Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi haqqında arxiv materialları
Azərbaycan ərazilərinə ermənilərin köçürülmə prosesi tarix boyu dəfələrlə azərbaycanlılar üçün qanlı səhifələrə çevrilmişdir. Belə ki, 19-cu əsrin əvvələrində rusların köməyi ilə köçürülən erməni ailələri həmin əsrin sonunda, 20-ci əsrin əvvəllərində bolşevik dəstələrin köməyindən istifadə edərək azərbaycanlıların soyqırımını törətmişdirlər. Bu soyqırım indiki gündə də davam edir. Rusların müstəmləkə siyasətinin əsasını təşkil edən köçürmə prosesləri Azərbaycan ərazilərində erməni dövləti yaradılması məqsədi güdürdü. Ruslar ermənilərin ən çox Tiflis, Naxçıvan, İrəvan və Qarabağ əyalətlərinə yerləşdirilməsinə üstünlük verirdi. Çünki, məhz bu ərazidə erməni dövlətinin yaradılması, Osmanlı Türkiyəsinə qarşı ruslar üçün dayaq dövlət yaratmaq fikri idi. II Rus İran muharibəsi bitdikdən və Türkmənçay müqaviləsi imzalandıqdan sonra Azərbaycan tam iki hissəyə bölündü. Naxçıvan və İrəvan xanlıqları Rusiya tərkibinə keçdi. 21 mart 1828-ci ilə dair manifestə, senata həmin xanlıqların bütün arxiv sənədlərində, dimlomatik danışıqlarda erməni əyaləti kimi qələmə verilməsi göstərişi verildi. Hal hazırda İrəvan xanlığı ərazisində erməni dövləti yaratmış ermənilər Qarabağ və Naxçıvanın da guya əzəldən ermənilərə məxsus olduğunu iddia edirlər. Halbuki İrəvanda erməni dövlətinin yaradılmasına, ermənilərin sonradan Naxçıvana və Qarabağa iddia etməyəcəkləri şərti ilə icazə verilmişdir. Mənim məqsədim ermənilərin dırnaq arası alimlərinə cavab vermək deyil, sadəcə Naxçıvan və Qarabağ ərazilərinə ermənilərin köçürülmə prossesini əks etdirən arxiv sənədlərinə nəzər salmaqdır.
Ümumilikdə köçürülmə prossesi Türkmənçay müqaviləsindən sonra kütləvi xarakter almışdır. Quberniya katibi Zolotnitski tərəfindən 1831-ci ildə tərtib edilmiş Naxçıvan şəhərinin kameral siyahısından məlum olur ki, Naxçıvan şəhərində 5470 nəfərdən ibarət 1330 ailə yaşamışdır.
Onlardan 1694 nəfərdən ibarət 411 ailəni (879 kişi 815 qadın) Kəngərlilər təşkil edirmiş, 1947 nəfərdən ibarət 498 ailəni isə digər azərbaycanlılar təşkil edirmiş. Deməli, şəhərdə azərbaycanlıların sayı 3641 nəfər olmuşdur.
Sənəddə şəhərdə digər millətlərin də yaşaması qeyd olunur. Bunlar 4 nəfərdən ibarət 1 gürcü ailəsi və sonradan Naxçıvana köçürülən 1825 nəfərdən ibarət 420 erməni ailələri olmuşdur. Bunlardan 715 nəfərdən ibarət 155 erməni ailəsi əvvəlcədən, 110 nəfərdən ibarət 265 erməni ailəsi isə, şəhərə yeni köçürülmüş ermənilər olduğu bildirilir. Beləliklə, şəhərdə azərbaycanlıların sayı 3641, ermənilərin sayı isə 1825 nəfər olmuşdur.
Maraqlısı budur ki, ruslar Naxçıvan, Ordubad şəhərlərinə eyni zamanda əyalətlərinə, mahallarına Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən erməniləri “yeni” köçürülmüş, Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən erməniləri isə “yerli” ermənilər adlandırmışdılar. Sössüz ki, “yerli” erməni ifadəsi rusların kargüzarlıq sənədlərində ermənilərin xeyri üçün edilmiş güzəşt ifadəsidir. Lakin rusların elə özləri tərəfindən tərtib edilmiş kameral siyahılarda Naxçıvan şəhərinin qədimdən 4 məhəllədən ibarət olduğu bildirilir. Bunlar Sarbanlar məhəlləsi, Şahab məhəlləsi, Əlixan məhəlləsi, Qurdlar məhəlləsi idi. Sonralar, yəni artıq 1831-ci ildə vəziyyət dəyişmişdi. Bu 4 məhəllə ilə birlikdə 13 məhəllədə yaranmışdır: Sarbanlar, Şahablı, Əlixanlı, Oruc, Köhnəqala, Xoşulu, Çaparxanlı, Ziyilarxlı, Billici, Xoylu, Qalalı, Təzəkənd və Erməni məhəllələri.
