11 June 2024 04:28 News Baxış sayı : 363
Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov Macarıstanın Rusiya Federasiyasındakı Səfirliyinin elm və arxiv məsələləri üzrə 3-cü katibi Qabriella Müller ilə görüşüb. İdarənin rəisi “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstanın Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq görülən işlər barədə məlumat verdi. Bildirildi ki, adıçəkilən sazişə uyğun olaraq iki qurum arasında arxiv işi üzrə əlaqələr artan dinamika üzrə inkişaf edir.
Səmimi qəbula görə Əsgər Rəsulova öz minnətdarlığını çatdıran xanım diplomat Macarıstanla Azərbaycan arasında bütün sahələrdə olduğu kimi arxiv işi sahəsində də əlqələrin inkişafından məmnun olduğunu bildirdi. Qonaq həmçinin əlaqələrin daha da inkişaf etdirilməsi, birgə layihələrin, sərgi və konfransların keçirilməsinin mümkünlüyünü qeyd etdi.
Daha sonra Qabriella Müller İdarənin tabeliyində fəaliyyət göstərən Dövlət Arxivlərində sənədlərin saxlanılması şəraiti, mühafizəxanaların iş rejimi, həmçinin Macarıstan tarixinin müəyyən dövrlərinə aid olan arxiv sənədləri ilə tanış oldu.
Today: | 349 |
Yesterday: | 654 |
This Week: | 4672 |
Last Week: | 5611 |
This Month: | 11017 |
Last Month: | 24099 |
This Year: | 198255 |
Total: | 1218676 |
3, Z.Bunyadov avenue, AZ1106, Baku, Azerbaijan Republic
Tel: (+99412) 562 97 75 Fax: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az