03 October 2023 08:51 News Baxış sayı : 573
Milli Arxiv İdarəsində “Ekspert-Yoxlama Komissiyasının işinin təşkili, daimi, uzun müddət saxlanılan və saxlanma müddəti bitmiş sənədlərin müəyyənləşdirilməsi, saxlanma müddəti bitmiş sənədlərin uçotdan xaric edilməsi və məhvə ayrılmasının təşkili” mövzusunda seminar məşğələ keçirilmişdir.
Milli Arxiv İdarəsinin 2023-cü ilin İş Planına uyğun olaraq keçirilən seminarda İdarənin MAF sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri Cəmaləddin Cavadov, müvafiq şöbənin və respublika dövlət arxivlərinin aidiyyəti əməkdaşları iştirak etmişdirlər.
Seminarı açıq elan edən Cəmaləddin Cavadov EYK-nın işinin təşkili, MAF sənədlərinin saxlanma müddətinin müəyyənləşdirilməsi, bitmiş sənədlərin uçotdan xaric edilməsi və məhvə ayrılması işinin vacibliyini qeyd etmişdir.
Mövzu ilə bağlı müvafiq şöbənin baş məsləhətçisi Afaq Cəfərova məruzə ilə çıxış etmişdir. O, EYK-nın işinin təşkili, daimi, uzun müddət saxlanılan və saxlanma müddəti bitmiş sənədlərin müəyyənləşdirilməsi, saxlanma müddəti bitmiş sənədlərin uçotdan xaric edilməsi və məhvə ayrılmasının təşkili barədə iştirakçıları tanış etmişdir.
Daha sonra seminar sual-cavab formatında davam etmişdir.
Today: | 550 |
Yesterday: | 1019 |
This Week: | 4455 |
Last Week: | 7549 |
This Month: | 8388 |
Last Month: | 30229 |
This Year: | 112782 |
Total: | 1425366 |
3, Z.Bunyadov avenue, AZ1106, Baku, Azerbaijan Republic
Tel: (+99412) 562 97 75 Fax: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az