Göründüyü kimi rusların yerli adlandırdığı ermənilər həqiqətən yerli olsaydılar, 1831-ci ildən əvvəl də Naxçıvanda adlarına hər hansı bir məhəllənin, daşınan və daşınmaz əmlakın olduğu bildirilərdi.
Beləliklə Naxçıvan şəhərinə, mahallarına və kəndlərinə köçürülən ermənilərin 1831-ci ilə dair statistik qeydlərini Sizə təqdim edirəm:
Naxçıvan şəhəri:
Naxçıvan şəhərinə köçürülən ermənilərin statistik siyahısı.
Gülüstan müqviləs imzalandıqdan sonra köçürülən ermənilər- 155 ailə (338 qadın, 377 kişi)
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 265 ailə ( 510 qadın, 600 kişi)
Naxçıvan əyalətinin Əlincə çay mahalına köçürülən ermənilər haqqında statistik məlumat.
Tərtib etdi: Quberniya katibi Zolotnitski. 1831-ci il.
Güznüd kəndi – 96 erməni ailəsi köçürülmüşdür.
Culfa kəndi – Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 41 ailə (49 kişi 100 qadın).
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 14 ailə (33 kişi, 43 qadın).
Cəmi: 55 ailə (152 kişi, 143 qadın).
Arazin kəndi -39 erməni ailəsi köçürülmüşdür
(91 kişi, 97 qadın)
Aprokumis kəndi - Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər :
30 ailə (91 kişi, 77 qadın)
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər:
13 ailə (31 kişi, 26 qadın)
Nuraşin kəndi - Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər 5 ailə (13 kişi,15 qadın)
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər -12 ailə (32 kişi, 28 qadın)
Paradaş kəndi - Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər- 8 ailə (25 kişi,22 qadın)
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər – 7 ailə (15 kişi, 19 qadın)
Gəlcaradcuz kəndi - 4 ailə (13 kisi, 14 qadın)
Surut kəndi - Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 17 ailə (56 kişi,55 qadın)
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər-
4 ailə (8 kişi, 11 qadın)
Qazançı kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər.
14 ailə (35 kişi, 35 qadın)
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər.
23 ailə (59 kişi, 45 qadın)
Ləkətağ kəndi – Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər.
4 ailə (8 kişi, 10 qadın)
Naxçıvan əyalətinin Naxçıvan mahalı 1831 ci il.
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 81 ailə (228 kişi, 198 qadın)
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 14 ailə (40 kişi, 31 qadın)
Karmiz Van kəndi.
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər – 10 ailə (21 kişi, 21 qadın)
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər – 11 ailə (26 kişi , 25 qadın)
Təzə kənd :
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 57 ailə (155 kişi,143 qadın)
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər. - 86 ailə (218 kişi,197 qadın)
Yam xana :
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 49 ailə (141 kişi,142 qadın)
Qaraxanbəyli kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər -101 ailə (222 kişi, 218 qadın)
Yuxarı Hacılar kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər – 20 ailə (60 kişi, 42 qadın)
Sakyarabad kəndi :
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 31 ailə (68 kişi, 64 qadın)
Aşağa Hacılar kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər -13 ailə (54 kişi, 41 qadın)
Yarımca kəndi :
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 13 ailə (53 kişi, 44 qadın).
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 74 ailə (196 kişi, 163 qadın).
