  müəyyənləşdirən  beş  fəsil, 23 maddədən ibarət olan həmin Qanun Milli arxiv fondunun  formalaşdırılması, mühafizəsi, istifadəsi və arxivlərin fəaliyyəti ilə bağlı  münasibətləri  tənzimləyir. 1999-cu  il  iyulun  27-də  Prezident  H.Əliyev  tərəfindən “Milli  arxiv  fondu  haqqında” Qanunun tətbiq  edilməsi  haqqında  fərman  imzalandı. Respublikamızda arxiv quruculuğunun gələcək  istiqamətlərini və strategiyasını müəyyənləşdirən “Milli  arxiv  fondu  haqqında” Qanun  müstəqil  Azərbaycan  Respublikasında  arxiv  xidmətinin  qanunvericilik  bazasını təşkil  etməklə yanaşı bu sahənin inkişaf etdirilməsi ilə bağlı bir çox vəzifələri qarşıya qoymuşdur.

Respublikamızda arxiv xidməti qarşısında duran vəzifələrin həll edilməsi məqsədilə Azərbaycan  Respublikasının Prezidenti cənab H.Əliyev tərəfindən “Azərbaycan  Respublikasında  arxiv işinin təkmilləşdirilməsi haqqında” 2 dekabr 2002-ci il tarixdə fərman imzalandı. Həmin fərmanla Azərbaycan xalqının tarixinin ilk mənbələr əsasında öyrənilib  yazılmasında, idarə və müəssisələrin, habelə  vətəndaşların  informasiyaya olan tələbatlarının ödənilməsində Milli Arxiv Fondunun böyük əhəmiyyəti nəzərə alınaraq ölkəmizdə arxiv  işinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan  Respublikasının Nazirlər Kabineti  yanında Baş Arxiv İdarəsinin bazasında Azərbaycan Respublikasının Milli Arxiv  İdarəsinin yaradılması haqqında qərar qəbul edildi.  Hazırda  Azərbaycan Respublikası Milli Arxiv İdarəsi ölkəmizdə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olmaqla, Milli Arxiv Fonduna daxil olan  xalqın  maddi və mənəvi həyatını əks etdirən tarixi, elmi-mədəni, əməli əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikasından kənarda yerləşən və Azərbaycan xalqının tarixinə mədəni irsinə aid arxiv sənədlərinin qəbulunu, mühafizə və istifadəsini təmin edir.

Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin 2020-ci il 12 fevral tarixli  Sərəncamı ilə “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət  Proqramı”  təsdiq  edilmişdir.Dövlət Proqramının əsas  məqsədi arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığını, dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsini, cəmiyyətdə arxiv işinin rolunun və arxivçi peşəsinin nüfuzunun artırılmasını, Azərbaycan Respublikasının maddi-mənəvi sərvəti olan Milli arxiv fonduna aid sənədlərin toplanılmasını, sistemləşdirilməsini, dövlət mühafizəsinə daimi qəbulunu, qeydiyyatını və onlardan səmərəli istifadəni təmin etməkdən ibarətdir. Xalqımızın  zəngin  tarixi  keçmişinə    bu  gününə  aid  qiymətli  sənəd  materialları  Respublikamızın  dövlət  arxivlərində qayğı ilə qorunub  saxlanılır. Ölkəmizin və  xalqımızin  inkişafı  naminə arxiv  sənəd və materiallarındanmüvafiq qaydaların  tələblərinə  riayət  olunmaqla geniş  istifadə  edilir.

 

Rafiq  Səfərov

Azərbaycan  Respublikası 

Milli Arxiv İdarəsinin 

baş  məsləhətçisi