Qulubəy Dizah:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 32 ailə (70 kişi, 66 qadın)
Kərim bəy dizah:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 10 ailə (30 kişi, 22 qadın)
Gültəpə kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər 74 ailə (184 kişi, 146 qadın)
Kərimxan məzə kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 33 ailə (78 kişi, 78 qadın)
Əlcivan kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 25 ailə (71 kişi, 65 qadın)
Şıx Mahmud kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər
20 ailə (44 kişi, 43 qadın)
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər 67 ailə (174 kişi, 166 qadın)
Xəlilabad kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər -
8 ailə (16 kişi,17qadın)
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 19 ailə (27 kişi, 28 qadın)
Aşağı Uzun oba kəndi:
16 ailə (35 kişi, 30 qadın)
Yuxarı Uzun oba kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər -
1 ailə (1 kişi, 2 qadın)
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 20 ailə (51 kişi, 41 qadın)
Didəvar kəndi:
3 ailə (9 kişi, 6 qadın)
Nəzrəbad kəndi:
41 ailə (105 kişi, 93 qadın)
Xalxah kəndi:
47 ailə (112 kişi, 111 qadın)
Nurs kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər
13 ailə (40 kişi, 34 qadın)
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 25 ailə (66 kişi, 59 qadın)
Nursu Məzrə:
10 ailə (27kişi, 27qadın)
Nurs kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər
13 ailə (40 kişi, 34 qadın)
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər 25 ailə (66kişi, 59 qadın)
Qran Baba kəndi:
1 ailə (1 kişi ,1 qadın )
Gicəza kəndi:
13 ailə (39 kişi, 24 qadın )
Gomur kəndi:
12 ailə (27 kişi, 23 qadın)
Arınc kəndi:
18 ailə (51 kişi, 40 qadın)
Badamlı kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər -
13 ailə (38 kişi, 31 qadın)
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 10 ailə (17 kişi,15 qadın)
Naxçıvan əyalətinin Mövzəxatun mahalına köçürülən ermənilər haqqında statistik məlumat.
Tərtib etdi: quberniya katibi Zolotnitski.
Cəhrə kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər
100 ailə (316 kişi, 275 qadın )
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 30 ailə (22kişi, 65 qadı)
Diginə kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər.
23 ailə (562 kişi, 53 qadı)
Guradiz kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər.
35 ailə (96 kişi, 71 qadı)
Sultanbəy kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər.
27 ailə (66 kişi, 60 qadı)
Naxçıvan əyalətinin Xok mahalına köçürülən ermənilər haqqında statistik məlumat.
Tərtib etdi: quberniya katibi Zolotnitski.
Aznabürt kəndi:
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər .
43 ailə (115 kişi, 109 qadı)
Ordubad şəhəri:
Ordubad əyalətinin Akulis mahalına köçürülən ermənilər haqqında statistik məlumat. Tərtib etdi Quberniya katibi Zolotiniski.
Yuxarı Akulis kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər
104 ailə (337 kişi, 327 qadı)
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər.
18 ailə (61 kişi, 46 qadı)
Varagirt kəndi:
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər.
36 ailə (121 kişi, 112 qadı)
Aşağı Akulist kəndi:
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər.
11 ailə (34 kişi, 42 qadı)
Ordubad əyalətinin Dəsdə mahalına köçürülən ermənilər haqqında statistik məlumat. Tərtib etdi Quberniya katibi Zolotiniski
Beksel kəndi:
ailə (25 kişi, 25 qadın)
Danagira kəndi:
38 ailə (23 kişi, 84 qadın)
Terniz kəndi:
4 ailə (12 kişi,13 qadın)
Keleki kəndi: 13 Ailə (51 kişi, 43 qadın)
Ordubad əyalətinin Çinənəp mahalına köçürülən ermənilər haqqında statistik məlumat.tərtib etdi Quberniya katibi Zolotiniski
Çinənəp kəndi:
38 ailə (101 kişi, 107 qadın)
Urmis kəndi:
11 ailə (26 kişi, 29 qadın)
Ordubad əyalətinin Biləv mahalına köçürülən ermənilər haqqında statistik məlumat. Tərtib etdi Quberniya katibi Zolotiniski
Aşağı AZA kəndi:
22 ailə (50 kişi, 51 qadın)
Der kəndi:
47ailə (148 kişi, 122 qadın)
Pazağa kəndi:
21 ailə (63 kişi, 60 qadın)
Tivi kəndi:
1 ailə (1 kişi, 1 qadın)
Bisti kəndi:
11 ailə (31 kişi, 26 qadın)
Alyağı kəndi:
17 ailə (51 kişi, 43 qadın)
Nəsirabad kəndi:
Gülüstan müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər
6 ailə (14 kişi, 12 qadın )
Türkmənçay müqaviləsi imzalandıqdan sonra köçürülən ermənilər - 2 ailə (3 kişi, 3 qadın)
Ordubad əyalətinin Biləv mahalına köçürülən ermənilər haqqında statistik məlumat. Tərtib etdi Quberniya katibi Zolotiniski
İrandan köçürülən ermənilərin siyahısı.
36 ailə ( 84 kişi, 98 qadın)
Ermənilərin köçürülməsi zamanı necə ki, Naxçıvan və İrəvan əyalətlərində eləcə də Qarabağ əyalətlərində də ermənilərin xeyrinə say şişirtmlərinə, ərazi vahidlərinin adlarını dəyişdirərək erməni yöndəmində yazılmasına tez- tez rast gəlirik. Məsələn, Zəngəzur mahalının da adı dəyişdirilib Sisian mahalı qoyulmuşdur. Bundan əlavə Qarabağ əyalətinin Vərəndin, Dizax, Çiləbörd mahalındakı əksər kəndlər erməni kəndi kimi qələmə verilmişdir. Lakin kəndlərin adlarına nəzər salsaq erməni toponiminə aidiyyatının belə olmadığını görərik. (Məs: Vərəndin mahalı üzrə Susalıx, Şuşakənd, Qatıq kənd, Qamışca, Şıxdursun, Gərgər, Ağbulaq, Qarakənd və s.; Dizaq mahalı üzrə: Zəmzur, Tuq, Ağcakənd, Kügyül kəndləri və s., Çiləbörd mahalı üzrə Gülyataq, Kiçikqarabəy,Ulu qarabəy, Əngicə və s. kəndlər).
Köçürülmə zamanı ermənilərin Naxçıvandan İrəvana, İrəvandan Qarabağa, Qarabağdan Naxçıvan əyalətinə və yaxud da əksinə köçürülərək tez-tez yerlərinin dəyisdirilməsi faktları müşahidə olunur. Bununla ruslar guya ki, əzəldən ermənilərin Azərbaycanda yasayıb sadəcə bir əyalətdən digər əyalətə gəlib məskunlaşmalarını sübut etməyə çalışırdılar. Ruslar qeyd edirlər ki, məskunlaşan ermənilərin düşmən tərəfindən sıxışdırılması onların bir-bir əyalət dəyişmələrinə səbəb olur. Birincisi, ermənilər Azərbaycanlılar tərəfindən sıxışdırılmırdılar. Çünki əyalətlərdə rus hərbi qüvvələri yerləşdirilmişdir. Eyniliklə İran tərəfindən də bu hal baş vermirdi. İran yalnız Rusiyada qarışıqlıq baş verdikdə və dekabristlərin hərəkatından sonra 1826-cı ildə hücuma keçmişdir. Göründüyü kimi, təzə köçürülmüş ermənilər heç kəs tərəfindən sıxışdırılmırdı və bu sadəcə rusların uydurması idi.
Həqiqi mülki müşavir Magilevski və Polkovnik Yermolov tərəfindən tərtib edilən Qarabağ əyalətinin 1823-cü ilə dair siyahısından məlum olur ki, Şuşa şəhəri 3 kvartaldan ibarət olmuşdur. 1-ci kvartal Təbrizli məhəlləsi, 2-ci kvartal Qazançı məhəlləsi, 3-cü kvartalını isə Əylisli məhəlləsi təşkil edirdi. Şuşa şəhərinə köçürülən ermənilərin sayı Şuşa şəhəri üzrə nəfərdən 469 nəfər köçürülmə erməni, 1063 nəfərini isə azərbaycanlılar təşkil edirdi. Ümumilikdə isə Şuşa şəhərində əhalinin sayı 1823-cü ildə 1532 nəfər olmuşdur.
Qarabağ əyalətində Qarabağ xanlarına, bəylərinə, zadəganlarına məxsus olan torpaqlarda köçürülmüş ermənilərin yerləşdirildiyi kəndlər üzrə 1823-cü ilə dair statistik qeyd:
Mehdi Qulu xan tərəfindən həyat yoldaşı Xan-xanım –Ağaya hədiyyə edilmiş torpaqlarda yaranmış erməni kəndi: Qaladərəsi kəndi- 84 evdən ibarət olmuşdur.
Xanın kürəkəni Əli bəyə oğluna məxsus olan torpaqlarda erməni kəndləri: Qaqarza kəndi – 18 evdən, Barabattın kəndi – 10 evdən ibarət olmuşdur.
Xanın əmisi oğlu Niftəli bəyin övladları Lütfəli bəyə, Əmiraslan bəyə və Abdulla bəyə məxsus ərazidə olan torpaqlarda yaradılan erməni kəndi: Qışlaq kənd - 23 evdən ibarət olmuşdur. .
Xanın əmisi oğlu Əli bəyin oğlu Beybud bəyə məxsus ərazidə olan torpaqlarda yaradılan erməni kəndi: Qaqarzalı kəndi – 11 evdən ibarət, Barabattını kəndi - 10 evdən ibarət olmuşdur.
Mirzə Əli bəyin oğlu Ağalar bəyə məxsus olan ərazidə olan torpaqlarda yaradılan erməni kəndi: Qaqarzalı kəndi – 11 evdən ibarət. Barabattını kəndi – 3 evdən ibarət olmuşdur.
Xanın qardaşı Süleyman bəyə məxsus olan torpaqda salınan erməni kəndi: Xarallı kəndi - 16 evdən ibrət olmuşdur, Mazmazaqlı kəndi – 13 evdən ibarət olmuşdur.
Hüsey bəy, Səlif bəy və Cəfər bəy və qohumlarına məxsus olan torpaq sahəsində salınan erməni kəndi: Süst kəndi– 19 evdən ibarət olmuşdur.
Şəfi bəy və Hüseyn Xan bəyə məxsus olan torpaq sahəsində salınan erməni kəndi: Zavadıx kəndi – 23 evdən ibarət olmuşdur.
Məmməd Həsən Ağanın oğlu Böyük Xana məxsus olan torpaqda salınan erməni kəndi: Ataqut kəndi - 21 evdən ibarət olmuşdur.
Böyük xanın anası Maşərəf xanıma məxsus olan torpaqda salınan erməni kəndi: Qaralı kəndi– 10 ev.
Cəfər Qulu Ağanın qardaşı Şükür ağaya məxsus olan torpaqda salınan erməni kəndi: Qeşi – 43 evdən ibrət olmuşdur.
Xanın bacısı Əzət Bəyimə məxsus olan torpaqda salınan: Mixatar kəndi – 43 ev, Qazançı kəndi – 17 ev, Arbaduz kəndi – 22 ev, Qaybəli kəndi – 27 ev, Xanazek – 32 ev. Nuraşin kəndi– 5 ev, Sarab kəndi– 36 ev.
Əsəd bəy və Vəli bəyə məxsus olan torpaqda salınan erməni kəndi: Qaraunc kəndi – 17 ev.
Cəfər Qulu ağanın qardaşı Xancan ağaya məxsus olan torpaqda salınan erməni kəndi: Balıca kəndi– 37 ev.
Xanın bacısı Güyar ağaya məxsus olan torpaqda salınan erməni kəndi:Farrux kəndi – 8 ev, Xanabat kəndi – 27 ev, Yaici kəndi – 14 evdən ibarət olmuşdur.
Talıb xan bəyin oğlanları Əli Məmməd bəyə, Əli Paşa bəyə, Ağası bəyə, Kəlbəli bəyə, Nəsir bəyə məxsus olan torpaqda salınan erməni kəndi: Dağrəzli (Əli Paşa bəyə məxsusdur) – 8 ev, Ağbulaqlı kəndi – 21 ev.
İbrahim xanın oğlu Məmməd Qasım Ağaya məxsus olan torpaqda salınan erməni kəndi: Azıxkəndi kəndi – 48 evdən ibarət olmuşdur.
Poruçik Gülməmməd bəyə məxsus olan torpaqda salınan erməni kəndi: Təkirmirikənd – 31 ev. Şomlı kəndi – 6 ev
Sisian mahalı (Zəngəzur mahalı)
Hacı Ağalar bəyə məxsus olan torpaqda salınan erməni kəndi: Pirnaut kəndi – 66 evdən ibarət , Axlatian kəndi – 27 evdən ibarət olmuşdur.
Kapitan Uğurlu bəyə məxsusu olan torpaqda salınan erməni kəndi: Gerov kəndi – 15 evdən ibarət, Qeni kənd - 14 evdən ibarət olmuşdur.
Əhməd Əli, Divan bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi: Kərki-cahan kəndi – 22 evdən ibrət, Araus kəndi – 16 evdən ibarət, Təng kəndi – 9 evdən ibarət olmuşdur.
Divan xanın mirzəsi Mirzə Yusif məxsus olan torpaqlarda salınan erməni kəndi: Qarakütüqlü kəndi– 27 evdən ibarət olmuşdur.
Güpara mahalı
Hacı Ağalar bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi: Gögyarak kəndi – 18 evdən, Sirkyatas kəndi – 8 evdən ibarət, İrsavanik kəndi - 11 evdən ibarət olmuşdur.
İsmayıl bəyin əmisi oğlu Vəli bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi Çapni – 5 evdən, Mülkiçap kəndi- 3 evdən ibarət olmuşdur.
Vəli bəyin qardaşı Nuru bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi: Sevakyar kəndi - 11 evdən ibarət olmuşdur.
Kapitan İsmayıl bəyə və onun qardaşları Vəli bəy və Nuru bəyə məxsus olan torpaqlarda salınan erməni kəndləri: Qılıcbağlı kəndi- 21 evdən ibarət olmuşdur.
Poruçik Səfər Əli bəy və qardaşlarına məxsus olan torpaqlarda salınan erməni kəndi: Taşkikend – 8 ev., Ağkənd – 18 ev, Aranzamin kənd 7 ev, Engikənd 18 ev, Çiraq – az kəndi 15 ev,
Bargüşat mahalı - Şəfi bəy Fəttah bəy tərəfindən idarə olunurdu. Cəfər Qulu bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi: Ucanis kəndi – 28 evdən ibarət olmuşdur.
Polkovnik Xanlar Ağaya məxsus olan torpaqlarda salınan erməni kəndi: Daş Bulaq – 30 evdən, Bazar kənd - 3 evdən. Damğalı kəndi – 5 evdən ibarət olmuşdur.
Polkovnik Xanlar Ağanın qardaşı Əhməd Xana məxsus olan torpaqlarda salınan erməni kəndi: Toşanlı kəndi - 29 ev. Daş başı kəndi – 12 ev.
Kapitan Rüstəm bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi: Keşişkənd – 10 evdən ibarət olmuşdur.
Mehdi Qulu xan tərəfində Qasım bəyin oğlanları: Kapitan Rüstəm bəyə, Hacı ağalar bəyə, Hacı Bəylər bəyə idarə etmələri üçün verilən torpaqlarda salınan erməni kəndi: Qorunzur kəndi – 108 ev. Qediş kəndi – 19 evdən ibarət olmuşdur
Tativ mahalı – Hacı Ağalar bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi: Tativ kəndi - 89 evdən, Şinatak kəndi -13 evdən Şinger kəndi – 70 evdən, Xot kəndi – 46 ev. Qalazur kəndi – 13 evdən ibarət olmuşdur.
Mehdi qulu xana məxsus olan torpaqlarda salınan erməni kənd: Lor kəndi – 10 ev. Tanzatap – 9 evdən ibarət olmuşdur,
Fərzəli bəy və onun bacısı Balaxanıma məxsus olan torpaqlarda salınan erməni kəndi:- Qorı – 21 evdən ibarət olmuşdur.
Hacı Ağalar bəyə məxsus olan torpaqlarda salınan erməni kənd: Qorus kəndi – 118 ev, Xinzırk kəndi – 217 evdən ibarət olmuşdur.
Xan tərəfindən Qala bəyə idarə edilmək ücün verilən torpaqlarda salınan erməni kənd: Əli Qulu kənd – 42 ev, Qaraunşlu – 25 ev.
Əsəd bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi: Qızılqışlaqı kəndi – 15 evdən, Vənkli kəndi – 7 evdən ibarət olmuşdur.
Rüstəm bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi: Diq kəndi – 127 evdən ibarət olmuşdur.
Çiləbörd mahalı - Mehdi Qulu xana məxsus olan torpaqlarda salınan erməni kəndi: Qısabet kəndi – 88 evdən, Gülyataq kəndi - 14 evdən, Kiçikqarabey kəndi – 13 evdən, Ulu Qarabəy kəndi - 11 evdən, Maqauz kəndi – 14 evdən, Asan Riz kəndi – 20 evdən, Engicə kəndi – 5 evdən ibarət olmuşdur.
Əsri bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi: Naxçevanik kəndi – 36 evdən ibarət olmuşdur.
Minbaşı Qasım bəy tərəfindən idarə edilən Dizaq Cavanşir mahalı
Divan xanın birinci mirzəsi Camal bəyə və onun qardaşına məxsus olan torpaqlarda salınan erməni kəndi: Edili kəndi – 11 evdən, Düdüqçü kəndi - 3 evdən, Xaxlı kəndi – 12 evdən ibarət olmuşdur.
Otuz iki mahalı
Dövlətin idarəsində olan erməni kəndi Ciləbilərd kəndi – 14 ev,
Qala bəy Məmməd bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi: Daşbaşalı kəndi – 5 evdən, Daşbaşı kəndi – 5 evdən ibarət olmuşdur.
İyirmi dörd mahalı
Şarolidən qacib gəlmiş və 7 mahalda məskunlaşmış ermənilər: Həsən Qaya kəndi – 21 evdən ibarət olmuşdur.
Baxşəli bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi: Sarap kəndi – 25 evdən ibarət olmuşdur.
Qarabağ əyalətində Varandin və Dizax mahalının butun torpaqları İbrahimxəlil xana daha sonra isə Mehdi Qulu xana məxsus olmuşdur. Ruslar siyahıda alınmada Vərəndin və Dizax mahalında yerləşən butun kəndləri məqsədyönlü şəkildə ermənilərin sayını çox göstərmək məqsədilə erməni kəndləri kimi yazmışlar.
Polkovnik Cəmşidin oğlu Bəhram bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi: Dommi kəndi – 27 evdən, Susalıx kəndi – 9 evdən, Şuşakənd – 97 ev, Qatıx kəndi – 34 evdən, Qaşyan kəndi – 29 evdən, Qamışca kəndi – 15 evdən, İsfaqancıq kəndi – 29 evdən, Mişkabad kəndi – 17 evdən, Siznik kəndi – 17 evdən, Dağdağan kəndi – 15 evdən, Qasi kəndi – 13 evdən ibarət olmuşdur.
Qəhrəman Şaxnəzərova məxsus olan torpaqlarda salınan erməni kəndi Ciqaduz kəndi – 12 ev,
Mehdi qulu xan tərəfindən bacısı Şahnisbəyimə məxsus olan torpaqlarda salınan erməni kəndi :Qaqarza kəndi – 8 evdən ibarət olmuşdur.
Mehdi Qulu xan tərəfindən Əsri Baba Şaxnazarova məxsus olan torpaqlarda salınan erməni kəndi: Şıxdursun kəndi – 8 evdən ibarət olmuşdur.
Məlik Bəhramın qızına məxsus olan torpaqlarda salınan erməni kəndi: Gərgər və Xirxan kəndi -43 evdən ibarət olmuşdur.
Adıgözəl bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi: Ağbulaq kəndi – 8 evdən ibarət olmuşdur
Xudadad Şahnəzərova məxsus olan torpaqlarda salınan erməni kəndi: Qarakənd – 37 evdən ibarət olmuşdur.
Bəhram bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi – Taqavert kəndi – 36 evdən ibarət olmuşdur.
İbrahim Xəlil xandan Mehdi Qulu xana ondan da Bəhram bəyə verilən torpaqlarda salınan erməni kəndi - Taqavert kəndi – 36 evdən ibarət olmuşdur.
Dizax mahalı
Mirzə Camalın qardaşı Sadıx bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi Zamzur kəndi – 21 evdən ibarət olmuşdur.
Cəfər Qulu Ağaya məxsus olan torpaqlarda salınan erməni kəndi: Arazzamin – 37 evdən, Əylisli kəndi – 38 evdən, Banazur kəndi – 56 evdən, Mülqadyara –Zardaxaç kəndi – 12 evdən ibarət olmusdur.
Fərzəli bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi: Seyid Sultan kəndi – 15 evdən ibarət olmuşdur
Qarabağ xanı Mehdi Qulu xana məxsus olan torpaqlarda salınan erməni kəndi: Xan kəndi – 40 evdən ibarət olmuşdur.
Acanan-Türk mahalı
Nuraşenik kəndi – 13 evdən, Arcadzur kəndi – 12 evdən, Axtaxana – 4 evdən, Xotanan kəndi – 5 evdən ibarət olmuşdur.
A.Ə.Məmmədov
Dövlət Tarix Arxivinin direktoru
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az